Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünya mətbəxi → Boyat çörəklə nahar

Vəsaitlər:
Boyat çörək
Holland pendiri
Təzə soğan
İstəyə görə müxtəlif ədviyyatlar

Boyat çörəklə naharHazırlanması :
Boyat çörəyi bütününü paylamayacaq şəkildə lentlərə bölün. Bu lentlərin arasına holland pendirini yerləşdirin. Diləsəniz sarımsaq tozu ya da sousu tökə biləcəyiniz kimi başqa ədviyyatlarla da zənginləşdirə bilərsiniz. Son olaraq incə qıyılmış təzə soğanları bu kəsiklərin arasına yerləşdirin. Mikrodalğa soba ya da normal sobada holland pendirləri əriyənə qədər gözlədin. Budur ləziz naharınız hazır!

Boyat çörəklə naharNuş olsun ! Ardı »

Dünya mətbəxi → Zəncəfilli limonad

Vəsaitlər: (6 stəkan üçün)
5 ədəd limon qabığı
4-5 budaq təzə nanə
1 yemək qaşığı bal (istəyə görə artırıla bilər)
5 ədəd limonun suyu
1 balaca çay qaşığı zəncəfil
5 su stəkanı su

Hazırlanması:
Limon qabıqlarını, nanələri və balı blenderdən keçirin. 5 ədəd limonun suyunu və 1 balaca çay qaşığı zəncəfili əlavə edin. Qarışığı tülbentten keçirərək süzün. 5 stəkan su əlavə edin. Soyuq olaraq xidmət edin. Arzuya görə buz qata bilərsiniz. Ardı »

Dünya mətbəxi → Soğanlı piroq

Tərkibi (4 pay):

xəmir:
1,5 st. un
150 q marqarin

iç:
5-6 baş soğan
200 q bərk pendir
50 q kərə yağı
1 x.q. şəkər tozu
1 ç.q. un
3-4 budaq cəfəri
duz
istiot

Hazırlanması :

Marqarini unla döyün. 0,5 st. sü tökün, xəmir yoğurun.

İç: soğanı təmizləyin, yarımhalqa doğrayın. Qazana qoyub üzərinə 0,5 st. qaynar su tökün, su quruyanadək bişirin. Un səpin, yağla qarışdırın. Duz, istiot vurun, şəkər tozu və xırda doğranmış cəfəri əlavə edin.

Xəmiri yağlanmış siniyə döşəyin. Bir neçə yerdən çəngəl batırın. 220 dərəcə qızdırılmış sobada bişirin. Tam bişməmiş içi üzərinə yayın, üzərinə sürtgəcdən keçirilmiş pendir səpin. 15-20 dəqiqə, hazır olanadək bişirin.

Süfrəyə isti verin.

Nuş Ardı »

Dünya mətbəxi → Humus resepti (Türkiyə mətbəxi)

Tərkibi:
200 q noxud
50 q küncüt
3-4 diş sarımsaq
3 yarpaq cəfəri
Yarım ədəd limon
50-100 ml zeytun yağı
Duz, istiot
Pul bibər
Qırmızı çili (zövqə uyğun ədviyyatlardan istifadə etmək olar)

Hazırlanması:
Noxud gecədən soyuq suda isladılır.
Qaynadılır, suyu süzülür.
Suyu tam çəkilməlidir.
Sadalanan bütün ərzaqlar blenderə əlavə edilir.
Blenderdə yaxşıca xırdalanır.

Nuş olsun! Ardı »

Dünya mətbəxi → Sübh omleti

Sübh omleti

MATERİAL SİYAHISI:

4 yumurta
1 pomidor
1 kənd istiotu
1 dəstə cəfəri
100 q. Ağ pendir
100 q. Kaşar pendiri(holland)
2 şorba k. Kərə yağı
Duz
İstiot

İÇİ:

Yumurtaları qarışdırma qabına qırırıq, çəngəllə qarışdırırıq. Duzunu və qara bibəri qoyuruq. İki tavaya kərə və duru yağ qoyuruq. Yumurta qarışığını iki tavaya bölürük. Bir dənəsinə cəfəri, pendir, pomidor və istiotu doğrayıb qarışdıraraq bişiririk. Digərinin ortasına pendir, pomidor, cəfəri və ağ pendir qoyub, alt tərəfi bişirəndə kənarları ortaya doğru bağlayırıq. Qısa müddətdə bişəcək üçün çox saxlamadan boşqaba alırıq. Ardı »

Dünya mətbəxi → Çili şorbası resepti

Tərkibi:
400 q qiymə
600 q lobya
2 pomidor
1 ədəd bolqar bibəri
1-2 ədəd çili istiotu
2-3 ədəd soğan
5-6 diş sarımsaq
400 ml ət suyu (bulyon)
2-3 x.q. tomat pastası
1 ç.q. üyüdülmiş zirə və razyana
sürtgəcdən keçirilmiş pendir - zövqə görə

Hazırlanması:
Soğanı, bibəri və çili istiotunu doğrayın. Lobyanı qaynadın, aşsüzənə töküb suyunu süzün. Pomidorların üstünə qaynar su töküb 1 dəqiqə saxlayın, qabığını soyun. Soğan, bibər və sarımsağı qızardın. Bunlar hazır olana yaxın çili istiotunu əlavə edin.
Qiyməni 3-5 dəqiqə, qarışdıra-qarışdıra qovurun. Hazır olana yaxın cirə və razyana əlavə edin.

Bir az iri qazana həm qiyməni, həm də qızartdığınız tərəvəzləri qoyun, kubik doğranmış pomidorları, tomat pastası və ət suyunu əlavə edin. Qarışdırıb ocağın Ardı »

Dünya mətbəxi → Tənbəl xaçapuri

1
Tərkibi:

100 q bərk pendir
100 q xama
1 yumurta
1 x.q. un
şüyüd
duz
istiot
bitki yağı

Hazırlanması :

Pendiri sürtgəcin xırda gözündən keçirin.
Şüyüdü yuyub xırda doğrayın.
Pendir, xama, yumurta, un və şüyüdü bir qaba qoyun. Duz, istiot vurun. Yaxşıca qarışdırın.
Bitki yağını tavada qızdırın. Qarışığı içinə töküb hamarlayın.
Hər iki üzünü 10 dəqiqə qızardın.
Kağız salfetin üstünə qoyub yağını çəkməsini gözləyin.
Soyudub üçbucaq paylara bölün.

Nuş olsun! Ardı »

Dünya mətbəxi → Kartoflu omlet resepti (Avropa mətbəxi)

Tərkibi:
Bişmiş kartof – 300 q.
Yumurta – 7 əd.
Kərə yağı – 40 q.
Duz, istiot

Hazırlanması:
Məsləhət görülür ki, omlet üçün yumurtanı soyuducudan 1 saat əvvəldən çıxardın.
Tavada kərə yağını qızdırın, yağ köpüklənməyə başlayanda ora kartof dilimlərini qoyun. Qızılı rəng alana kimi qızardın.
Ayrı qabda yumurtaları çırpın, duz-istiot vurun, 1 xörək qaşığı soyuq su əlavə edin və çəngəllə sürətlə çırpın.
Yumurta kütləsini kartofun üzərinə tökün, 2-3 dəqiqə bişirin. Omleti çevirin. Süfrəyə kiçik tavada isti-isti verilməlidir.
Yeyərkən üzərinə pendir və ya xama əlavə edə bilərsiniz.

Nuş olsun! Ardı »