Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sureler“YUSUF” surəsnin şərhi 1-30

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

(12.1) “Əlif. Lam. Ra. Bunlar aydın bir Kitabın ayələridir”.
(12.2) “Həqiqətən, Biz Quranı ərəb dilində nazil etdik ki, siz başa düşə biləsiniz”.

Fövqəluca Allah bildirir ki, Quranın bu ayələri açıq-aydın bir Kitabın möcüzələridir ki, sözləri və mənaları olduqca asan və anlaşıqlıdır. Allah bu Kitabını ərəb dilində - ən şərəfli və dünya dillərindən ən yaxşı başa düşülən bir dildə nazil etmişdir. Allah o dillə insanların bilməyə ehtiyac duyduqları faydalı həqiqətləri izah etmişdir. Bu izahlar ona görə verilmişdi ki, insanlar Fövqəluca Allahın onların qarşısında qoyduğu məhdudiyyətləri anlasınlar, dinin əsas və fərdi məsələlərini özləri üçün aydınlaşdıra bilsinlər, Allahın hökmləri və haramlarını Ardı »

SurelerƏN-NİSA (“Qadınlar”) surəsinin təfsiri 107-120 Ayələr

(107) “Özləri özlərinə xəyanət edənlərə görə mübahisə etmə, axı Allah xainləri və günahkarları sevmir”.

Burada xəyanət adı altında cinayətlər, zalımlıq və günahlar nəzərdə tutulur. Bu onu göstərir ki, Allah, həddi şəriətlə müəyyən edilmiş cinayətlər törədən və cəzaya layiq olanlara və yaxud qınanmaq məqsədilə cəzaya layiq olanlara havadar çıxmağı qadağan etmişdir. Cinayət törətdiklərinə görə onlardan ittihamı götürmək üçün və ya onları layiq olduqları cəzadan qurtarmaq üçün belə insanları müdafiə etmək olmaz. Göstərilən etibara tez-tez xəyanət edən və günah işlədənlər Allahın xoşuna gəlmir. O, belə adamları sevmir və onlara nifrət edir. Yuxarıda qeyd olunan qadağanın səbəbi bundadır.


(108) “Onlar insanlardan gizlənirlər, lakin Allahdan gizlənmirlər. Onlar Ardı »

SurelerMÜQƏDDƏS QURANIN TƏFSİRİ (“ƏL-BƏQƏRƏ” (“İNƏK”) SURƏSİNİN ŞƏRHİ ) 29-39 ayələr

(29) “Yer üzündə olanların hamısını sizə görə xəlq edən, sonra göyə tərəf yönəlib onu yeddi qat göy edən Odur. O, hər şeyi bilir”.

Yerdə olan bütün nemətləri Allah Öz mərhəməti sayəsində insanlar üçün yaratmışdır ki, onlardan istifadə etsinlər və bunlardan faydalı nəticələr çıxararaq zövq alsınlar. Bu qiymətli ayə bütün maddi nemətlərin istifadəsinə icazə verildiyinə və əksi sübut edilməyincə təmiz olduğuna dəlalət edir, çünki Uca Allah ayədə insanlara Öz mərhəmətini göstərdiyini qeyd edir. Bu ayənin əsasında həm də demək olar ki, zərərli və pis olan nə varsa, qadağan edilmişdir, çünki Allah insanlara xeyir verən şeyləri yaratmışdır. Deməli, insanların bu çərçivədən kənara çıxan şeyləri Ardı »

SurelerMÜQƏDDƏS QURANIN TƏFSİRİ ( “ƏL- FATİHƏ” (“QURANI AÇAN”) SURƏSİNİN ŞƏRHİ

(1) Mərhəmətli və Rəhmli Allahın adı ilə!

Bu o deməkdir ki, mən Allahın adı ilə başlayıram. Bu söz birləşməsinin lüğəti təhlilindən aydın olur ki, burada Uca Rəbbin bütün gözəl adları nəzərdə tutulur.
Allah – bu adlardan biridir və “O, İlahiləşdirilən, İbadət Edilən, Tək, Öz ilahi – kamil və nöqsansız sifətlərinə görə ibadətə layiq olan Rəbdir”.
Gözəl Mərhəmətli və Rəhmli adları Onun böyük rəhmdilliyinin dəlilləridir ki, hər şeyi və hər varlığı əhatə edir. Allahın təqva sahibi olan və Onun peyğəmbərlərinin və elçilərinin yolu ilə gedən qulları tam mənada Allahın rəhmi ilə mükafatlandırılacaqlar. Bütün digər məxluqlar isə Allahın mərhəmətinin ancaq bir qismini alacaqlar.
Nəzərə almaq lazımdır Ardı »

SurelerİBRAHİM SURƏSİNİN ŞƏRHİ 1-15

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

(14.1) “Əlif. Ləm. Ra. Biz sənə bir Kitab nazil etmişik ki, insanları onların Rəbbinin izni ilə qaranlıqlardan çıxarasan nura – Fövqəlqüdrətlinin və Həmdəlayiqin yoluna” –
(14.2) “göylərdəki və yerdəkilərin hamısının məxsus olduğu Allaha. Məruz qalacaqları şiddətli əzaba görə vay kafirlərin halına!”

