Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünya mətbəxi → Qırmızı Mərci Şorbası

Qırmızı Mərci Şorbası (Kırmızı Mercimek Çorbası)
4 porsiya üçün nəzərdə tutulub
1 stəkan qırmızı mərci
1 ədəd orta boy soğan - xırda-xırda doğrayın
1 ədəd orta boy yerkökü - xırda-xırda doğrayın
1 ədəd orta boy kartof - xırda-xırda doğrayın
1 xörək qaşığı tomat (tomat pastası)
6 stəkan su
zövqə görə duz
zövgə görə istiot (şorbanın acı olmasını istəyirsinizsə, bir az acı qırmızı pul bibər əlavə edin)
1-2 qaşıq yağ
Üstü üçün (bu zəruri deyil və şorbanın süfrəyə verəndə gözəl görünməsi üçün edilir - şəkildəki kimi)
2 x. qaşığı kərə yağı və yaxud zeytun yağı
1/3 çay qaşığı qırmızı şirin bibər tozu (paprika)

Qırmızı Mərci Şorbası (Foto Resept)

Süfrəyə vermək üçün:
limon
çörək
Variant 1:
Mərci, soğan, kartof, Ardı »

Dünya mətbəxi → Töpələk

Tərkibi:
2 st. un
1 yumurta
azca su
duz

İç:
1 st. bulqur
3 x.q. bitki yağı
2 st. un
1 x.q. tomat pastası
1 ç.q. nanə
0,5 toyuğun döş əti
1 yumurtanın sarısı
duz
qara istiot
1 kasa sarımsaqlı qatıq

Hazırlanması:
Xırda doğranmış toyuq ətini bitki yağında qovurun. Bulqur və tomat pastasını əlavə edin. 2 st. su əlavə edib vam odda 15 dəqiqə bişirin. Duz, istiot və nanə əlavə edin.
Ayrı bir qabda un, yumurta, duz və bir az suyu qarışdırıb yumşaq xəmir yoğurun.
Xəmiri yayıb 10 sm tərəfli kvadratlar kəsin. Bunların ortasına iç qoyub üçbucaq şəklində qatlayın. Üzərinə yumurta sarısı çəkin.
200 dərəcə qızdırılmış sobada bişirin.
Süfrəyə sarımsaqlı qatıqla verə bilərsiniz.

Nuş olsun! Ardı »

Dünya mətbəxi → Qarğıdalı çörəyi

Tərkibi:
1 su stəkanı tam buğda unu
1 su stəkanı qarğıdalı unu
1 çay qaşığı karbonat
1 şirin qaşığı duz
1 ədəd yumurta
1 şirin qaşığı bal
1 su stəkanı qatıq
2 şorba qaşığı zeytunyağı
150 qram rəndələnilmiş keçi pendiri

Hazırlanması:
Dərin bir qabda buğda unu, qarğıdalı unu, karbonat və duzu qarışdırın.
Çuxur bir qabda yumurta, bal, qatıq və zeytunyağını yaxşıca qarışdırın.
Əvvəldən harmanladığınız unlu qarışığı əlavə edib qarışdırmağa davam edin.
Pendir əlavə taxta qaşıqla vəsaitləri yedirincəyə qədər yaxşıca qarışdırın.
Qarışığı, yağlı bişirmə soba nimçəsinə tökün.
Əvvəldən isidilmiş 180 dərəcə sobada 20 dəqiqə bişirin.
İlıq ya da soyuq xidmət edin.

Nuş olsun! Ardı »

Dünya mətbəxi → Nanəli mərci şorbası resepti (Türk mətbəxi)

Tərkibi:
1 stəkan yarım qırmızı mərci
1 pomidor – iri-iri doğrayın
1 yerkökü – iri-iri doğrayın
1 xörək qaşığı tomat pastası
1 dolu xörək qaşığı quru nanə (istəyə görə artırıb yaxud azaltmaq olar)
4-5 xörək qaşığı kərə yağı (istəyə görə artırıb yaxud azaltmaq olar)
Duz-istiot

Hazırlanması:
Mərcini yaxşıca yuyub, süzünü süzüb qazana qoyun. Üstünə 4-5 stəkan su töküb qaynadın.

Qaynayan mərcinin kəfini yığın. Mərci yarım-bişmiş olduğunda qazana doğranmış pomidor, yerkökü, tomat pastası və quru nanəni əlavə edin. Orta hərarətdə bişirməyə davam edin. Mərci tam yumşalanda, kütləni blenderdə püre halına gətirin. Yenidən qazana tökün. Zövqə görə duz və istiot vurun. Şorba qatıdırsa, bir az da su əlavə edib, qaynadın.
Tavada kərə Ardı »

Dünya mətbəxi → Pendirli börək.

