Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SurelerMÜQƏDDƏS QURANIN TƏFSİRİ (“ƏL-BƏQƏRƏ” (“İNƏK”) SURƏSİNİN ŞƏRHİ ) 1-10 ayələr

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

(1) Əlif. Ləm. Mim.

Biz artıq “Mərhəmətli və Rəhmli Allahın adı ilə!” sözlərinin şərhi haqqında yuxarıda bildirmişik. Quran surələrinin böyük bir hissəsinin başlanğıc götürdüyü “ayrı-ayrı hərflərə” gəldikdə isə, yaxşı olardı ki, onlara şərh verməkdən çəkinək, çünki bütün mövcud şərhlərdən heç biri müqəddəs mətnlərə istinad etmir. Lakin iman sahibi olan hər bir şəxs qəti bilməlidir ki, bu hərflər əyləncə xatirinə deyil, bizim dərk edə bilmədiyimiz müdrik niyyətlə bağlı nazil edilmişdir.


(2)“Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır”.

Bu elə bir əzəmətli Kitabdır ki, haqlı olaraq müqəddəs adlanır və özündə aydın həqiqəti, habelə, hətta əvvəlki Səmavi Kitablarda Ardı »

SurelerİBRAHİM SURƏSİNİN ŞƏRHİ 16-30

(14.16) “Qarşıda onu Cəhənnəm gözləyir. Orada ona irinli su içirdiləcək”.

Cəhənnəm, inadcıl zalımları, sanki pusquda dayanaraq gözləyir və onlar mütləq oraya düşəcəklər. Bax onda onlar əsil sərt cəzanın dadını biləcək və iyrənc rəngi, murdar dadı və üfunət iyli qaynar irinli içkidən içməli olacaqlar.

(14.17) “O bunu qurtum-qurtum içəcək, amma uda bilməyəcəkdir. Ona hər yandan ölüm gələcək, lakin o, ölməyəcəkdir. Bunun ardınca da böyük bir əzab gələcəkdir”.

Cəhənnəm əzabkeşləri güclü susuzluq hissi keçirərək irinli içkini qurtum-qurtum içəcəklər, amma çətin ki içdiklərini uda bilsinlər. Onlar onu ağızlarına yaxınlaşdıran kimi, o onların üzünü yandıracaq, sonra bir təhər onu udmaq istədikdə, o, onların mədə və bağırsaqlarını qarsalayıb dağıdacaqdır. Ardı »

SurelerƏT-TÖVBƏ SURƏSİNİN ŞƏRHİ 71-90

(9.71) “Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz Qüvvət Sahibi, Hikmət Sahibidir!”

Münafiqlərin bir-birinə məxsus olduqlarını xatırlatdıqdan sonra, Fövqəluca Allah xəbər verir ki, iman gətirənlər də bir-birilərinin dostudur. Onların məziyyətlləri münafiqlərinkinin tamamilə əksinədir. Onlar bir-birilərini sevir, bir-biriləri ilə dostluq edir və bir-birilərinə yardım göstərirlər. Onlar insanları bəyənilən şeylərə,(“Bəyənilən şeylərə dəvət” dedikdə, Təbəriyə görə, İslama dəvət, “qınanılan şeylər” adı altında isə insanları bütlərə və şeytanlara ibadət etməkdən çəkindirmək nəzərdə tutulur. (Əbu Cəfər Muhəmməd b. Ardı »

Sureler: ƏL-ƏRAF (SƏDD) SURƏSİNİN ŞƏRHİ 151-170

(7.151) “(Musa) dedi: “Ey Rəbbim! Məni də, qardaşımı da bağışla. Bizi Öz mərhəmətinin altına al. Sən rəhm edənlərin ən rəhmlisisən!”

Musa (ə) tələsik nəticə çıxartmasına və qardaşı ilə pis davranmasına görə peşmançılıq çəkdi. O (ə) onun günahsız olduğunu bilmirdi və belə hesab etmişdi ki, Harun (ə) öz vəzifəsini yerinə yetirməmişdir. Həqiqət ona (ə) məlum olduqdan sonra, o (ə) dedi: “Ey Rəbbim! Məni və qardaşım Harunu bağışla! Bizi Öz mərhəmətinin altına al və belə et ki, o bizi hər tərəfdən əhatə etsin. Həqiqətən, Mərhəmətin – alınmaz qala və hər hansı şərdən etibarlı müdafiə vasitəsidir. Əgər biz şərdən qorunmağa nail olsaq, bizə ancaq böyük Ardı »

