Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SurelerƏN-NİSA (“Qadınlar”) surəsinin təfsiri 86-96 Ayələr

(86) “Sizə salam verəni daha yaxşı və ya eyni sözlə salamlayın! Həqiqətən, Allah hər şeyi hesaba alır”.

Salamlamaq ifadəsi altında insanların görüşdükləri anda bir-birinə öz hörmətlərini bildirmək üçün söylədikləri sözlər, bir-biriləri üçün etdikləri dua-səna və həmçinin onları müşayiət edən təbəssüm və gülərüzlülük nəzərdə tutulur. Rastlaşan zaman hal-əhval soruşmanın ən yaxşı forması, İslam şəriətində qəbul edilmiş, salam verməkdir. İnsanları salamla qarşılamaq və onların salamlarına eynilə cavab vermək lazımdır.
Uca Allah möminlərə əmr edir ki, onlara yönəldilən hər hansı salamlaşmaya daha yaxşı sözlərlə və ən xoş təbəssümlə və yaxud eşitdikləri eyni ifadə ilə cavab versinlər. Buradan aydın olur ki, müsəlmana salamlaşana heç cavab verməmək və Ardı »

SurelerHİCR SURƏSİNİN ŞƏRHİ 36-60

(15.36) “İblis dedi: “Ey Rəbbim! Onların dirildiləcəkləri günə qədər mənə möhlət ver”.
(15.37) “Allah dedi: “Sən möhlət verilənlərdənsən”.
(15.38) “Ancaq məlum vaxtın Gününə qədər”.

Allah İblisin xahişini qəbul etməklə heç də ona hörmət göstərdiyini bildirmək istəmirdi. O, bunu ona görə etmişdi ki, onu və digər qullarını sınağa çəksin. Allah istəmişdi ki, Onun, öz həqiqi Himayədarına itaətkar olan sadiq qulları bu üsulla belə keyfiyyətə malik olmayanlardan fərqlənsinlər. Məhz buna görə Allah bizə ən mükəmməl tərzdə şeytandan qorunmağı tapşırır və onun niyyətini bizə izah edir.

(15.39) “İblis dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara pis işləri gözəl göstərib onların hamısını Ardı »

SurelerFATIHE

1 Mərhəmətli, Rəhmli Allahın adı ilə!
2 Həmd (şükür və tərif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə,
3 (Bu dünyada hamıya) mərhəmətli , (axirətdə isə ancaq möminlərə) rəhmli olana,
4 Haqq-hesab (qiyamət) gününün sahibinə!
5 Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
6 Bizi doğru (düz) yola yönəlt!
7 Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox! Ardı »

SurelerISRA

[b]1 Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidülhəramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidüləqsaya (Beytülmüqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!
2 Biz Musaya kitab (Tövrat) verdik və: “Məndən başqa heç bir vəkil tutmayın (və ya tanrı qəbul etməyin)” – deyə, onu İsrail oğullarına (haqq yolu göstərən) bir rəhbər təyin etdik.
3 Ey Nuhla birlikdə (gəmiyə) mindirib apardığımız (tufandan xilas etdiyimiz) kəslərin nəsli! Həqiqətən, o (Nuh Allahın nemətlərinə) çox şükür edən bir bəndə idi!
4 Biz İsrail oğullarına kitabda (Tövratda): “Siz yer üzündə (Zəkəriyyanı, sonra da Yəhyanı öldürməklə) Ardı »

SurelerƏN-NİSA (“Qadınlar”) surəsinin təfsiri 141- 165 Ayələr

(141) “Onlar gözləyirlər ki, siz bir fəlakətə düçar olasınız. Allah sizə qəlbə bəxş edəndə onlar deyirlər: “Məgər biz sizinlə deyildik?” Qismət kafirlərə çatanda isə onlar deyirlər: “Məgər biz sizi himayə etmirdikmi və sizi möminlərdən qorumurduqmu?” Allah aranızda Qiyamət günü hökm çıxaracaqdır. Allah möminlərə qarşı kafirlərin yolunu açmayacaqdır”.

