Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sureler: ƏL-QƏDR SURƏSİNİN TƏFSİRİ

Məkkə surələrindəndir.

Bismilləhir Rahmanir Rahim!


1) Həqiqətən, Biz onu Qədr gecəsi nazil etdik!
2) Sən nə bilirsən ki, Qədr gecəsi nədir?!
3) Qədr gecəsi min aydan daha xeyirlidir!
4) O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər.
5) O gecə dan yeri sökülənə kimi salamatlıqdır!”

Allah təala Quranı qədr gecəsi nazil etdiyini xəbər verir və həmin mübarək gecə haqqında belə deyir: “Həqiqətən, Biz onu mübarək bir gecədə nazil etdik!” (əd-Duxan, 3) Bu, qədr gecəsidir və Ramazan ayının günlərindəndir. Allah təala buyurur: “Quran ramazan ayında nazil edilmişdir”. (Əl-Bəqərə, 185)
İbn Abbas və başqaları belə deyir: Allah təala bütün Quranı lövhi məhfuzdan dünya Ardı »

SurelerƏL-BURUC surəsinin təfsiri

Məkkə surələrindəndir.

İmam Əhməd deyir: Əbdüssaməd, Zureyz ibn Sələmə vasitəsilə Əbul Muhzəmdən nəql edir ki, Əbu Hureyrə (Allah ondan razı oslun!) demişdir: “Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) sonuncu – İşa namazında “And olsun bürclərlə dolu səmaya!” və “And olsun səmaya və Taqiqə!” surələrini oxuyardı”. Yenə də Əhməd deyir: Əbu Səid, Həmmad ibn Abbad əs-Sədusi vasitəsilə Əbu Hureyrənin belə dediyini rəvayət etmişdir: “Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) İşa namazında səməlara and içilən surələri oxumağı əmr etmişdir”. Bu hədis İmam Əhmədin rəvayəti ilə munfəriddir.

Bismilləhir Rəhmanir Rəhim!

1) And olsun bürclərlə dolu səmya!
2) And olsun vəd edilmiş günə!
3) And olsun Ardı »

SurelerƏL-ƏNAM SURƏSİNİN ŞƏRHİ 71-95

(6.71) “De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərəmi tapınacaq və Allah bizi düzgün yola yönəltdikdən sonra yer üzündə şaşqın dolaşarkən şeytanların azdırdığı adam kimi geriyəmi (küfrə) döndəriləcəyik? Halbuki dostları onu: “Bizə tərəf gəl!” – deyərək haqq yola çağırırdılar! De: “Allahın hidayəti (islam dini) doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilib”

Ey Elçi! Allaha şərik qoşan müşriklər və Onun yerinə başqa tanrıçalara dua edənlər sizi öz dinlərinə çağırırlar və öz tanrıçalarının keyfiyyətlərini sizə izah edirlər. Axı onların haqqında bir xatırlatma bəs edər ki, ağıllı insan onlara ibadət etməkdən boyun qaçırsın. Dərrakəli insana müşriklərin Ardı »

SurelerƏL-ƏNAM SURƏSİNİN ŞƏRHİ 1-16

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

(6.1) “Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun! (Bu qüdrəti gördükdən) sonra kafir olanlar yenə (bütləri) öz Rəbbinə tay tuturlar”.

Fövqəluca Allah bəyan edir ki, Özünün kamil sifətlərinə və əzəmətli özəlliklərinə görə ümumiyyətlə və sadalanan əməllərinə görə isə xüsusilə Ona həmd edilməsinə layiqdir. O, Onun hüdudsuz qüdrətini, mükəmməl elmini, hər şeyi əhatə edən mərhəmətini və kamil müdrikliyini təsdiq edən göyləri və yeri yaratmasına görə Özünü tərifləyir. Bununla yanaşı onlar Onun Vahid Xaliq və Hökmdar olmasının dəlilləridir.

Allah Özünü qaranlığı və işığı yaratdığına görə tərifləyir. Qaranlıq və işıq həm maddi (gecə və gündüz, Ardı »

SurelerƏL-MAİDƏ (SÜFRƏ) SURƏSİNİN ŞƏRHİ 71-91 ayələr

(5. 71) “Onlar belə hesab edirdilər ki, yoldan azmayacaqlar və buna görə kor və kar oldular. Sonra Allah onların tövbəsini qəbul etdi və bundan sonra onların əksəriyyəti yenə də kor və kar oldular. Allah onların nə etdiklərini görür”.

