Sureler → NEMI
1 Ta, Sin! Bu, Quranın və (haqqı batildən ayıran) açıq-aydın bir Kitabın ayələridir!
2 Möminlərə (doğru yol göstərən) rəhbər və (Cənnətlə) müjdədir.
3 O kəslər ki, (vaxtlı-vaxtında, lazımınca) namaz qılır, zəkat verir və axirətə möhkəm inanırlar.
4 Həqiqətən, axirətə inanmayanların (pis) əməllərini özlərinə yaxşı göstərdik. Onlar (öz azğınlıqları içərisində) şaşqın bir vəziyyətdədirlər.
5 Onları (dünyada) çox pis əzab gözləyir, (imanı küfrə dəyişdirməklərinə görə) axirətdə ən böyük ziyana uğrayacaq kəslər də onlardır!
6 (Ya Rəsulum!) Həqiqətən, Quran sənə hikmət sahibi olan, (hər şeyi) bilən Allah tərəfindən təlqin (vəhy təlim) olunur.
7 Bir zaman Musa (Mədyəndən Misirə gedərkən) ailəsinə demişdi: “Mən bir od gördüm, (siz burada durun) mən də Ardı »