Hazırlama müddəti: 25 dəqiqə + 20 dəqiqə.
Bişmə müddəti: 20 dəqiqə.
Vəsaitlər
İç Vəsaiti:
125 qr ağ pendir.
3/4 stəkan gravyer pendiri, rəndələnilmiş.
2 təzə soğan, doğranmış.
1 yumurta, yüngül çırpılmış.
1/3 stəkan cəfəri və kəklik.
Yuxa.
1 yumurta sarısı.
Hazırlanması:
Bir kasada pendirləri, təzə soğanı və yumurtanı qarışdırın. İstiot səpin. Kvadrat şəklindəki yuxaların ortasına iç vəsaitindən qoyun. Xəmirin uclarını isladıb, üçbucaq şəklində qatlayın. Uclarını çimdikləyin açılmasın.
Yüngül yağlanılmış soba nimçəsinə aralıqlı düzün. Aralıqlar əhəmiyyətli çünki xəmirlər bişərkən yayılır.
Üzərlərini örtərək soyuducunda ən az 20 dəqiqə gözlədin.
Yumurta sarısına bir neçə damla su qataraq börəklərin üzərinə sürün.
200 dərəcədə əvvəldən isidilmiş sobada 15-20 dəqiqə bişirin.
Nuş olsun! Ardı »

Dünya mətbəxi → Göbələkli kartof knedlləri

Tərkibi:
500 q kartof
200 q şampinyon
1 baş soğan
2 yumurta
1,5 st. un
Duz
İstiot

Hazırlanması
Kartofu qabıqlı qaynadın, soyudun, təmizləyib sürtgəcdən keçirin.
Göbələyi təmizləyin, xırda doğrayın. Xırda doğranmış soğanla bitki yağında qovurun, kartofa əlavə edin.
Yumurta, duz, istiot, un da vurub qarışdırın. Qatı, yapışqan xəmir alınmalıdır (un bir qədər çox tələb oluna bilər).
Qazanda su qaynadın. Duz və dəfnə yarpağı əlavə edin. Əllərinizi isladıb iri kündələr tutun, qaynayan suya salın.
Qazanın dibinə yapışmasın deyə qaşıqla ehmalca qarışdırın. Suyun üzünə çıxandan sonra daha 3-4 dəqiqə bişirin.
Hazır knedlləri boşqaba düzün, süfrəyə verəndə üzərinə xama gəzdirin.

Qeyd: Bunları suda bişdikdən sonra bitki, yaxud kərə yağında qızartmaq Ardı »

Dünya mətbəxi → Toyuqlu taco resepti (Meksika mətbəxi)

Tərkibi:
2 ədəd toyuq sinəsi
1/4 qırmızı kələm və ağ kələm
1/4 kahı
30 qram cheddar pendiri
1 çay qaşığı kəklikotu
3 ədəd taco
1 xörək qaşığı sour cream sous
1 su stəkanı arus plovu, duz

Sour cream sous üçün:
1 su stəkanı krem
5 xörək qaşığı limon suyu
2 su stəkanı qatıq
2 diş sarmısak,
Duz

Arus plovu üçün:
1 su stəkanı düyü
3 xörək qaşığı duru yağ
Bir yarım su stəkanı su
1 çay qaşığı pomidor tomatı
15 qram toyuq bulyon
1 çay qaşığı ağ istiot
1 ədəd xırdalanmış sarmısaq
Doğranmış yarım soğan

Hazırlanması:
Əvvəlcə sour cream sousu hazırlayın. Çırpma teli və ya mikser ilə krem və limon suyunu köpüklənənə qədər çırpın. Qatıq, xırdalanmış sarmısaq və duz əlavə edib, yenidən çırpın.
Arus plovu Ardı »

Dünya mətbəxi → Paşa börəyi resepti

Tərkibi:
2,5 st. un
1 yumurta
2 kubik ət bulyonu
0,5 kq qiymə
2 baş soğan
0,5 dəstə cəfəri
0,5 kq qatıq
3-4 diş sarımsaq
125 q kərə yağı
Duz
İstiot
Qırmızı istiot

Hazırlanması:
Unu ələyin, ortasını çalalayın. 1 yumurta qırın.
Unun üzərinə duz səpin. 0,5 st. su əlavə edərək yoğurun.
Xəmiri yaş dəsmalın altında 10 dəqiqə saxlayın.
Soğanı qovurun, qiyməni əlavə edin, suyu çəkilənədək bişirin.
Duz, istiot, qırmızı istiot, doğranmış cəfəri əlavə edin.
Xəmiri 5 bərabər kündəyə bölün. Hər birini 30 sm diametrdə yayın.
Bu yuxaları bol yağda qızardın. Sonra ət bulyonuna batırın.
Siniyə bir qat yuxa, bir lay iç qoymaqla üst-üstə düzün.
Ən son yuxanın üzərinə 3-4 çömçə ət bulyonu tökün.
200 dərəcə qızdırılmış sobada 5-6 dəqiqə bişirin.
Sarımsağı doğrayıb qatıqla qarışdırın. 2 Ardı »