Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xarici ƏsərlərRevaz Mişveladze. "Bacı"

Revaz Mişveladze.-Bacı
Altı aylıq quraqlıqdan sonra, nəhayət ki, yağış yağdı. Bu il quraqlıq Kaxetiyaya və
Kartliyə daha çox ziyan vurdu. Bulaqların, arxların suyu çəkildi. Ağacların yarpaqları,
əkinlər, üzümlüklər və çöllər saraldı. Bostanların bar-bəhəri qurudu. Mal-qara süddən
kəsildi. Kiçik çayların suyu soğuldu. Canlı nə vardısa, hamısı susuzluqdan mələşirdi.
Yerli sakinlər öz arabacıqları ilə çaydan mal-qaraya su daşıyırlar. Bürküdən nəfəs almaq
olmurdu. Torpaq elə qızmışdı ki, hava təndir kimi adamı qarsırdı.
Nəhayət, dünən gecə saat üçdə yağış başladı. Sonra aramsız olaraq yağdı.
İndi səhər saat doqquzdur. Bütün ailə yatır. Səhər yuxusundan oyananlar isə yataqdan
qalxmırlar və qorxurlar Ardı »

Xarici ƏsərlərUilyam Somerset Moyem "Luiza"

Luizanın mənimlə görüşməyə nəyə görə can atmasını heç vaxt başa düşmürdüm. O, məni sevmirdi; arxamca danışanda isə ən nəzakətli tonda pis sözlər deyirdi. Luiza sərt sözləri də birbaşa, lakin həddən artıq mülayim şəkildə ifadə edirdi. Luizanın ikibaşlı sözləri, köks ötürməsi öldürücüydü; amma onun gözəl əllərinin yüngül hərəkətləri tikanlı nitqindən daha əlvan idi. Bu qadın ən zəhərli komplimentlər ustasıydı.

Biz biri-birimizi düz iyirmi beş il idi ki, yaxından tanyırdıq; amma mən heç vaxt inanmırdım ki, köhnə tanışlıq onun üçün nəsə əhəmiyyətli bir şey olsun. Luiza məni kobud, sərt, abırsız və ədəbsiz hesab edirdi. Mən qarışıq suallar içində itib-batmışdım: axı nə üçün o, Ardı »

Xarici ƏsərlərDünyamiza Faydali Insanlar Dahiler - Leonardo Da V

Leonardo da Vinçi
Dünyamıza Faydalı insanlar Dahilər - Leonardo da VinçiOnunla müqayisə oluna biləcək qədər dahi bir insan demək olar ki hələ bu dünyaya gəlməyib. Dahi sözü elə bil onun üçün kəşf edilib.Təsəvvür edin ki bir insan dünyanın ən məşhur rəsm əsəri olan“Mona Liza”nın və daha bir çox rəsm əsərinin müəllifi olsun və bununla belə hətta 5 əsr əvvəlcədən velosipedi, paraşütü,ilk vertolyotu və bir çox dövrünü qabaqlayan ixtiralar etsin.Təsəvvür edin o vertolyotu ixtira edib,amma o dövrdə hələ motor deyilən şey kəşf olunmamışdı.(Yəni konkret buxar motoru,elektrik motoru yox idi.Sadəcə kiçik mexaniki qurğular var idi)Bu insanın dühasına baxanda digər hərhansı kiməsə dahi deməyə utanır Ardı »

Xarici ƏsərlərPatrick Zuskind-Parfumer

Patrick Zuskind.Parfumer
18 ci esrde shaharlari bugunku insanlarin tesevvur etmeyeceyi qadar pis 1 iy burumushdu.
Tabii olaraq bu iyin hokm surduyu shahar Paris idi.
Ona goreki Paris Avropanin en boyuk sheheri idi ovaxtlar.
Bu iy Parisin bashqa hec 1 yerinda olmazdi baliq bazarinda oldugu kimi.
Eser Jean Baptiste Grenouille nin anadan olmasi ile bashlayir.
17 iyul 1738 ci ilda anadan olur anasi baliqci olur ve onun butun usaqlari dunyaya galandan sonar ya olur yada olu olaraq galir.
Lakin Grenoulin aglamasi anasinin edam olmasina sebeb olduu.
Grenoulini verirler 1 keshiya keshik ona 1 daye Ardı »

