Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SurelerƏL-MAİDƏ (SÜFRƏ) SURƏSİNİN ŞƏRHİ 14-30 ayələr

(5.14) “Biz “Biz xristianlarıq” deyənlərdən də əhd almışdıq. Onlar yadlarına salınanın bir qismini unutduqları üçün Biz onların arasında Qiyamət gününədək düşmənçilik və nifrət oyatdıq. Allah onlara törətdiklərini xatırladacaqdır”.

Allah əhdi təkcə yəhudilərlə bağlamamışdı. O, özlərini Məryəm oğlu İsanın (ə) ardıcılları hesab edən şəxslərlə də əhd kəsmişdi. Onlar bəyan edirlər ki, Allaha və Onun elçilərinə və onların dəvət etdikləri hər şeyə iman gətiriblər, lakin onlar öz vədlərini pozdular, onlara verilən nəsihətlərin çoxunu yaddan çıxarıb, biliklərini itirdilər və müvafiq hökmləri yerinə yetirmədilər. Allah da onların arasına elə bir düşmənçilik və kin-küdurət saldı ki, Məhşər gününə qədər onlardan xilas ola bilməyəcəklər. Onların bir hissəsi digərlərini Ardı »

SurelerƏL-ƏNAM SURƏSİNİN ŞƏRHİ 151-165

(6.151) “(Ey Elçim!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!”

Fövqəluca Allah Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, bütün insanlara aid yeyinti məhsullarından, içkilərdən, ifadələrdən və əməllərdən ibarət olan əsas haramlar haqqında Onun halal qıldığını haram edənlərə xəbər versin.
Hər şeydən əvvəl, Allah, bir və ya bir neçəsi olmasından asılı olmayaraq, Ona şəriklər qoşulmasını haram edir. Ardı »

SurelerƏT-TÖVBƏ SURƏSİNİN ŞƏRHİ 1-20

(9.1) “Bu, Allah və Onun Elçisi tərəfindən əhd bağladığınız müşriklərə bir xəbərdarlıqdır” .
(9.2) “(Ey müşriklər!) Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz (Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz). Allah kafirləri (bu dünyada və Axirətdə) rüsvay edəcəkdir!”

Allah və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) bütün müşriklərə və kafirlərə imkan verdilər ki, dörd ay ərzində yer üzündə, müsəlmanlar tərəfindən basqınlardan ehtiyat etməyərək sərbəst gəzib dolaşsınlar. Onlara xəbər verilmişdi ki, bu aylar sona çatdıqdan sonra müsəlmanlar onların qarşısında heç bir öhdəlik daşımayacaqlar. Bu hökm, müsəlmanlarla dörd ay müddətinə və ya ondan az və Ardı »

SurelerMÜQƏDDƏS QURANIN TƏFSİRİ (“ƏL-BƏQƏRƏ” (“İNƏK”) SURƏSİNİN ŞƏRHİ ) 11-28 ayələr

(11) “Onlara: “Yer üzündə fəsad törətməyin!” – deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!” – deyirlər”.


Münafiqlər müxtəlif günahlar törədirlər, möminlərin sirrini onların düşmənlərinə açıb söyləyir və kafirlərlə dostluq edirlər. Onlara, yer üzündə fəsad yaymalarının vasitəsi olan küfr və günah işlətməmələri barədə xəbərdarlıq etdikdə isə, onlar ancaq xeyirxah işlər gördüklərini bildirirlər. Onlar yer üzündə təkcə fəsad yaymır, həmçinin özlərini elə göstərirlər ki, sanki öz hərəkətləri ilə qayda-qanun yaradırlar. Onlar həqiqəti təhrif etməyə cəhd edirlər və əxlaqsız cinayətlər edərək bu əməllərinin doğru olduğunu düşünürlər. Onlar günah sahiblərindən daha ağır cinayətlər törədirlər, çünki günahkarlar öz etdikləri yaramazlıqların qadağan olunduğunu etiraf Münafiqlər müxtəlif günahlar törədirlər, Ardı »

SurelerƏL-ƏNAM SURƏSİNİN ŞƏRHİ 101-115

(6.101) “O, göyləri və yeri (yoxdan) var edəndir. Allahın necə övladı ola bilər ki, Onun heç bir yoldaşı (zövcəsi) yoxdur. Hər şeyi O yaratmışdır. O, hər şeyi biləndir!”

Allah göyləri və yeri mükəmməl biçimdə yaratmışdır. O, onları bütün başqa məxluqlarına bənzər etməmiş, onlara gözəl sima vermiş və onlarda mütləq qaydalar qoymuşdur. Hətta ən dərin zəka sahibləri də bunlardan daha gözəl, heyranedici şeylərin oxşarını belə yarada bilməzlər. Allah isə onları heç bir nümunə olmadan, kiminsə iştirakı olmadan, təkbaşına yaratmışdır.
Mütləq Rəbb olan və heç nəyə ehtiyacı olmayan Allahın uşağı necə ola bilər? Onun zövcəsi yoxdur, O, Öz yaratdıqlarına möhtac deyil, amma onların hamısı bütün Ardı »

SurelerMERYEM

1 Kaf, Ha, Ya, Eyn, Sad!
2 (Ya Rəsulum!) Bu sənin Rəbbinin öz qulu Zəkəriyyaya olan mərhəmətinin xatırlanmasıdır!
3 (Zəkəriyya) Rəbbinə gizlicə dua edib yalvardığı zaman
4 Belə demişdi: “Ey Rəbbim! Artıq sümüyüm sustalmış, başım ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua etməklə heç vaxt naümid olmamışam. (Nə dua etmişəmsə, qəbul olunmuşdur).
5 Mən özümdən sonra gələn qohum-əqrəbamdan (yerimə keçəcək əmioğlularımın və digər vərəsələrimin məsləkimi ləyaqətlə davam etdirməyəcəyindən) qorxuram. Zövcəm də ki, qısırdır. Buna görə də mənə Öz dərgahından bir oğul (vəli) bəxş et ki,
6 O həm mənə, həm də Yəqub nəslinə (onlara lütf edilmiş peyğəmbərliyə) varis olsun. Ey Rəbbim! Həm də elə et ki, o Ardı »

SurelerFatir

[color=#03939b][b]1 Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri (peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! (Allah) məxluqatda istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir!
2 Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi nemətə, ruziyə) heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi də Özündən başqa heç kəs göndərə (verə) bilməz. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
3 Ey insanlar! Allahın sizə olan nemətini yada salın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı?! Ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə (aldanıb haqdan) döndərilirsiniz?
4 Əgər (bu müşriklər) səni təkzib etsələr (heç ürəyini sıxma). Səndən əvvəl də peyğəmbərlər Ardı »

SurelerSad

1 Sad! (Şanlı-şərəfli) öyüd-nəsihətlə dolu Qurana and olsun!
2 (Məkkə kafirlərinin iman gətirməmələri heç də, onların dediyi kimi, şəkk-şübhə üzündən deyildir). Doğrusu, o kafirlər qürur və nifaq içindədirlər. (İman gətirməyi özlərinə sığışdırmır. Muhəmməd əleyhissəlama qarşı çıxıb onunla ədavət aparırlar).
3 Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Onlar fəryad edib kömək diləyirdilər, lakin artıq (əzabdan) qaçıb can qurtarmaq vaxtı deyildi.
4 Onlar öz içərilərindən özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: “Bu, yalançı bir sehrbazdır!
5 Əcaba, o, (Allahdan başqa heç bir tanrı yoxdur deməklə) tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da, çox təəccüblü bir şeydir.
6 Onların Ardı »