Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sureler“ƏL-MƏUN” surəsinin təfsiri

Bismilləhir Rahmənir Rahim!

Məkkə surələrindəndir.

1) Dini yalan hesab edəni gördünmü?
2) O elə biridir ki, yetimi itələyib qovar;
3) Və yoxsulu yedirtməyə rəğbətləndirməz.
4) Vay halına o namaz qılanların ki,
5) Onlar öz namazlarından qafildirlər;
6) Onlar riyakarlıq edər,
7) Və (məun) zəkat verməyi qadağan edərlər.

Allah təala buyurur ki, “Ey Məhəmməd, sən dini, yəni qayıdış gününü, o gün mükafat və ya cəza alınacağını yalan sayanı gördünmü? “O elə biridir ki, yetimi itələyib qovar”. O, yetimə təzyiq göstərib zülm edən, haqqını alıb, yedirməyən və ona əl tutmayan biridir. “Və yoxsulu yedirtməyə rəğbətləndirməz”. Allah təala başqa bir ayədə buyurur ki, “Xeyr! Doğrusu, siz özünüz Ardı »

SurelerIBRAHIM

1 Əlif, Lam, Ra! (Ya Rəsulum! Bu Quran) elə bir Kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) – yenilməz qüvvət sahibi, (hər cür) tərifə (şükürə) layiq olan Allahın yoluna (islam dininə) çıxartmaq üçün nazil etmişik.
2 Elə bir Allah ki, göylərdə və yerdə nə varsa, hamısı Onundur. Düçar olacaqları şiddətli əzabdan ötrü vay kafirlərin halına!
3 O kəslər ki, dünyanı (fani dünya malını) axirətdən (axirət nemətlərindən) üstün tutur, (insanları) Allah yolundan döndərir (islam dinini qəbul etməyə mane olur) və o yolu əyri hala salmaq istəyirlər. Onlar (haqq yoldan) azıb uzaq düşmüşlər.
4 Biz hər bir peyğəmbəri yalnız öz Ardı »

SurelerƏL-ƏSR” surəsinin təfsiri

Məkkə surələrindəndir.

Nəql olunur ki, Amr ibn As yalançı peyğəmbər Museyləmənin yanına elçi olaraq göndərilmişdi. Bu hadisə Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) göndərilişindən sonra, Amrın isə müsəlman olmasından əvvəl baş vermişdi. Museyləmə ona dedi: “Bu müddət ərzində dostunuza nə nazil oldu?” Amr dedi: “Ona qısa, ancaq bəlağətli bir surə nazil oldu”. Museyləmə soruşdu: “O hansıdır?” Amr dedi: “And olsun əsrə ki, insan ziyan içindədir? Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!” Museyləmə bir az bir qədər fikirləşib dedi: “Ona bənzər bir şey mənə də nazil olub”. Amr bunun nə olduğunu Ardı »

SurelerMÜQƏDDƏS QURANIN TƏFSİRİ (“ƏL-BƏQƏRƏ” (“İNƏK”) SURƏSİNİN ŞƏRHİ ) 40-61 ayələr

(40) “Ey İsrail oğulları sizə bağışladığım nemətimi yadınıza salın və Mənə verdiyiniz əhdə sadiq olun ki, Mən də sizə verdiyim əhdi yerinə yetirim. Təkcə Məndən qorxun!”



Uca Allah İsrail oğullarına bəxş etdiyi nemətini onların yadına salır. Yaqub peyğəmbəri (ə.) İsrail adlandırırdılar və Allah İsrailin oğullarına müraciət etdikdə, onlardan Mədinədə və şəhərin ətrafında yaşayanlar nəzərdə tutulur ki, sonralar məhz onları İslama dəvət etmişdilər. Allah onlara ancaq bir hökmlə müraciət edir və Rəbbin, bəzilərinin adı bu surədə keçən, nemətlərini yada salmalarını əmr edir. Allahın nemətlərini yadda saxlamaq üçün insan onları qəlbən qəbul etməli, dillə Allahı tərifləməli və Allahın bəyəndiyi və Onun sevdiyi əməlləri həyata Ardı »

SurelerENBIYA

1 İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allahın dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər).
2 Rəbbindən onlara (bir-birinin ardınca) elə bir yeni xəbərdarlıq (öyüd-nəsihət) gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər;
3 Qəlbləri qəflət içində olaraq (ona qulaq asmasınlar). Zalımlar öz aralarında gizli pıçıldaşıb (bir-birinə): “Bu (Muhəmməd) sizin kimi ancaq adi bir insandır. (Onun gətirdiyi Quran sehrdən, cadudan başqa bir şey deyildir). Gözünüz görə-görə sehrəmi uyursunuz?” – dedilər.
4 (Peyğəmbər Məkkə Ardı »

SurelerENKEBUT

1 Əlif, Lam, Mim!
2 İnsanlar (möminlər) yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mömin olduğunu ayırd edib bilək!)
3 Biz onlardan əvvəlkiləri (keçmiş ümmətləri) də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da çox gözəl tanıyar!
4 Yoxsa pis əməllər edənlər əzabımızdan sovuşa biləcəklərini güman edirlər? Onlar necə də pis mühakimə yürüdürlər!
5 Hər kəs Allahla qarşılaşacağına (qiyamət günü dirilib Allahın hüzurunda duracağına) ümid edirsə, (ona hazırlaşsın və bilsin ki) Ardı »

Sureler“QUREYŞ” surəsinin təfsiri

Məkkə surələrindəndir.

(Surənin fəziləti haqqında qərib hədis qeyd olunmuşdur). Belə ki, Beyhaqi “Xilafiyyat” kitabında deyir ki, bizə Əbu Abdulla Əbu Talibin qızı Ummu Hanidən nəql etdi ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) belə buyurmuşdur: “Allah təala Qureyşi yeddi cəhətlə fəzilətli etmişdir: “Mən Qureyşdənəm; peyğəmbərlik onlardandır; Məkkənin hacibliyi və su paylama vəzifəsi onlardadır; Allah fil sahibləri üzərində onlara qələbə vermişdir; onlar on il heç kəsin ibadət etmədiyi vaxt izzət və cəlal Allaha ibadət ediblər; Allah təala onlar haqqında Quranda surə nazil edib”. Sonra Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) bu surəni oxudu: “Qüreyşin ülfəti xatirinə, Onlara qış və yay Ardı »

SurelerƏL-MAİDƏ (SÜFRƏ) SURƏSİNİN ŞƏRHİ 51-70 ayələr

(5. 51) «Ey iman gətirmişlər! Yəhudiləri və xristianları öz köməkçiləriniz və dostlarınız hesab etməyin, çünki onlar ancaq bir-birilərinə kömək edirlər. Əgər sizlərdən kimsə onları öz köməkçiləri və dostları sayırsa, onda o özü onlardan biridir. Həqiqətən, Allah zalım insanları doğru yola yönəltmir”.

Fövqəluca Allah qullarına qiymətli nəsihətlər verir və onlara yəhudilərlə xristianların bəzi yaramaz xüsusiyyətlərini izah edir. Onlarla dostluq etmək və onları özlərinin yaxınları saymaq möminlərə yaraşmaz, çünki onlar ancaq bir-biriləri ilə dostluq edirlər. Onlar bir-birilərinə kömək edir və hamıya qarşı birləşirlər və buna görə möminlər əsil düşmənləri olan adamlarla dostluq etməməlidirlər. Onlar müsəlmanlara zərər vurmaq imkanını fota verməzlər və hətta əllərindən gələn Ardı »