Xarici ƏsərlərKavka Frans Qəribə Heyvan

Mənim çox qeyri-adi bir heyvanım var: yarısı pişikdir, yarısı quzu. Bu da atamdan qalan mirasın içindədir. Ancaq hər şey mənim vaxtımda baş verdi, əvvəllər onda quzuluq pişiklikdən çox idi. İndi quzuluq da çoxdur, pişiklik də. Başı, caynaqları pişiyindir, iriliyi, görünüşü isə quzunun. Parıldayan vəhşi gözləri, yumşaq, qisa tükləri, bir də yerişi – gah hoppana- hoppana, gah da sürünə-sürünə yeriməsi isə hər ikisinin... Pəncərənin gabağında özünü günə verəndə yumrulanır, mırıldayır, çəmənlikdəsə elə qaçır ki, çatmaq olmur. Pişik görəndə aradan çıxır, quzu görəndə isə üstünə atılır. Aylı gecələrdə novalçaya dırmaşmağı yaman xoşlayır. Miyoldaya bilmir, siçovuldan da qorxur. Saatlarla toyuq hininin yanında Ardı »

Xarici ƏsərlərKavka Frans Yuxu

Yozef K.yuxu görürdü:

Gözəl bir yay günü idi və K.gəzmək istiyirdi.Ancaq hec ikicə addım atmamış gördü ki, qəbristanlıqdadır. Burda yollar yaman çınqıllı idi. O, aşıb – daşan çayı keçən adamlar kimi səndirləyə - səndirləyə bu cığırların biri ilə irəlilədi. Gözü lap uzaqdan təzəcə qazılmış bir qəbri almışdı. İstəyirdi oraya getsin. Bu qəbir, elə bil onu özünə tərəf çəkirdi. K.–ya elə gəlirdi ki, ayaqlarından daş asılıb, yeyin yeriyə bilmir. Yan – yörədə dalğalanan bayraqlar hərdən qəbri K.-nın gözlərindən oğurlayırdı. Bu bayraqları tutanlar görünmürdü, ancaq adama elə gəlirdi ki, orda böyük izdiham var.

Baxışları yenə uzaqlarda idi. Birdən yolun qırağında bayaqkına oxşayan ayrı bir qəbir Ardı »

Xarici ƏsərlərF.SAQAN-SALAM KEDER

F.SAQAN.SALAM KEDER
Eserin bash qehremani Sesidir.
Varli ailede anadan olur.
Atasi Raymon qizinin 17 yashi olanda fransaya aparir.
Raymonun heyat yoldashi olduyu ucun gunda 1 sevgilisi olur
Bir gun Raymon sevgilisi ELZA , qizi SESI ve anasinin padruqasi ANNA ile istihirate gedirlar.
Ve bu istirahetda Raymonun Anna ya maragi yaranir ve onu sevir.
Bunlar istirahetdan qayitdiqdan sonra artiq Anna Raymonun yanina gedib galir.
Sesi ile cox maraqlanir ve bu Sesini cox narahat edir.
Sesinin derslerida yaxsi olmur ve felsefeden kesri olur ANNA ona nezaret etdiyi ucunu sesinin Annadan xosu galmir ve qarara gelir ki ANNAni atasindan ayirsin.
Sesinin Ardı »

Xarici Əsərlər"Mafiyalar Vesterni" Leonardo Şaşa.

Mafiyalar vesterni Leonardo Şaşa.
Palermo və Trapani əyalətlərinin sərhədində şəhər boyda böyük kənd. Birinci Dünya
müharibəsi gedir. Və sanki bu bəs deyilmiş kimi, kəndin öz daxilində də müharibə var:
cəbhədə şəhid olan vətəndaşlarının sayına bərabər ardıcıllıqla qurbanlar aparan qanlı bir
müharibə. İki mafiya klanı çoxdandır ki, qan düşmənidir. Orta hesabla ayda iki qətl. Hər
dəfə də bütün kənd bilir ki, luparadan açılan növbəti atəş hansı tərəfin işidir və cavab
luparanın qurbanı kim olacaq. Bunu karabinyerlər də bilir, sanki oyun gedir, bütün
qaydalarına riayət olunan bir oyun; cavanlar hakimiyyətə can atır, qocalar öz
mövqelərini müdafiə edirlər, birini onlardan vururlar, birini bunlardan. Ancaq başçılar Ardı »