Sureler → ƏŞ-ŞƏRH” surəsinin təfsiri
Məkkə surələrindəndir.
Bismilləhir Rəhmanir Rəhim
1) Məgər Biz sənin köksünü açmadıqmı
2) Biz yükünü səndən götürdük.
3) Hansı ki, sənin belini bükürdü.
4) Ad-sanını ucaltdıq.
5) Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!
6) Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!
7) Elə ki qurtardın, qalx!
8) Və Rəbbinə üz tut!
Allah təata buyurur: “Məgər Biz sənin köksünü açmadıqmı?!” Yəni sənin köksünü açıb nurlandırdıq, geniş və rahat etdik. Allah təala başqa bir ayədə buyurur ki, “Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam (dini) üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar”. (əl-Ənam, 125) Uca Allah onun (Ona Allahın salavatı və salamı Ardı »