Surelerər-Rəd surəsinin şərhi 31-43

(13.31) “Əgər oxunan bir kitabla dağlar hərəkətə gətirilsəydi və ya onunla yer parçalansaydı və yaxud da onun sayəsində ölülər danışsaydılar da, yenə də bütün işlər Allahın əmri ilə olardı. İman gətirənlər hələ bilmirlərmi ki, əgər Allah istəsəydi, bütün insanları doğru yola yönəldərdi? Allahın vədi gəlincəyə qədər etdikləri əməllərə görə kafir olanlara müsibət ya üz verməkdə davam edəcək, ya da onların yurdunun yaxınlığında dayanacaqdır. Şübhəsiz ki, Allah vədinə xilaf çıxmaz”.

Fövqəluca bu ayədə şərəfli Quranın bütün digər Müqəddəs Kitablardan üstünlüyü haqqında xəbər verir. Əgər Müqəddəs Kitablar arasında elə bir Kitab olsaydı ki, onun sayəsində dağlar yerindən tərpədiləydi, yerin üzü yeni bağlar və çaylarla Ardı »

SurelerRUM

[color=#173bd3]1 Əlif, Lam, Mim!
2 Rumlular (bizanslılar iranlılara) məğlub oldular.
3 (Ərəbistana) ən yaxın bir yerdə (Şamda və ya Urdunda). Lakin onlar (bu) məğlubiyyətlərindən sonra qalib gələcəklər.
4 Bir neçə ilin içində (üç illə doqquz, yaxud on il arasında). Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər;
5 Allahın köməyi ilə. (Allah) istədiyinə kömək edər. O, yenilməz qüvvət sahibi, mərhəmət sahibidir!
6 (Bu zəfəri Kitab əhlinə) Allah vəd etdi. Allah Öz vədinə xilaf çıxmaz. Lakin insanların çoxu (müşriklər bunu) bilməzlər!
7 Onlar dünya həyatının zahirini (ticarət və əkinçilik işlərini, məişət məsələlərini) bilirlər, axirətdən isə xəbərsizdirlər.
8 Məgər onlar öz-özlüklərində Allahın göyləri, yeri və onların arasındakıları ancaq Ardı »

SurelerƏN-NAZİAT surəsinin təfsiri

ƏN-NAZİAT surəsi
Məkkə surələrindəndir.
Bismilləhir Rəhmanir Rəhim!
1) And olsun sərtliklə alanlara; 2) And olsun rahatlıqla alanlara; 3) And olsun üzdükcə üzənlərə; 4) And olsun ötdükcə ötənlərə; 5) And olsun işi səhmana salanlara; 6) O gün sarsıntı baş verəcək.

7) Ardınca daha bir sarsıntı! 8) O gün qəlblər tir-tir əsəcək; 9) Gözləri isə yerə dikiləcəkdir. 10) “Doğrudanmı biz əvvəlki vəziyyətimizə qaytarılacağıq?! –deyə, söylənərlər. 11) “Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!” 12) Dedilər: “Elə isə bu ziyanlı dönüşdür. 13) Həqiqətən, o ancaq tək bir səsdir. 14) Və dərhal onlar dümdüz bir yerdə toplanacaqlar.

İbn Məsud, İbn Abbas, Məsruq, Səid ibn Cubeyr, Əbu Saleh, Əbu Duha Ardı »

SurelerƏT-TÖVBƏ SURƏSİNİN ŞƏRHİ 51-70

(9.51) “De: “Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim Hamimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!”

Fövqəluca Allah münafiqlərin yanıldıqlarını ifşa edərək, Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, desin: “Bizə Allahın Lövhi-məfhuzda yazdığından başqa heç nə üz verməz. Allah bizi himayə edir və bizim dünyəvi və dini işlərimizi sahmana salır. Biz taleyimizdən razıyıq və onu öz istədiyimiz kimi dəyişə bilmərik. Qoy özlərinə xeyirxahlıq edilməsini və bədbəxtliklərdən qaçınmaq istəyən möminlər yalnız Allaha təvəkkül etsinlər və Onun köməyinə güvənsinlər. Ona təvəkkül edən və güvənənlərin ümidi heç vaxt boşa çıxmayacaqdır. Başqa himayədarlara təvəkkül Ardı »