Sureler → “ALİ-İMRAN” (“İMRANIN AİLƏSİ”)SURƏSİNİN TƏFSİRİ 51-101ayələr
(51) “Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Ona ibadət edin! Çünki bu, düz yoldur”.
Allah, əvvəlki səmavi Kitablara bənzəyən Kitabı Məsihə təlim etdi, ona insanlar arasında ədalətlə mühakimə yürütməyi öyrətdi və peyğəmbərlik verdi. Allah onu İsrail oğullarının yanına göndərdi və açıq-aşkar ayələrinin və inandırıcı dəlillərinin köməyi ilə ona yardım etdi. Onların sayəsində o, insanlara özünün, həqiqətən, Allahın elçisi olduğunu sübut edən möcüzələr göstərdi. Allahın iradəsi ilə gildən quşabənzər bir şey düzəldib ona üfürən kimi, o şey canlı quşa çevrildi. Allahın iradəsi ilə, o, nəinki görməkdən, hətta gözdən məhrum olan insanlara da görmə qabiliyyəti qaytarır və cüzamlıları sağaldırdı. Allahın iradəsi ilə Ardı »