Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xarici ƏsərlərDurrenmatt Tunel

Iyirmi dörd yaşlı gənc universitet tələbəsi aydın bir yay günündə Sürixə gedən sərnişin qatarını gözləyirdi. Tələbə həddən artıq kök idi və sanki hər hansı bir təhlükədən qoruna bilmək üçün bu köklüyünün arxasında pərdə dalında gizlənən kimi gəzirdi. Optik eynəyin üstündən gün eynəyi də taxmışdı, siqaret (Ormond Brasil 10) çəkir, qulaqlarına yaş pambıq tıxayırdı. Hələ də öz valideynlərindən asılı olan və universitetlərdən birində müəmmalı tədqiqatla məşğul olan bu gənc bir bazar günü günorta iki saat yol gedəcək qatara mindi. Qatarın yola düşməsi 17.50, çatması 19.27. Gənc doğma şəhərciyini tərk etdiyi gün günəş buludsuz səmada işıq saçırdı. Qatar Alp və Yura dağlarının arasından, Ardı »

Xarici ƏsərlərJan Kokto. "İnsan Səsi"

Jan Kokto.-İnsan səsi
Səhnə məkanı kimi qadına məxsus yataq otağının bir küncü seçilib.
Göy rəngin tonları ilə boyandığından səhnə yarıqaranlıq təsiri bağışlayır.
Bu məkan tamaşaçılara, qırmızı parça ilə üzlənmiş çərçivə əhatəsində təqdim olunur.
Sol tərəfdə yığışdırılmamış çarpayı, sağ cinahda isə ağappaq və güclü işıqlandırılmış vanna otağının yarıaçıq qapısı gözə dəyir.
Səhnənin mərkəzində və dərinliyində divardan məşhur bir tablo və ya hərhansı ailə portreti asılıb - bu tablonun insana vahimə aşılaması əsas şərtdir.
Suflyor köşkünün böyründə alçaq kreslo və kiçik masa qoyulub.
Masanın üstündə kitablar, telefon və ətrafa gözqamaşdırıcı işıq salan gecə lampası var.
Bu otaqda sanki qətl törədilib. Çarpayının yanında, döşəmədə, əynində Ardı »

Xarici ƏsərlərAnna Stranski-Cek London

Anna Stranski-Cek London
Mən demişdim, insanları tiplərə bölmək olar? Əgər demişdimsə icazə ver dəqiqləşdirim — hamısını yox. Sən şübhələnirsən, mən səni heç bir tipə aid edə bilmərəm, səni sınaya bilmərəm. Mən fəxr edirəm ki, 10 insandan 9-nun davranışını qabaqcadan müəyyən edə bilirəm. Sözlərə və davranışlara görə mən 10 insandan 9-nun ürək döyüntülərinin ritmini müəyyənləşdirə bilərəm. Amma onuncusu mənim üçün bir müəmmadır, ümidsiz bir haldayam, çünki bu məni aşan bir şeydir. Bu onuncu məhz sənsən.Elə bir şey olubmu ki, iki sakit ruh, bir-birindən belə fərqlənən, bir-birinə belə yaraşırlar? Əlbəttə, biz çox vaxt eyni tərzdə düşünürük, lakin hətta fərqli hisslər keçirərkən belə bir-birimizi başa Ardı »

Xarici ƏsərlərOrxan Pamuk- Benim Adim Kirmizi

Orxan Pamuk.benim adim kirmizi
Eser 1591 ci ilda qish feslinda cerayan edir.
Shekure adli qadinin heyat yoldashi 4 ildir ki muharibadan geri donmadiyi ucun Shekure 2 oglan ushagi ila tek bashina qalir.
Şəkurə özünə ər tapmaq üçün Padşaha firəng üslubuyla təhlükəli rəsmlər çəkməkdə atasına kömək eləyən nəqqaşlara göz qoyur.
Onlardan biri də on iki il əvvəl başqa ölkəyə getmiş xalası oğlu Qaradır.
Shekureninde ushaqliqda kara adli xalası oğlu sevdiyini Shekureye bildirdiyi ucun evden qovulmushdur ve birda 12 il sonra Istanbula donmushdur
Istanbula galan kimida Shekureni axtarir ve ona olan sevgisi halada qalir.
Shekure isa ham karani unutmamish hamda agli heyat yoldashinin qardasinda idiii
Karanin qayini padishahin emri ile gizli Ardı »