Allah ayədə bildirir ki, O, münafiqlərin kafirlərlə dostluğunu və onların möminlərə düşməncəsinə münasibətini sübuta yetirir. Onlar möminlərlə nə baş verəcəyini və sonun necə: pis və ya yaxşı olacağını gözləyirlər. Onlar ikiüzlü adamlardırlar və bu halların hər biri üçün onların müvafiq cavabları hazırlanmışdır.
Allah möminlərə qələbə bəxş etdikdə, münafiqlər deyirlər: “Məgər biz sizinlə deyildik?” Onlar özlərini elə Ardı »

SurelerƏL-ƏNFAL(“QƏNİMƏTLƏR”)SURƏSİNİN ŞƏRHİ 61-75

(8.61) “Əgər onlar sülhə meyl etsələr, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidəndir, Biləndir”(Ayənin tərcüməsi redaktə edilmişdir. Buna ehtiyacın yaranmasının səbəbi Təfsirin mətninin özəlliyi ilə izah oluna bilər. Z.B. və V.M.-in tərcüməsində “təvəkkül etməklə” bağlı ifadə tamamilə yox idi. Halbuki bu, ayədə vacib hökmlərdən birini: müsəlmanın bütün əməllərində Allaha təvəkkül etməsini nəzərdə tutan müddəanı ifadə edir. F.S.)

Sənin əleyhinə döyüşən kafirlər sülh müqaviləsi imzalamaq və döyüş əməliyyatlarına son qoymaq istəsələr, sən də sülh müqaviləsi imzalamağa razılaş və Allaha təvəkkül et! Həqiqətən, sülh sazişi bağlamaq böyük fayda gətirə bilər.
Birincisi, müsəlmanlardan həmişə sülhə və əmin-amanlığa can atmaq tələb olunur Ardı »

SurelerİBRAHİM SURƏSİNİN ŞƏRHİ 31-45

(14.31) “İman gətirən qullarıma de ki, namaz qılsınlar, alış-verişin və dostluğun olmayacağı Günün gəlməsindən əvvəl onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləsinlər”.

Ey Muhəmməd! Sən Mənim qullarıma əmr et ki, onlara böyük fayda verən işlər görsünlər. Onlar əllərinə düşən imkandan, nə qədər ki, məhrum olmayıblar, istifadə etməlidirlər. Onlara əmr et ki, namaz qılaraq Allaha qəlbən və cismən ibadət etsinlər və onların qismətinə düşən maddi nemətlərdən irili-xırdalı sədəqələr versinlər. Qoy onlar zəkat ödəsinlər, öhdələrində olanların dolandırılması vəsaitlərini vəsaitlərini sərf etsinlər və digər vacib sədəqələr versinlər. Bununla yanaşı qoy onlar əlavə ianələr versinlər, çünki çox tezliklə elə bir Gün gələcək ki, onda artıq insan Ardı »

SurelerSHUERA

1 Ta, Sin, Mim!
2 Bunlar (haqqı batildən ayıran, möcüzələri, hökmləri) açıq-aydın Kitabın ayələridir.
3 (Ya Rəsulum! Məkkə müşrikləri) iman gətirməyəcəklər deyə, bəlkə, özünü həlak edəsən?! (Özünü həlakmı edəcəksən?)
4 Əgər istəsək, göydən onlara bir ayə (dəlil) göndərərik, onlar da ona (səssiz-səmirsiz) boyun əyib durarlar.
5 Onlara Rəhmandan (rəhmli olan Allahdan) elə bir öyüd-nəsihət (xəbərdarlıq) gəlməz ki, ondan üz döndərməsinlər.
6 Onlar (Quranı) yalan hesab etdilər. Onların istehza etdiklərinin (Quranın müşriklərə veriləcək əzab barəsindəki) xəbərləri gəlib onlara çatacaqdır. (Qiyamət günü, yaxud Bədr döyüşündə büsbütün məyus olacaqlar).
7 Məgər onlar yer üzünə baxıb orada növbənöv gözəl (bitkilər və meyvələr) yetişdirdiyimizi görmürlərmi?
8 Şübhəsiz ki, bunda (Quranı və Peyğəmbəri təkzib Ardı »