Sureler → ƏL-ƏNAM SURƏSİNİN ŞƏRHİ 31-50
(6.31) “Allahın hüzurunda duracaqlarını inkar edən kimsələr, həqiqətən, ziyana uğramışlar. Belə ki, saat (qiyamət vaxtı) qəflətən başlarının üstünü aldığı zaman onlar günahlarını dallarında daşıyaraq deyəcəklər: “Dünyadakı təqsirlərimizə görə vay halımıza!” Bir baxın, daşıdıqları şey (günah yükü) necə də pisdir!”
Allahla görüşəcəklərini yalan hesab edən insanlar mütləq böyük zərərə uğrayacaq və hər cür yaxşılıqlardan məhrum ediləcəklər. Kafirlik onları əxlaqsız cinayətlər və ağır günahlar törətməyə vadar edir və buna görə cəza anı onları ən pis vəziyyətdə, ən yaramaz əməllər törətdikləri şəraitdə, qəflətən yaxalayır. Bu zaman kafirlər təəssüflənir və törətdikləri haqqında deyirlər: “Dünyada əlimizdən çıxanlara görə vay bizim halımıza!” Lakin bu barədə peşmançılıq çəkmək Ardı »