Fövqəluca xəbər verir ki, Müqəddəs Kitab Peyğəmbərə (s.ə.s.) bütün bəşəriyyətin rifahı üçün nazil edilmişdi ki, o (s.ə.s.) onun vasitəsilə insanları nadanlıq qaranlığından, imansızlıqdan, pozğun əxlaqdan və günahlardan bilik, iman və saleh əxlaq nuruna çıxartsın. Lakin insanlar, Allah icazə vermədikcə və yardım göstərmədikcə, Onun məmnun qaldığı bir şeyə nail ola bilməzlər. Bunu bildirərək, Fövqəluca qullarını dəvət edir Ardı »

SurelerMÜQƏDDƏS QURANIN TƏFSİRİ (“ƏL-BƏQƏRƏ” (“İNƏK”) SURƏSİNİN ŞƏRHİ ) 131-160 ayələr

(131) “Rəbbi ona: “Təslim ol!” – dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldun!” – demişdi”.

Allah İbrahimə buyurdu ki, itaət etsin və müsəlman olsun və o, həmin andaca bu hökmü yerinə yetirdi və öz səmimiyyətinə, tövhidə bağlılığına, tək olan Allaha məhəbbətinə və Onun qarşısında tövbə etdiyinə şəhadət verdi. Allahın tövhidinə olan sədaqəti onun təkzibolunmaz sifətlərindən idi. O, bu keyfiyyətini öz nəsillərinə aşılamış və vəsiyyət etmişdi ki, həmişə bu dinə iman gətirsinlər. O, tövhid şəhadətini elə bir söz etdi ki, o, onun nəsilləri arasında əbədi yaşayır və övladları onu nəsildən nəslə ötürürlər. Bir vaxtlar o söz Yaqub peyğəmbərə (ə.) də çatmışdı və o da Ardı »

SurelerTƏKVİR surəsinin təfsiri

«TƏKVİR» surəsi
Məkkə surələrindəndir.

İmam Əhməd deyir: Bizə Əbdürrəzzaq, Abdulla ibn Buheyr əl-Qasdan, o da Əbdürrəhman ibn Yezid əs-Sənanidən nəql edir ki, İbn Ömər Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) belə buyurduğunu eşitmişdir:

“Qiyamət gününü sanki gözləri ilə görmək istəyən “Günəş sarınıb büküləcəyi zaman!”, “Göy parçalanacağı zaman!” və “Göy yarılacağı zaman!” surələrini oxusun!” Bu hədisi Tirmizi də Abbas ibn Əbdüləzim əl-Ənbəri vasitəsi ilə Əbdürrəzzaqdan rəvayət etmişdir.

Bismilləhir Rəhmnir Rəhim!

1) Günəş büküləcəyi zaman; 2) Ulduzlar töküldüyü zaman; 3) Dağlar yerindən qopardıldığı zaman; 4) Boğaz dəvələr başlı-başına buraxılacağı zaman; 5) Vəhşi heyvanlar bir yerə toplanacağı zaman; 6) Dənizlər qaynadıldığı zaman; 7) Nəfslər qovuşacağı zaman; Ardı »

SurelerƏL-ƏNAM SURƏSİNİN ŞƏRHİ 131-140

(6.131) “Bu, (peyğəmbərləri göndərmək) ona görədir ki, Rəbbin məmləkətlərin əhalisini, onlar qafil ola-ola (özlərinə peyğəmbər gəlmədiyi üçün dini vəzifələrini bilməyib icra etmədikləri halda) zülmlə məhv etməyi özünə rəva bilməz!

Allah haqdan üz döndərən və onu inkar edən bütün şeytanları və insanları qınayacaqdır. O, onların azğınlığını özlərinə izah edəcək və yolunu azmışlar günahlarını etiraf edəcəklər. O, onlara xatırladacaq ki, elçilər onlara Onun hökmləri və qadağaları, mömin əməllər və şər əməllər, faydalı vədlər və sərt təhdidlər olan və təfsilatı ilə açıqlanmış aydın ayələr gətirirdilər. Elçilər onları Qiyamət gününün yaxınlaşması barədə xəbərdar edir və bəyan edirdilər ki, Həmin gün xilas olmaq, uğur əldə etmək təkcə Ardı »