Sureler → HUD SURƏSİNIN ŞƏRHİ 102-123
(11.102) “Rəbbin zülmkar məmləkətləri əzabla yaxalayanda belə yaxalayır. Onun cəzası, doğrudan da, ağrılı-acılıdır, şıddətlidir!”
(11.103) “Bütün bu deyilənlərdə Axirət əzabından qorxan şəxs üçün həqiqi bir ibrət dərsi vardır. Bu (bütün) insanların bir yerə cəm ediləcəyi, hamının şahidi olacağı bir gündür”.
(11.104) “Biz onu yalnız müəyyən bir müddət üçün təxirə salmışıq”.
Allah kafir xalqları yaxalayaraq onları cəzalandırdıqda və məhv etdikdə, uydurulmuş “ilahlar” onlara heç bir kömək göstərmədilər. Fasiqləri yaxalamış cəza isə Axirətdə cəzalandırılmaqdan qorxanlar üçün ibrət dərsi olmuşdur. Bu dərs ona dəlalət edir ki, zalım cinayətkarlar həm bu dünya həyatında və həm də ölümdən sonra Axirətdə məşəqqətlərə düçar olurlar. Bu barədə xatırlatdıqdan sonra, Fövqəluca Allah Ardı »