Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünya mətbəxi → Pomidor souslu bulqurlu kroketlər resepti

Tərkibi:
Kroketlər üçün:
2 stəkan incə bulqur (Türkcə buna köftelik bulqur deyirlər)
yarım stəkan mannı (mannı yoxdursa undan istifadə edin, amma mannı daha məsləhətlidir)
2 stəkan qaynar su (bulqur və mannını islatmaq üçün)
Yarım kilo çəkilmiş mal əti
1 stəkan xırda-xırda doğranmış qoz
1 ədəd orta baş soğan – rəndələnmiş
1 ədəd yumurta
1 xörək qaşığı tomat məti (tomat pastası) və yaxud şirin qırmızı bibər məti (və ya ikisinin qarışığı)
1 çay qaşığı duz
Zövqə görə istiot
Zövqə görə zirə – toz halına gətirin (zəruri deyil)
1 stəkan duru yağ – qızartmaq üçün

Pomidor sousu üçün:
2 ədəd yetişmiş pomidor (əgər pomidor çox sulu deyilsə, onda sousa bir az tomat məti də əlavə etmək olar) Ardı »

Dünya mətbəxi → Noxudlu börək resepti

Tərkibi:
5 Ədəd yuxa
Yarım Kilo Qaynadılmış Noxud
2 Ədəd Soğan
3 Diş Sarımsaq
1 Yemək qaşığı pomidor tomatı
1 Yemək Qaşığı Bibər tomatı
1 cüt Cəfəri
Duz
Cirə (kimyon)
Qara bibər
2 şorba qaşığı zeytunyağı
2 Şorba Qaşığı Kərə yağı

Üzəri Üçün:
Yumurta Sarısı
Küncüt

Hazırlanması:
Soğan və sarımsağı xırda xırda doğruyuruq.
Geniş bir tavaya az duru yağ dökürük. doğradığımız soğan və sarımsağı tavaya alıb qarışdıraraq qovururuq.
Soğanların rəngi dəyişdikdən sonra üzərinə bibər və pomidor tomatını əlavə edərək qarışdırırıq.
Ardından qaynadılmış noxudu əlavə edirik. Duzu, qara bibəri və cirəni səpirik. və noxudları əzərək qovurmağa davam edirik.
İç xərcimizi yaxşıca qovurduqdan sonra incə doğranmış cəfəriləri əlavə edirik.
1-2 dəqiqə qədər qarışdırdıqdan sonra soyumağı üçün bir kənara qoyuruq.
2 şorba qaşığı qədər kərəyağını tavada əridirik. Ardı »

Dünya mətbəxi → Vişnə likyoru

Tərkibi:
1 kq vişnə
1,5 su stəkanı toz şəkər
300 ml araq (Vodka)
1 ədəd çubuq darçın
4 ədəd qərənfil
1 litr su

Hazırlanma qaydası:
Vişnələri saplarından ayırın, çəyirdəklərini çıxardıb yaxşıca yuyun. Şəkər tozunu suda yaxşıca əridin. Bütün ləvazimatları şüşə bir bankaya boşaldın. Bankanın qapağını yaxşıca bağlayın və sərin yerdə ən az 1 ay gözlədin.
Bu müddətin sonunda likör süzüb servis edin. Ardı »

Dünya mətbəxi → Kağızda Malatya kababı

Kağızda Malatya kababı

İÇİ:

Böyük təhər bir yağlı kağız soba qabına yerləşdiririk. Ortasına kiçik tikə əti və doğranmış qabırğa qoyuruq. Üzərinə yarım ay şəklində doğranmış soğanları və sarımsaqları qoyuruq. Üstünə təzə kəklikotu yarpaqları atırıq. Duzunu və istiot əlavə edirik.

Badımcanları alabəzək soyub kub doğrayırıq. Pomidorları soyuruq və küp doğrayırıq. Bibərləri seçirik və doğrayırıq. Bibər, badımcan və pomidoru qat qat qoyuruq. Təkrar duz atırıq. Zeytun yağını tökürük. Kağızın kənarlarını bağlayırıq. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk.

KAĞIZDA MALATYA KABABI

500 q. Quzu qabırğa
500 q. Quzu əti
3 badımcan
2 soğan
5 yaşıl istiot
4 pomidor
5 diş sarımsaq
Duz
İstiot
Ardı »

Dünya mətbəxi → Göbələk sousunda kovboy steyki

Tərkibi:

Can əti-400 q
Kartof-3 ədəd
Duru yağ-50 q

Sous üçün:

Göbələk-200 q
Un-50 q
Qaymaq-100 q
Limon
Göyərti
Duz, istiot

Hazırlanması:

1. Can əti axşamdan duz və istiotla basdırma edilir.
2. Basdırma ətin üzəri bıçaq ilə bir neçə yerdən çərtilir və duru yağda qızardılır.
3. Qabığı soyulmamış kartoflar yuyulur, üzəri bıçaq ilə çərtilir, duz istiot vurulub qabaqcadan 150-160 dərəcəyədək qızdırılmış sobaya 20 dəq. yerləşdirilir.
4. Sousu hazırlamaq üçün: göbələk sürtgəcdən keçirilir və yağda qovrulur.
5. Göbələyə əvvəl un, daha sonra qaymaq, duz və istiot əlavə edilib yağa düşənədək qovrulur.
6. Hazır ət və kartof boşqaba qoyulur, üzərinə sous əlavə edilir.
7. Süfrəyə verilərkən limon dilimləri və göyərti ilə bəzədilir.

Nuş Olsun! Ardı »

Dünya mətbəxi → Gül poğaça resepti

Tərkibi:
Xəmir üçün:
3 st un
1/2 st süd
1/2 st duru yağ
1 ç.q duz
1 paket quru maya(10q)
1 ədəd yumurta +1 ədəd yumurta ağı

İçlik üçün:
200 q ağ pendir
1 balaca dəstə cəfəri

Üzü üçün:
1 ədəd yumurta sarısı
1-2 ç.q çörək otu

Hazırlanması:
Südü ilıq istidirik. Qaba yağı, südü, duzu, mayanı, yumurtanı və bir yumurtanın ağını əlavə edib qarışdırırıq.
Ələnmiş unu qarışığa az-az əlavə edib qaşıqla qarışdırırıq.
Sonra əlimiz ilə normal xəmir yoğururuq. Xəmiri 1-2 saat isti yerdə qoyuruq acıyır.
İçliyi hazırlamaq üçün pendiri sürtgəcin böyük gözündən keçiririk. Ya da çəngəl ilə əzirik. Cəfərini təmizləyib yuyub xırda doğrayıb prendir ilə qarışdırırıq. İçliyimiz hazırdır.
Xəmir hazır olduqda 20 kündə düzəldirik.
Kündənin birini götürüb 0,5 sm qalınlıqda yayırıq.
Bıçaqla Ardı »

Dünya mətbəxi → Çöpdə eskimo

Tərkibi:

Toyuq silesi-4 ədəd
Ət farşı-300 q
Göbələk-100 q
Soğan-2 baş
Yumurta-1 ədəd
Zeytun yağı
Duz, istiot

Hazırlanması:

1. Toyuq fileləri bir-bir streçin arasında döyəclənib duzlanır, istiotlanır.

2. Soğan xırda doğranılır və yağda qovrulur. Soğanın yarısı, yumurta sarısı, xırdalanmış sarımsaq, duz və istiot ət farşına əlavə edilib qarışdırılır və hər toyuq filesinin üzərinə qoyulur.

3. Göbələk xırdalanır, yağda qovrulur və soğanın qalan hissəsinə əlavə edilir. Göbələk-soğan qarışığı farşın üzərinə qoyulur.

4. Çöplər qabaqcadan 2 saat soyuq suda isladılır.

5. File isladılmış çöplərin yarısı içində olmaq şərti ilə rulet formasında bükülür.

6. Hər bükülmüş rulet folqaya yaxşı bükülür (çöplərin ucu çöldə qalmalıdır) və tikişi yuxarıda olmaq şərti ilə listə yerləşdirlir.

7. Çöpdə eskimo qabaqcaqda 180-200 dərəcəyədək Ardı »

Dünya mətbəxi → Ətli şəhriyə plovu resepti (Türk mətbəxi)

Tərkibi:
500 qr şəhriyə
300 qr mal əti
2 ədəd soğan
2 ədəd pomidor
zeytun yağı
duz
sarıkök

Hazırlanması:
1. Şəhriyə plovunu hazırlamaq üçün qazana su tökülür, qaynadılır.


2. Qaynayan suya duz, biraz zeytun yağı əlavə edilib şəhriyə tökülür. 10 dəqiqə qaynadılır (arada qaşıqla qarışdırmaq lazımdı).


3. Şəhriyə bişdikdə süzgəcdən keçirilir, zeytun yağı vurulub qarışdırılır və qazana tökülüb 15 dəqiqə dəmə qoyulur (dəmə qoyulduqda qazanın ağzı bərk bağlanmalıdı).


4. Şəhriyə plovu dəm aldıqda qazdan götürülür.


5. Plovun ətini hazırlamaq üçün ət xırda hissələrə bölünür və bişənə kimi qaynadılır.


6. Ayrı tava götürülür, soğan doğranılır və biraz qızardılır.


7. Soğanın üzərinə ət, doğranılmış pomidor əlavə olunur.


8. Biraz sarıkök və duz əlavə olunur.Ətin suyu əlavə olunub aşağı istilikdə Ardı »