Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sureler“Əl-Beyyinə” surəsinin təfsiri

İmam Əhməd deyir: Affan Ammar ibn Əbu Ammardan nəql etdi ki, ənsarlardan olan Malik ibn Amr ibn Sabitin belə dediyini eşitmişəm: “Əl-Beyyinə” surəsi axıra kimi nazil olduqda Cəbrayıl dedi: “Ey Allahın rəsulu, sənin Rəbbin bu surəni Ubeyə oxumağını əmr edir. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) Ubeyə dedi: “Ey Ubey, Cəbrayıl bu surəni sənə oxumağımı əmr etdi”. Ubey dedi: “Ey Allahın rəsulu, mən orada xatırlandım?” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Bəli!” Bu sözlərdən sonra Ubeyi ağlamaq tutdu.

Həmçinin İmam Əhməd deyir ki, Şubənin Ənəs ibn Malikdən rəvayət etdiyi hədisdə Pryğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) Ubey ibn Ardı »

Sureler“YUSUF” surəsnin şərhi 61-79

(12.61) “(Yusifin qardaşları) dedilər: “Ondan ötrü atasını yola gətirməyə çalışarıq və sözsüz ki, (bunu) edərik”.

Tamamilə aydın idi ki, Yaqub (ə) Beniaminin xatirini hədsiz dərəcədə çox istəyirdi və sevimli oğlu ilə ayrılığa tab gətirə bilmirdi. Yusuf yoxa çıxdıqdan sonra, təkcə Benyamin onun təsəllisi olmuşdu və buna görə qardaşlar qeyd etdilər ki, kiçik qardaşlarını onlarla buraxması üçün atalarına yalvarıb, onun razılığını almalıdırlar.

(12.62) “(Yusif) xidmətçilərinə dedi: “Onların (ərzaq əvəzinə verdikləri) mallarını da (xəlvətcə) yüklərinin içinə qoyun. Bəlkə, ailələrinə döndükdə onu (mallarının geri qaytarıldığını) başa düşsünlər və ola bilsin ki, (yenidən ərzaq almaq üçün bir daha yanımıza) qayıtsınlar!”

Yusuf (ə) xidmətçilərinə tapşırdı ki, onların taxıl Ardı »

SurelerYUNUS SURƏSİNİN ŞƏRHİ 31-51

(10.31) “De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs belə olduğu halda Allahdan qorxmursunuz?”

Ey Muhəmməd! Müşriklər Allaha şərik qoşurlar, halbuki onların belə rəftar etməsinə əsas verən heç bir dəlliləri yoxdur. Lakin onlar Allahı özlərinin Yeganə Rəbbi olduğunu etiraf edirlər. Sən bundan istifadə edərək, onları inandır ki, Allah həm də onların Yeganə İlahıdır. Onlardan soruş: “İnsanlara maddi nemətləri göydən nazil edən və onları yerin təkindən çıxardan kimdir? Kin insanlara ruzi əldə etməyə kömək göstərir? Kim eşitmə və görmə qabiliyyətini Ardı »

SurelerYUNUS SURƏSİNİN ŞƏRHİ 16-30

(10.16) “De: “Əgər Allah istəsəydi, mən onu sizə oxumazdım, O da onu sizə bildirməzdi. Mən axı bundan öncə də sizin aranızda yaşamışam. Məgər bilmirsiniz?”
(10.17) “Allaha iftira yaxan, Onun ayələrini yalan hesab edən adamdan daha zalım kim ola bilər? Günahkarlar nicat tapa bilməzlər!”

Ey Muhəmməd! De ki: “Əgər Allah istəməsəydi mən sizə Quran ayələrini oxumazdım, O da haqqı sizə öyrətməzdi. Mən peyğəmbərliyə başlayana və siz də Quran ayələrini eşidənə qədər mən sizinlə bərabər uzun bir ömür sürmüşəm. O zaman mənim heç ağlıma da gəlməzdi ki, özümdən vəhlər uydurum. Doğrudanmı siz başa düşmürsünüz ki, mən uzun illər boyu belə bir şey etməmişəmsə, onda elə Ardı »

