Sureler → ƏL-ƏRAF (SƏDD) SURƏSİNİN ŞƏRHİ 131-150
(7.131) “Onlara bolluq qismət olduğu zaman: “Bu bizim (haqqımızdır)!” – deyər, bir pislik üz verdikdə isə bunu (bir uğursuzluq, nəhslik kimi) Musadan və yanındakılardan görərdilər. Agah olun ki, onların başına gələn uğursuzluq (nəhslik) Allahdandır, lakin onların əksəriyyəti (bunu) bilməz!”
Onlar məhsulu yığıb ərzaq tədarük edəndə Allaha minnətdarlıq etməkdən boyun qaçırardılar və deyərdilər ki, bu bizim haqqımızdır. Onlar quraqlığa məruz qalanda və məhsullarından məhrum olanda, bu bədbəxtliyi Musanın (ə) peyğəmbər gəlməsi və İsrail oğullarının onun (ə) ardınca getmələri ilə əlaqələndirərdilər. Bu bəlaları Allah öncədən onların qismətinə yazmışdı və onların danışdıqları sözlər azğınlıq nəticəsiydi. Həqiqətən, bu müsibətlərin səbəbi onların günahları və kafirliyiydi, lakin onların Ardı »