Xarici ƏsərlərHeminquey Ernest Heç Kim Heç Vaxt ölmür

Evin çəhrayı suvağı rütubətdən tökülmüşdü; divarlar solğun, oyuq-oyuq idi. Eyvandan küçənin tinini, ordan isə dənizi görmək olurdu. Dəniz mapmaviydi. Səki boyunca dəfnə ağacları uzanırdı; bu ağaclar elə boy vermişdi ki, eyvanın başına qədər çatırdı. Ağacların kölgəsi sərin idi. Eyvanın baş tərəfində küncdən içində qaratoyuq olan qəfəs asılmışdı; qaratoyuq oxumurdu, heç cikkildəmirdi də. Qəfəs örtülmüşdü. Qəfəsi təxminən iyirmi səkkiz yaşında bir cavan oğlan öz sviteri ilə örtmüşdü. Oğlan arıq idi, qaralmışdı. Üzündə cod tükləri, gözlərinin altında göyərti vardı. O, ağzını yarımçıq açaraq durmuşdu, qulaq asırdı; kimsə qıfılla bağlanmış həyət qapısını açmaq istəyirdi...

Oğlan eyvanın başına qədər uzanmış dəfnə ağaclarının tərpəşən yarpaqlarının səsini Ardı »

Xarici ƏsərlərKavka Frans Blumfeld

Bir axşam yaşı ötmüş subay Blumfeld pillələrlə mənzilinə qalxırdı.Əziyyətli iş idi, çünki mənzili yeddinci mərtəbədəydi. Son vaxtlar pilləkənləri qalxa-qalxa fikirləşirdi ki, bu cür tənha həyat sürmək yaman çətin imiş: indi bu yeddi mərtəbəni heç kəsin gözünə görünmədən qalxmalıdir ki, bomboş mənzilinə çatsın, orda yenə heç kəsin gözünə görünmədən ev xalatını geyinsin. Qəlyanını yandırsın, neçə illərdən bəri abunə olduğu fransızca yurnalı bir az oxusun, oxuya-oxuya da özü hazırladığı gilas arağından qurtum-qurtum içsin və nəhayət yarım saatdan sonra yatmağa getsin, ancaq yorğan-döşəyə girməmişdən əvvəl onu qaydaya salmalı olsun, çünki söz təsir eləməyən quluqçusu onu kefi istədiyi kimi yığışdırmış olur. Ürəyindən keçirdi ki, Ardı »

Xarici ƏsərlərKen Kizi. "Qanlı Otto"

Ken Kizi.-Qanlı Otto
Dayan, dayan… Bu kişinin adı necəydi? Yaddaşımı büsbütün ələk- vələk elədim ki,
bəlkə o, hafizəmin hansısa küncündə düşüb qalıb. Sonra fikirləşdim ki, axı niyə belə
səfeh şeyə vaxt sərf edirəm? Elə bil hansısa sərxoşu yerindən qaldırmaq istəyirdim, o isə
heç cür qalxmaq bilmirdi… Yox, Sadom ilə Qomorro deyil. Heç Romanın yıxılmağı da
deyil. Ooo, dayan bir, tapdım! Biz burada İsa ilə vaxt barəsində mübahisə edirdik, bu
xüsusda sitatlar gətirirdik: “ Göyün üzü ilə uçaraq İblisin cərgəsinə qoşulur, yenə bir
qədər uçur və bilmərrə çəkilib gedir.” Ho-ho-ha-ha… Əxbar, 20: 70, yaxud buna oxşar
bir şey. Deyəsən, bir Ardı »

Xarici ƏsərlərKavka Frans Tacir

Bəlkə də elə adamlar var ki, mənə yazığı gəlir, ancaq özüm bunu hiss eləmirəm. Balaca mağazam mənim üçün o qədər qayğılar yaradır ki, izləri alnımda və gicgahlarımda görünür, ancaq gələcəyi də heç nə vəd etmir, çinki çox balacadır.

Gərək bir neçə saat əvvəl hər şeyi dəqiqləşdirəm, səhv eləməmək üçün xidmətçiyə hamısını dönə-dönə təkrar elətdirəm, bu fəsildə gələn fəslin dəbini nəzərə alam, özü də tanış-bilişlərimin deyil, lap ucqar kəndlərdə yaşayanların zövqünü əsas götürəm.

Bütün pullarım tanımadığım adamlardadır, nə işlə məşğul olduqlarını, eləcə də sabah hansı təhlükələrlə üzləşəcəklərini bilmirəm ki, lazım gələndə Ardı »