Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünya mətbəxi → Meksika üsulu ət ruleti resepti

Tərkibi:
1 iri baş soğan
1 ortaboy yerkökü
2 diş sarımsaq
1/2 qırmızı şirin bibər
1 x.q. doğranmış çili istiotu (xalapenyo) konservi
600 q mal əti
100 q qoyun əti
3 x.q. xırda suxarı
2 yumurta
1 ç.q. döyülmüş zirə
1/4 ç.q. çili tozu
duz və döyülmüş qara istiot - zövqə görə
bitki yağı (qızartmaq üçün)

Hazırlanması:
Soğanı, yerkökünü, şirin bibəri və sarımsağı xırda doğrayın.
Tavada 2 x.q. bitki yağını qızdırın, doğradığınız tərəvəzləri əlavə edib 7-8 dəqiqə qovurun.
Qiyməni, qovurduğunuz tərəvəzi, çili istiotlarını, suxarı, yumurta və ədviyyatı bir qabda yaxşı-yaxşı qarışdırın.
Dördbucaqlı siniyə döşəyib hamarlayın.
180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin.
Sobadan çıxarandan sonra 10 dəqiqə otaq temperaturunda saxlayın, sonra sinidən çıxarıb doğrayın.


Nuş olsun! Ardı »

Dünya mətbəxi → Yaxşı omlet necə hazırlanır?

4 nəfərlik bir omlet hazırlamaq üçün ən az 6-8 yumurta istifadə etmək lazımdır.
Əvvəl yumurtaları farfor və ya şüşə bir qaba qırağ, duz səpək.
İçinə 1-2 şorba qaşığı rəndələnmiş Ardı »

Dünya mətbəxi → Bəyaz vineqret

Tərkibi:

1 banka ağ lobya konservi
1 st. duzlu kələm
2-4 ədəd kartof
1 ədəd ağ, yaxud qırmızı baş soğan
bitki yağı
istiot

Hazırlanması :

Kartofu qabıqlı bişirin, təmizləyib kubik doğrayın.
Suyu süzülmüş lobya, yarımhalqa doğranmış soğan əlavə edin.
Duzlu kələm əlavə edin, yağ və istiot vurub qarışdırın.

Nuş olsun! Ardı »

Dünya mətbəxi → Tiqadegena

Tərkibi:

200 q araxis
500 q ət (mal və ya qoyun)
2-3 baş soğan
600 q tərəvəz (ailənizin sevdiyi: yerkökü, qabaq, boranı, kələm, badımcan, turp və s.)
200 q pomidor
bitki yağı
keşniş
reyhan
cəfəri
şüyüd
1 diş sarımsaq
dəfnə yarpağı
qara istiot
duz
düyü

Hazırlanması :

Əvvəlcə araxis pastasını hazırlamaq lazımdır. Bunun üçün araxisi quru tavada qovurun, ovcunuzda ovxalayaraq qabığını çıxarın.

Araxisi ət maşını, yaxud kombayndan keçirin, az-az su əlavə edin, kəsmik qatılığında pasta alınmalıdır.

Zövqünüzə görə seçdiyiniz tərəvəzləri yuyun, doğrayın (çox xırda olmasın).

Soğanı yarımhalqa doğrayın.

Əti 3-4 sm tərəfli kublara doğrayın.

Tavaya yağ tökün, qaynar olanda əti əlavə edin, iti odda qızılı-qəhvəyi rəng alanadək qovurun.

