Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SurelerƏN-NİSA (“Qadınlar”) surəsinin təfsiri 30-70 Ayələr

(31) “Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir keçidə daxil edərik”.

Allah vəd edir ki, əgər qulları ağır günahlardan çəkinsələr, onda O, onların qalan günahlarını və xətalarını bağışlayar və onları şərəfli bir məkana daxil edər. Bu məskən orada bir yerə toplanmış böyük nemətlərə görə belə adlandırılmışdır. Bunlar, gözlərin heç vaxt görmədiyi, qulaqların heç vaxt eşitmədiyi, hətta insan təsəvvürünə belə gətirə bilməyəcəyi nemətlərin mövcud olduğu Cənnət bağlarıdır.
Ağır günahlardan çəkinmək dedikdə, dinin vacib hökmlərinin nöqsansız yerinə yetirilməsi nəzərdə tutulur, çünki onların icra edilməməsi artıq ağır günahdır. Belə hökmlərə aid olanlar: bir gün ərzində beş dəfə namaz Ardı »

SurelerTOVBE

1 Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə (onlarla olan əhdlərinin pozulması, əlaqələrin kəsilməsi barədə) bir xəbərdarlıq!
2 (Ey müşriklər!) Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz (Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz). Allah kafirləri (dünyada və axirətdə) rüsvay edəcəkdir!
3 Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü (zülhiccə ayında vacib, fərz olan həcc; qurban bayramı və ya Ərəfə günü) insanlara bir bildiriş! Allahın və Onun Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur. Əgər (küfrdən və şirkdən) tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər (imandan) üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. Ardı »

SurelerYUSIF

[b]1 Əlif, Lam, Ra! Bunlar açıq-aydın Kitabın (Quranın) ayələridir!
2 (Ey Məkkə əhli!) Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, (mənasını ) anlayasınız.
3 (Ya Rəsulum!) Biz bu Quranı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq. Hərçənd ki, sən əvvəlcə (ondan) əsla xəbərdar deyildin.
4 Bir zaman Yusif atasına demişdir: “Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (təzim) edirlər”.
5 (Atası Yəqub) dedi: “Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanların açıq-aşkar düşmənidir.
6 (Yuxuda gördüyü kimi) Rəbbin səni (başqalarından) seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan Ardı »

SurelerGafir

1 Ha, Mim!
2 Kitabın (Quranın) nazil edilməsi yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahdandır-
3 Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (Allahdandır)! Ondan başqa heç bir tanrı yoxdur. Axır dönüş də Onadır!
4 Allahın ayələri barəsində ancaq kafirlər mübahisə edər. (Ya Peyğəmbər!) Onların (indi) şəhərlərdə gəzib-dolaşmaları (ticarətdən böyük mənfəət əldə etmələri, cah-calal içində yaşamaları) səni aldatmasın! (Son mənzilləri mütləq Cəhənnəmdir!)
5 Onlardan əvvəl Nuh qövmü, sonrakı (kafir) firqələr də (Ad, Səmud tayfaları və başqaları peyğəmbərlərini) təkzib etmiş, hər ümmət öz peyğəmbərlərini yaxalamağa (tutub öldürməyə) cəhd göstərmiş və haqqı yalana çıxartmaq məqsədilə boş sözlərlə Ardı »

SurelerƏT-TÖVBƏ SURƏSİNİN ŞƏRHİ 21-36

(9.21) “Rəbbi onları Özündən bir mərhəmət (bağışlanma), razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnətlərlə müjdələr”.
(9.22) “Onlar orada əbədi qalacaqlar. Böyük savab, həqiqətən, Allah yanındadır!”

Allah onları müjdəsi ilə sevindirir ki, bu Onun möminlərə mərhəmətli, rəhmli olmasını, xeyirxah münasibət və məhəbbət bəsləməsinə və qayğı göstəməsinə dəlalət edir. Allah Öz mərhəməti və həm də Özünün lütfkarlığı – Cənnətdə ən böyük və şərəfli savabı haqqında onları müjdələyib sevindirir ki, onlar bunun sayəsində hər hansı şərdən xilas olmağa və böyük nemət əldə etməyə nail olacaqlar. Allah onlardan razı qalacaq və heç vaxt onlara qəzəblənməyəcək. Onlar əbədi olaraq Cənnət bağlarında qalacaqlar və insan qəlbinin istədiyi Ardı »

SurelerƏN-NİSA (“Qadınlar”) surəsinin təfsiri 166-176 Ayələr

(166) “Lakin Allah Onun sənə nazil etdiyinə Özü şahidlik edir. O, bunu Öz elmi əsasında (və ya Öz biliyi ilə) nazil etmişdir. Mələklər də şəhadət verirlər, lakin Allah Şahid kimi kifayətdir!”

Uca Allah Vəhyin Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) onun qardaşlarına – Allahın elçilərinə nazil edildiyi kimi, nazil edildiyini xatırlatdıqdan sonra, onun peyğəmbərliyinin gerçəkliyini və onun bütün təbliğ etdiklərinin doğruluğunu təsdiq edir. Allah bəyan edir ki, O, Kitabı ona Öz elmi ilə nazil etmişdir.
Bir rəyə görə bu o deməkdir ki, nazil edilmiş Vəhy özündə Allahın elmini, dini hökmləri və insanlardan gizli qalan şeyləri ehtiva edir. Bütün bunlar Allahın Ardı »

SurelerƏL-ƏRAF (SƏDD) SURƏSİNİN ŞƏRHİ 91-130

(7.91) “Elə bu zaman onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü və onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular)”.
(7.92) “Şüeybi yalançı adlandıranlar, sanki orada (evlərində) heç bir şənlik (nemət) içində yaşamamışdılar. Şüeybi təkzib edənlərin özləri ziyana uğrayanlar oldular”.

Güclü bir zəlzələ mürtədləri sarsıtdı və onlar məhv oldular. Fövqəluca Allah onların həlak olması haqqında məxluqlarına xəbərdarlıq edərək buyurur ki, Şüeybin (ə) kafir həmtayfaları sanki öz evlərində heç vaxt yaşamamışdılar, həyətlərində şənlənməmişdilər, ağacların kölgəsində sərinliyə çəkilməmişdilər, çay kənarlarında əylənməmişdilər və ağacların meyvələrindən yeməmişdilər. Cəza onları yaxaladı və onlar əyləncə, şənlik və kef məskənini tərk etdilər. Ardı »

Sureler“ƏL-ADİYƏT” surəsinin təfsiri

Məkkə surələrindəndir.


Bismilləhir Rahmənir Rahim!

1) And olsun tövşüyə-tövşüyə qaçanlara;
2) And olsun qığılcım qoparanlara;
3) And olsun sübh çağı hücum edənlərə;
4) And olsun toz-duman qopardanlara;
5) Qoşunun içərisinə soxulanlara ki,
6) İnsan öz Rəbbinə qarşı çox nankordur.
7) Və o özü də buna şahiddir.
8) Həqiqətən, o, var-dövlətə çox hərisdir!
9) Məgər o bilmirmi ki, qəbirlərdə olanlar çıxardılacağı;
10) Ürəklərdə olanlar aşkar ediləcəyi zaman
11) Həmin gün Rəbbi onlardan xəbərdar olacaqdır!

Allah təala, Allah yolunda çapılmaqda olan qaçan və kişnəyən atlara and içir. Ayənin ərəbcəsində olan “ضَيْح” (dabh) sözü atın tövşəməsi mənasına gəlir. “And olsun qığılcım qoparanlara!” Atın nalı daşlara sürtünəndə Ardı »