Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xarici ƏsərlərMarkes Qabriel Qarsia Qanadlı Qoca

Yağış üçüncü gün idi ki, dalbadal tökürdü. Onlar çətinliklə də olsa evə soxulan onayaqlı dəniz xərçənglərini eşiyə qovurdular; Pelayo çubuqla xərçəngləri vurur, sonra su basmış həyətə daşıyır, daha sonra isə dənizə tullayırdı. Ötən gecə təzə doğulan körpənin qızdırması qalxdı; görünür, nəmişlik və üfunətdən idi. Çərşənbədən bəri külli-aləm qəm-qüssəyə bələnmişdi; göy və dəniz sanki bozumtul, kül rəngli kütləyə dönmüşdü; martda xırda qumcuqlar üstündə bərq vuran sahillər və çimərlik palçıqlıydı, onurğasız, yumşaq bədənli çürümüş heyvanların sulu horrasına çevrilmişdi. Günün günorta çağı hava elə qaranlıq oldu ki, Pelayo həyətdəki ləmin küncündə tərpənən və yanıqlı-yanıqlı inildəyən şeyə baxmağa macal tapa bilmədi. Bir qədər yaxına gəldi, Ardı »

Xarici ƏsərlərKavka Frans Atama Məktub

Əziz ata!

Bu yaxınlarda məndən soruşdun ki, niyə hər yerdə səndən qorxmağımdan danışıram. Həmişə olduğu kimi, yenə də cavab verə bilmədim. Bir tərəfdən ona görə ki, səndən qorxuram, digər tərəfdənsə, bu qorxunun səbəblərini izah etmək üçün bir çox xırdalıqlara getmək lazımdır və mən də sözlə bunun hamsını ifadə edə bilməzdim. İndi sənə yazılı cavab vermək istəsəm də, yenə ürəyimdən keçənlərin hamısını deyə bilməyəcəyəm, çünki yazanda da səndən qorxmağım, hələ də bu qorxudan əzab çəkməyim buna imkan verməyəcək, çünki demək istədiklərim yaddaşımın, zəkamın tutumundan çoxdur.

Sənə bu məsələ həmişə adi görünüb. Ən azı mənə, ya da heç bir fərq qoymadan başqalarına bu barədə Ardı »