Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kulturologiya (mədəniyyətşünaslıq)Afrika mədəniyyəti

Gözəllik yarışlarında, artıq, afrikan və filipinli qızlar da iştirak etməklə Qərb zövqünün ağ irqlə qapanmışlığını dağıdırlar. XX-XXİ yüzillərin musiqi sənəti isə iş o yerə gəlib çatıb ki, qaradərili müğənnilərsiz — Maykl ceksonsuz, Tupaksız, filansız çəlimsiz görünür.

ABŞ-da cazın yaradıcıları olan zəncilərdən sonra musiqinin qapıları Afrika soylu musiqiçilərə taybatay açılmışdı. Rep, Hip-hop musiqilərindən sonra isə Şou sənətində, artıq, qlobal planda zəncilərdə dəb yarandı. Amerikanın kültür ekspansiyası bütün dünyanı zənci Şousuna öyrəşdirdi. İş hətta o yerə çatdı ki, Rusiyada belə, oxuyanların, çalançıların arasında rusdilli zəncinin olması səhnə görüntüsünə post-modernist cizgilər vurdu. Lui Armstronqacan iri zənci dodaqları arasından görünən yekə dişlər «nə qədər eybəcərdirlər» Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Bisütun kitabəsi

Müstəbidlər tarixi qələbələri ilə daim öyünüblər. Qəhrəmanlıqlarını gələcək nəsillərə çatdırmaq üçün bəzən özləri də bilmədən möcüzə yaradıblar. Belə möcüzələrdən biri üç dildə yazılmış Bisütun kitabəsidir. 1306 sətirlik kitabənin 515 sətri qədim fars, 141 sətri akkad (babil), 650 sətri isə elam dilində olub.

Hakimiyyət uğrunda mübarizədə o, doqquz rəqibini məğlub edir. Eradan əvvəl 521-ci ildə taxta çıxır. Hörmüzdən sonra dünyanın ikinci qüdrətli şəxsiyyəti sayılır. Adı Darayavuş olsa da, düşmənləri onu Dara çağırır. Dara bir çox ölkələri fəth edir. Möhtəşəm bir imperatorluq qurur. Qurduğu dövlətin uzunömürlü olacağına inanır. Ancaq nəsillərin xeyirxahlığına inanmır. Ona görə də, belə qərara Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Vyetnam mədəniyyəti

Vyetnamlılar çox zəngin və unikal mədəniyyətə malik sülhsevər bir xalqdır. Vyetnamın əksər əhalisini vyetlər və 50-dən çox azsaylı xalqlar təşkil edir. Bunlar: txay, txo, nunq, mionq, tiyam, kxmer, xaray, edə və başqalarıdır.
Vyetnam haqqında əksər təsəvvürlər eramızdan əvvəl 2000-ci ilə təsadüf edir. Qədim əfsanəyə görə ölkənin hökmdarı əcdaha – imperator Lak Lonq dağlara gəzintiyə çıxaraq orada pəri quşu Aukoya rast gəlmiş, sevib ailə qurmuşlar. Əcdaha və pəri quşunun 100 uşağı dünyaya gəlmişdi. Onların yarısı əcdaha ata ilə düzənliyə, yarısı isə anası ilə dağlara getmişlər. Hər il harada olmağından asılı olmayaraq Aukonun əcdadları ruhlara sitayiş etmək üçün vətənlərinə dönürlər. Əfsanəyə görə vyetnamlılar Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Qədim Çin mədəniyyəti

Çinin sivilizasiya tarixi minillikləri əhatə edən qədim mədəniyyətlərdən biridir. Çinlilərin özlərinin təsdiq etdikləri kimi, ölkənin tarixi e.ə. III minilliyin sonlarına gedib çatan Yao, Şunya, Yuya hakimlərinin hökmranlıq dövründən başlayır. Çin sivilizasiyasının uzun illəri əhatə edən inkişaf yolu dünya mədəniyyəti tarixində mədəniyyətin tamamilə yeni unikal tipini yaratdı.
Qədimdən başlayaraq Çin mənəvi mədəniyyətinin spesifikasına rasional səciyyə xarakterikdir. Bir xeyli müddətdən sonra ölkənin mənəvi mədəniyyətinə daha humanist ideyalar, mistik dünyagörüşləri nüfuz etdi və onların transformasiyası praqmatik nəticələrə gətirib çıxartdı. Belə bir şəraitdə çin mədəniyyətində mifologiya qismən də olsa, təzahür olunmağa başlayır. Mif yaradıcılığı haqqında ilkin məlumatlar müdrik və ədalətli hakimlərin mifəbənzər, tarixiləşdirilmiş əfsanələrindən əldə edilir.