Onlar elə güman edirdilər ki, etdikləri itaətsizlik və kafirlik öz ardınca cəza və qisas gətirməyəcək və buna görə də öz qüsurlu əməllərini davam etdirirdilər. Nəticədə, onlar haqqa qarşı kor və kar oldular, amma buna baxmayaraq Allah onlara möhlət verdi ki, tövbə etsinlər və tövbələrini də qəbul etdi. Lakin onlar öz tövbələrini çox tez pozdular: əksəriyyəti öz yaramaz cinayətlərinə döndülər və yenə də kor Ardı »

SurelerMAIDE

[b]1 Ey iman gətirənlər! Əhdlərə sadiq olun. Ehramda olarkən ov sizə qadağan edilməklə, (aşağıda) adları çəkiləcək heyvanlar müstəsna olaraq, qalanları sizə halal edildi. Şübhəsiz ki, Allah istədiyini hökm edər!
2 Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə (həcc mərasiminə), haram (hörmətli) aya (həcc ayı hesab edilən zülhiccəyə və ya rəcəb zülqədə, zülhiccə və məhərrəm aylarına), (Kəbəyə gətirilən) qurbanlara, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, həmçinin Rəbbinin lütfünü və razılığını diləyərək Beytülhərama (müqəddəs evə) üz tutub (ziyarətə) gələnlərə hörmətsizlik etməyin! [Onlara qarşı nalayiq işlər görməyi özünüzə halal (rəva) bilməyin!] Ehramdan çıxdığınız zaman (istəsəniz) ov edin. (Vaxtilə) sizi Məscidülhərama daxil olmağa qoymayan camaata qarşı bəslədiyiniz Ardı »

SurelerƏL-ĞAŞİYƏ surəsinin təfsiri

ƏL-ĞAŞİYƏ surəsinin təfsiri
Məkkə surələrindəndir.
Daha əvvəldə də Numan ibn Bəşirdən nəql edilirdi ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) ) bayram namazlarında və Cümə namazında “Ən uca olan Rəbbinin adına təriflər de!” (əl-Əla surəsi) və “Çulğayanın xəbəri sənə gəlib çatdımı?” (əl-Ğaşiyə surəsi) surələrini oxuyardı.

İmam Malik deyir: Damrə ibn Səid Ubeydulla ibn Abdulladan nəql edir ki, Dahhak ibn Qeys Numan ibn Bəşirdən soruşdu: “Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) cümə günü əl-Cumə surəsilə yanaşı daha hansı surəni oxuyardı?” Numan cavab verdi: “Çulğayanın xəbəri sənə gəlib çatdımı?” (əl-Ğaşiyə surəsi) Hədisi Əbu Davud Əl-Qanəbidən, Nəsai isə Quteybədən, onlar da Malikdən rəvayət etmişlər. Həmçinin Ardı »

SurelerƏL-ƏNFAL(“QƏNİMƏTLƏR”)SURƏSİNİN ŞƏRHİ 31-40

(8.31) “Ayələrimiz onlara oxunduğu zaman: “Eşitdik: istəsək, biz də bunun bənzərini deyə bilərik. Bu, qədimlərin əfsanələrindən (uydurmalarından) başqa bir şey deyildir!” – söyləyərlər”.

Fövqəluca Allah Onun Elçisini (ona Allahın salavatı və salamı olsun!) inkar edən kafirlərin inadkarlığı barədə xəbər verir. Onlara Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) təbliğ etdiklərinin hamısının gerçəkliyini təsdiq edən Quran ayələrini oxuduqda, onlar deyirdilər: “Biz bunların hamısını artıq eşitmişik. Bunlar – qədim xalqların əfsanələridir”. Bu sözlər onların inadkarlığının və zalımlığının nəticəsi idi. Əgər bu belə olmasaydı, onda Quran vəhylərinə bənzəyən heç olmazsa bir surə yazmaq üçün, Ondan başqa, bütün istədiklərini köməyə çağırmaları haqqında Allahın onlara yönəltdiyi Ardı »