Sureler → : “ALİ-İMRAN” (“İMRANIN AİLƏSİ”)SURƏSİNİN TƏFSİRİ 102-180 ayələr
(102) “Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!”
(103) “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz”.
Bu ayələrdə Allah Öz mömin qullarını Onun böyük mərhəmətinə görə razılıq bildirməyə və minnətdarlıq etməyə, Ondan layiqincə qorxmağa, Ona qüsursuz itaət etməyə və Onun sözündən çıxmamağa və bunları Onun xatirinə səmimiliklə yerinə yetirməyə dəvət Ardı »