Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SurelerƏL-ƏRAF (SƏDD) SURƏSİNİN ŞƏRHİ 61-90

(7.61) “(Nuh) dedi: “Mən (haqq yoldan) heç azmamışam, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!
(7.62) “Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!
(7.63) “Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq, sizin də qorxmanız və (bunun nəticəsində) rəhm oluna bilinməniz üçün içərinizdən olan bir adam (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz?”

Nuh (ə) öz həmqəbilələrinin dediklərini nəzakətlə təkzib etdi və özünü olduqca mərifətli apardı və o, ümid bəsləyirdi ki, onlar ona itaət edəcəklər. O demişdi: “Mən öz iddialarımın heç birində azğınlığa düşməmişəm. Əksinə, mən düz yolla gedirəm və başqalarını da o yola gəlməyi Ardı »

SurelerƏL-ƏNFAL(“QƏNİMƏTLƏR”)SURƏSİNİN ŞƏRHİ 1-21

(8.1) (Ey Peyğəmbərim!) Səndən (müharibədə əldə edilmiş) qənimətlər (onların kimə çatması) haqqında soruşarlar. De: “Qənimətlər Allahın və Peyğəmbərinindir (onun bölünməsi Allaha və Peyğəmbərinə aiddir). Buna görə də əgər (həqiqi) möminsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Onun Peyğəmbərinə itaət edin!”

Qənimət – müsəlmanların Allahın iradəsi ilə düşməni məğlub edərək, kafirlərdən ələ keçirdikləri əmlakdır. Bu ayələr, Bədr döyüşündən sonra müsəlmanlar müşriklərə üstün gəldikdə və ilk böyük həcmli hərbi qənimətə sahib olduqda, nazil edilmişdir. O zaman bir sıra müsəlmanlar arasında qənimətlərin bölüşdürülməsi üstündə ixtilaf baş vermişdi və onlar məsləhət almaq üçün Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) müraciət etmişdilər. O vaxt Ardı »

SurelerYUNUS SURƏSİNİN ŞƏRHİ 92-109

(10.92) “Səndən sonrakılara bir ibrət olsun deyə, bu gün səni xilas edəcəyik (sənin cansız bədənini sahilə atacağıq). Həqiqətən, insanların çoxusu ayələrimizdən qafildir!”

Quran şərhçilərinin rəylərinə görə, İsrail oğulları Firondan bərk qorxurdular və onun suda boğulmasına inanmaq istəmirdilər. Şübhələri onlara iztirab verirdi və belə olduqda, Allah dənizə əmr edir ki, müstəbidin meyidini bir yüksəkliyə atsın ki, o, insanlar üçün bir möcüzə olsun. Lakin insanların çoxu belə möcüzələrə laqeyd yanaşırlar. Onlar bir çox qəribə hadisələrin şahidi olurlar, lakin buna əhəmiyyət vermirlər və onlardan faydalı ibrət götürmürlər. Təkcə ağıllı insanlar, qəlbən həqiqəti dərk etmək istəyənlər, Allahın möcüzələrində Onun elçilərinin təbliğ etdikləri hər şeyin Allahdan varid Ardı »

SurelerHUD SURƏSİNIN ŞƏRHİ 84-101

(11.84) “Mədyən əhlinə də qardaşları Şüeybi (peyğəmbər göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi xeyir-bərəkət içində görürəm. Bununla belə sizi bürüyəcək bir Günün əzabından qorxuram!”