Yerkökü və soğan əlavə edin, qarışdırın, Ardı »

Dünya mətbəxi → Fakitas (Meksika mətbəxi)

Tərkibi:
250 qram yağsız dana əti
1 ədəd orta boy soğan
2 ədəd çarliston bibər
1 ədəd şirin qırmızı bibər
1 kasa süzmə qatıq
1 ədəd avokado
2 xörək qaşığı zeytun yağı
1 stəkan süd
1 çay qaşığı qara bibər
1 çay qaşığı kəklikotu
Yarım çay qaşığı kimyon
1 çay qaşığı duz
Lavaş çörəyi

Hazırlanması:
Kasada süd və 1 xörək qaşığı zeytun yağını qarışdırın. Dana ətini lent halında doğrayıb sütlü qarışığa əlavə edin. Ətin yumşalması üçün 30 dəqiqə gözlədin. Soğanın qabıqlarını soyub doğrayın. Tavaya 1 yemək qaşığı zeytun yağı əlavə edib saxlayın. Doğranmış soğanları əlavə edib qarışdırın. Əti sütlü qarışıqdan çıxarıb süzün.

Soğanlar diriliyini itirmədən əti tavaya əlavə edin. İki dəqiqə qarışdıraraq qovurun. Bibərləri halqa-halqa doğrayıb tavaya Ardı »

Dünya mətbəxi → Qızarmış mini xəmirlər

Qızarmış mini xəmirlərin vəsaitləri:

2.5 su stəkanı un
1 yumurta
2 yemək qaşığı qatıq
1 çay qaşığı soda
İlıq su
1 çay qaşığı duz

Qızarmış mini xəmirlərin hazırlanması:

Unu qarışdırma qabına alın. Soda və duz ilə qarışdırın. Ortasını hovuz kimi açaraq yumurta və qatığı əlavə edin və qarışdırın. Az - az su əlavə edib ələ yapışmayan yumşaq bir xəmir yoğurun.

Üzərini örtərək 10 dəqiqə istirahət etdirin. Xəmiri unlanmış zəmində mərdanə ilə açıb yumru bir qəlib ilə parçalar kəsin. Dağ olmuş günəbaxan yağında qızardın və çox yağını süzdürmək üçün kağız dəsmal üzərinə alın. İsti ya da ilıq xidmət edin. Ardı »

Dünya mətbəxi → Lemon-qran

Bu sous bulka və kekslə süfrəyə verilir.

Tərkibi (2 pay):
5 q kartof nişastası
100 q limon
30 q kərə yağı
30 q şəkər tozu
150 ml su

Hazırlanması:
Limonun qabığını soyun, şirəsini sıxın. Şirənin yarısını qazana tökün, şəkər tozu, yağ və 150 ml su əlavə edin. Qarışdırın. Şəkər tozu əriyənədək qarışdıra-qarışdıra bişirin. Şəkər tozu əriyəndə limon şirəsinin digər yarısı ilə qarışdırılmış nişastanı əlavə edib hazır olanadək qarışdıra-qarışdıra bişirin. Eyni cinsli kütlə alınmalıdır.

Nuş olsun! Ardı »

Dünya mətbəxi → Kakoslu rulet

Kakoslu rulet

Tərkibi:

2 yumurta ağı
1/2 su stəkanı su
1 su stəkanı mürəbbə suyu
1/4 çay qaşığı duz
2.5 su stəkanı toz şəkər
1/2 su stəkanı döyülmüş fındıq
1 su stəkanı kakos rəndəsi

Hazırlanması:
Bir qabının içində duz, şəkər, mürəbbə suyu və soyuq suyu qarışdırıb, 20-25 dəqiqə qədər qaynadın.
Yumurta ağlarını yaxşıca çırpın. Hazırladığınız isti şəkərli qarışığı bir qaşıq köməyiylə çırpılmış yumurta axına əlavə edin və davamlı qarışdırın. Qatılaşdığında yağlı kağıza boşaldın. Xəmiri 4-5 santimetr qalınlığında kəsib, içinə fındıq və kakos qarışığını əlavə edin. Rulet halına gətirib, soyuducuda soyumağa buraxın.

Badımcanlı plov

Tərkibi:

4 ədəd uzun badımcan
2 su stəkanı düyü
1 qəhvə fincanı arpa və ya tel şəhriyə
2 ədəd toyuq sinəsi
1 ədəd soğan
2 ədəd Ardı »