Sureler“YUSUF” surəsnin şərhi 80-100

(12.80) “Ondan ümidlərini kəsdikdə məsləhətləşmək üçün bir kənara çəkildilər. Onların böyüyü dedi: “Atanızın sizə Allaha and içdirməsi, bundan əvvəl də Yusufa qarşı haqsızlıq etdiyiniz yadınızdadırmı? Atam mənə izn verməyincə və ya mənə aid Allah hökm verməyincə mən bu yerdən ayrılmayacağam. O, hökm verənlərin ən Yaxşısıdır”.
(12.81) “Atanızın yanına qayıdın və deyin: “Ey atamız! Oğlun oğurluq etdi. Biz ancaq bildiyimiz şeyə şahidlik etdik. Biz qeybi bilən deyilik”.
(12.82) “Olduğumuz kənddən və birlikdə gəldiyimiz karvandan soruş. Biz, həqiqətən də, doğru danışırıq”.

Qardaşlar, kiçik qardaşı özləri ilə aparmağa Yusufun (ə) icazə verəcəyindən ümidlərini kəsdikdə, məsləhətləşmək üçün bir tərəfə çəkildilər. Onlar elə söhbət edirdilər ki, heç kəs danışdıqlarını Ardı »

Surelerər-Rəd surəsinin şərhi 1-18

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

(13.1) “Əlif. Ləm. Mim. Ra. Bunlar Kitabın ayələridir. Rəbbindən sənə nazil edilən Həqiqətdir, lakin insanların çoxu buna inanmır”.

Fövqəluca bu ayədə bəyan edir ki, Müqəddəs Quran dinin bütün əsas və fərdi məsələlərini özündə əks etdirən ayələrdən ibarətdir və Allahın qulları onları bilməyə möhtacdırlar. O, həmçinin bildirir ki, Muhəmməd Peyğəmbərə (s.ə.s.) nazil edilən vəhy açıq-aşkar bir Həqiqətdir. Onun hekayətləri doğru, hökm və qadağanları isə ədalətlidir və inandırıcı dəlillər, təkzibolunmaz sübutlarla təsdiq edilir. Əgər insan Quranı öyrənir və Quran elmlərini mənimsəyirsə, onda o, onu savadını artırmağı davam etdirməyə və dinin vacib hökmlərini yerinə yetirməyə məcbur edən həqiqi biliklər Ardı »

SurelerSəhih Müslim (Məryryəm surəsi)

Uca Allahın: “Peşmançılıq günü ilə qorxut!” ayəsi.

Əbu Səid əl-Xudri (r.a) Peyğəmbərin belə dediyini rəvayət edir: “Qiyamət günündə ölüm bir qoç şəklində gətirilir və Cənnətlə Cəhənnəm arasında durdurular.Sonra: “Ey Cənnət əhli, bunu tanıyırsınızmı?” deyilər. Cənnətəhli başlarını qaldırıb baxarlar və: “Bəli, bu ölümdür!” deyərlər. Cəhənnəm əhlinə də: “Ey Cəhənnəm əhli, bunu tanıyırsınızmı?” deyilər. Onlar da başlarını qaldırıb baxarlarvə: “Bəli, bu ölümdür!” deyərlər. O anda Allahdan əmr gələr və ölüm qoçu kəsilər. Sonra: “Ey Cənnət əhli, əbədilik var, ölüm yoxdur! Ey Cəhənnəm əhli, əbədilik var, ölüm yoxdur!” deyilər.Bundan sonra Peyğəmbər(s.a.v) bu ayəni oxudu: “Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı (haqq-hesab çəkilib möminlərin Ardı »

SurelerƏN-NİSA (“Qadınlar”) surəsinin təfsiri 1-15 Ayələr

ƏN-NİSA
(“Qadınlar”) surəsinin təfsiri


Mərhəmətli və Rəhimli Allahın adı ilə!

(1) “Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir”.

Uca Allah bu surəni təqvalılığa etiqad, Ona ibadət etmək və qohumluq əlaqələri saxlamaq hökmü ilə başlayır. Bunlarla yanaşı, Allah insanları belə davranmağa vacib edən amilləri də izah edir.
Allah insanların Ondan qorxmalı olduqlarını açıqlayır, çünki Rəbb onları yaratmış, onlara ruzi vermiş və böyük nemətlər bəxş etməklə onları himayəsinə götürmüşdür ki, onlardan Ardı »