Madyanlılar məşhur xalqdır və Fələsində yerləşən Madyan adlı yerdə yaşayırdılar. Allah onların yanına öz tayflarından olan və çox yaxşı tanıdıqları Şueybi (ə) göndərdi ki, heç bir maneə olmadan ondan (ə) təlim alsınlar. O (ə) onlara belə dedi: “Ey mənim xalqım! Səmimiyyətlə bir olan Allaha ibadət edin və etiqad etdiyiniz müşriklikdən əl çəkin. Bütpərəstliklə yanaşı siz başqa günahlar işlədir, insanları ölçüdə və çəkidə aldadırsınız. Ardı »

SurelerNƏBƏ surəsinin təfsiri

NƏBƏ surəsinin təfsiri
Məkkə surələrindəndir.
Bismilləhir Rəhmanir Rəhim!
1) Bir-birindən nə haqqında soruşurlar? 2) O, böyük xəbər haqqındamı? 3) O, elə bir xəbərdir ki, onun barəsində ixtilafdadırlar. 4) Xeyr, onlar yaxında mütləq biləcəklər! 5) Yenə də xeyr, onlar yaxında mütləq biləcəklər!

6) Məgər Biz yer üzünü döşək; Məgər Biz yeri üzünü döşək; 7) Dağları isə dirək yaratmadıqmı?! 8) Biz sizi cüt olaraq yaratdıq. 9) Yuxunuzu da istirahət etdik. 10) Gecəni bir libas; 11) Gündüzü isə güzaranı yaxşılaşdırmaq vaxtı etdik. 12) Üstünüzdə yeddi möhkəm tikdik. 13) Par-par parıldayan bir çıraq düzəltdik. 14) Sıx-sıx dayanmışlardan şırıl-şırıl axan yağmur endirdik; 15) Ki, onunla dən və bitki çıxardaq, 16) Ardı »

SurelerMUMINUN

1 Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!)
2 O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)
3 O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər;
4 O kəslər ki, zəkat verərlər;
5 O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar;
6 Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar.
7 Bundan artığını istəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır).
8 O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər);
9 Ardı »

Sureler“ALİ-İMRAN” (“İMRANIN AİLƏSİ”)SURƏSİNİN TƏFSİRİ 181-200 ayələr

(181) ““Allah kasıbdır, biz isə varlıyıq!”– deyənlərin sözünü Allah eşitdi. Biz onların dediklərini və haqsız olaraq peyğəmbərləri öldürmələrini yazacaq və onlara deyəcəyik: “Dadın yandırıb-yaxan Odun əzabını!”

(182) “Bu, öz əllərinizlə etdiyiniz əməllərə görədir. Yoxsa Allah qullarına zülm edən deyildir”.

Uca Allah bu ayələrdə ağızlarından çirkin, qorxulu və mənfur sözlər çıxarmağa cəsarət etmiş qaba cinayətkarlardan bəhs edir. Allah onların sözlərini eşitmiş, onları yazmış və onları bu mürtədlərin yaramaz əməlləri ilə birlikdə hökmən saxlayacaqdır. Onların günahlarından biri, onlara səmimi qəlbdən yaxşılıq istəyən peyğəmbərləri qətlə yetirmələri idi.
Onlar mütləq ən ağır cəza alacaqlar və onların: Allah kasıbdır, onlar isə varlıdırlar demələrinə cavab olaraq, onlara şölələnən Odu Ardı »

SurelerƏL-MAİDƏ (SÜFRƏ) SURƏSİNİN ŞƏRHİ 1-6 ayələr

(5.1) “Ey iman gətirənlər! Öhdəliklərinizə sadiq qalın! Ehramda olduğunuz zaman heyvanları ovlamayın, haram olmasını nəzərə alaraq sizə bəyan ediləcəklərindən başqa, qalan heyvanları ovlamağınıza icazə verilir. Bilin ki, Allah İstədiyinedəndir”.

Fövqəluca Allah mömin qullarına dinin tələblərinə uyğun davranmağı və öz öhdəliklərini pozmadan və səhvlərə yol vermədən qüsursuz yerinə yetirməyi əmr etmişdir. Bu o deməkdir ki, qul öz Rəbbinə layiqincə ibadət etməli, Onun qarşısında vəzifələrini pozmadan yerinə yetirməlidir. O, öz vəzifələrini Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) qarşısında da, ona itaət edərək, onun yolu ilə gedərək yerinə yetirməli, həmçinin onları öz valideynləri və qohumları qarşısında yerinə yetirməli, onlara yaxşılıq etməli və qohumluq Ardı »