Artıq Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)İbtidai icma dövrü mədəniyyəti

Arxeoloqlar qədim insanların hazırladıqları müxtəlif alətlər əsasən ibtidai dövrü daş və metal (mis, tunc və dəmir) dövrlərinə görə mərhələləşdirirlər.
Daş dövrü qədim (paleolit), orta (mezolit) və yeni (neolit) daş dövrü kimi mərhələlərə bölünür. Daş dövrünün təxmini xronoloji sərhədləri e.ə. 2,5-3 milyon ildən – e.ə. VI min illiyi nəzərdə tutur. Paleolit, öz növbəsində üç dövrə: aşağı, orta və yuxarı (və ya son) paleolitə bölünür. Daş dövrü mis və tunc dövrü ilə əvəz olunur ki, sonuncu b.e.ə. III-II minillikləri əhatə edir. Daha sonra (b.e.ə. I minilliyin əvvəli) dəmir dövrü başlanır.
İbtidai insan torpaq və heyvandarlıqla məşğul olmuşdur. Bundan öncə isə, o, minillər ərzində Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Klassisizm

Yeni dövrdə bədii mədəniyyətin inkişafı və rasionalizm fəlsəfəsi təliminin yaranması klassisizm cərəyanının təşəkkülünün əsas səbəbi oldu. Bu təlimin banilərindən biri olan Rene Dekart insan ağlına yüksək qiymət verərək onu yeganə idrak vasitəsi hesab edir. «Düşünürəmsə, demək varam» deyən filosof düşünmək qabiliyyəti vasitəsilə insanın ucaldığını söyləyirdi. Məhz bu təsəvvürlər incəsənətdə yeni üslubun – klassisizmin formalaşmasına gətirib çəxardı. Üslub sistemi baxımından klassisizm barokkoya nisbətən daha bitkin, zərif, mükəmməl və ciddidir.

Latınca «klassisus» — nümunəvi sözündən olan klassisizm doğrudan da klassikaya əsaslanaraq bədii və mənəvi ideala çevrilən mükəmməl sənət əsərləri yaradır. Bu üslubun yaradıcıları hesab edirdi ki, obyektiv olaraq mövcud olan gözəllik qanunları da ağılın Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Yaponiya mədəniyyəti

Yapon ənənəvi incəsənəti özünəməxsus mahiyyət kəsb edir. Onun fəlsəfi prinsip və estetik dəyərləri digər ölkə və xalqların fəlsəfi görüşlərindən fərqlənir. Bu fərqin izahına ehtiyac var. Yapon incəsənətinin estetik prinsiplərinin formalaşması bu xalqın doğma təbiətə olan ilahi münasibəti təbiət gözəlliyinə səcdə etməsi ilə izah edilir.
Dağlıq ölkə olan Yaponiyada torpaq təsərrüfatı üçün məkan çox yararsız olduğuna görə insanlar tərəkəmə halında yaşayırdılar. Ona görə də, bu ölkənin hər qarış torpağına yapon əcdadları böyük səy və əmək sərf etmişlər. Bütün bu çətinliklərə baxmayaraq xalq öz həyatını bəzəməyi, zənginləşdirməyi də yaddan çıxarmamışdır, bu isə həm ciddi nizam-intizama, həm də mədəniyyətin təşəkkülünə geniş imkanlar açmışdır.
Yapon Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Fotoqrafiya incə sənətdir

İnformasiya aləminin bugünkü qaynar çağında məlumatı daha dolğun çatdıran, insanlara emosional təsir edən və bununla yanaşı yaradıcılıq nümunəsi kimi diqqət çəkən, estetik zövq formalaşdıran sənətlərdən biri də fotoqrafiyadır. Bədii, sənədli, elmi, texniki, peyzaj və s. janrları ilə yanaşı, foto məişətə də daxil olaraq sevimli məşğuliyyətlərdən birinə çevrilib.
Fotoqrafiya (yunan dilində foto — işıq, qrafo — yazıram, çəkirəm deməkdir) heç də asanlıqla kəşf edilməyib. Xüsusi zəhmət çəkmədən və tez zamanda istənilən rəsmi çəkmək, insanın, mənzərənin və s. əksini əldə etmək həmişə insanları maraqlandırıb. Hələ uzun illər öncə insanların diqqətini çəkən məqamlardan biri də kiçik deşikdən qaranlıq otağa süzülən günəş şüasının yaratdığı effekt, Ardı »