Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xarici ƏsərlərI.S.Turgenev-Atalar Ve Ogullar

I.S.Turgenev .Atalar ve ogullar
Atalar və Oğullar, Rus Ədəbiyyatının sözün əsl mənasında yazılmış ilk müasir roman nümunəsi olaraq qəbul edilə bilər
Romandakı ata və oğul xarakterləri nihilist fikirləri və köhnə nizam əleyhdarlığı ilə "ilk Bolşevik" leri təmsil edir
Yevgeny Vasil'evich Bazarov - həkim olmaq üçün çalışır
Arkady Nikolaevich Kirsanov - St. Peterburq Universitetinda məzundur
Arkady Bazarov'un dostu olur hamçinin.Nikolay İvanoviç Kirsanov - Arkadyin atası olur
Dəməli əsərin qısa qməzmunu belədir Nikolay İvanoviç Kirsanov 1859 cu ilin may günü xidmətçisi Piyotr ilə şose yolun üstündə gözləyirlər
Nikolay İvanoviç Kirsanov xidmətçisindən kimsənin gəlib gəlmədiyini soruşur
Xidmətçi də kimsənin gəlmədiyini kədərlənərək söyləyir.Bu karvansarayın 15 verstliyində Nikolay İvanoviç Ardı »

Xarici ƏsərlərRemark R.M. Zəfər Tağı

R.M Remark
(Avstriya)


ZƏFƏR TAĞI


Alman dilindən tərcümə edəni:

Vilayət Hacıyev

I

Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın. İfadəsiz üzündə qəribə bir məchulluq var idi. Adama elə gəlirdi ki, orada heç bir həyat əlaməti yoxdur və gözlərindəki ümidsiz parıltı Raviki istər-istəməz dayanmağa məcbur etdi.
Qadın elə yaxından keçirdi ki, az qalırdı, ona toxunsun. Əlini uzadıb qadının qolundan yapışdı. Qadın səndələdi, Ravik tutmamış olsaydı, yıxılardı. Qolundan möhkəm yapışmışdı...
– Hara belə?
Qadın gözlərini döydü, pıçıldadı:
– Buraxın.
Ravik dinmədi. Hələ də onun buraxmamışdı.
– Buraxın deyirəm! Bu nə deməkdir? – Ardı »

Xarici ƏsərlərEdqar Allan Po. "Qızıl ölümün Maskası"

Edqar Allan Po. "Qızıl ölümün maskası" (Amerika novellalarından bir yarpaq)

Edqar Allan Po 19 yanvar 1809 – cu ildə Bostonda anadan olmuş, 7 Oktyabr 1849 – cu ildə Baltimorda vəfat etmişdir. Amerikalı yazıçı və şairdir. Özü Amerikanın romantik cərəyanının öndə gedənlərindən biridir. ABŞ-ın ilk qısa hekayə yazarlarından olan Poe müasir mənada qorxu, həyəcan növlərinin də atasıdır. Bu gün çox insanlar tərəfindən ABŞ-ın böyük yazıçılarından hesab olunsa da Poe həyatdaykən tez-tez alçaldılmış və səhv başa düşülmüşdür.

Qızıl ölümün maskası

“Qızıl ölüm“ çoxdandır şəhər əhlini qırırdı. Heç bir hücum belə qorxunc, belə öldürücü olmamışdı. Kəskin sancılar, baş fırlanmaları, sonra da gözləri boğan qanaxmayla ölüm. Qurbanın bədənində, Ardı »

Xarici ƏsərlərFyodor Mixayloviç Dostoyevski-İdiot

Fyodor Mixayloviç Dostoyevski.İdiot
Romanın qəhrəmanı arıq cılız oğlan olan Mişkindir
Müalicə gördüyü İsveçrədən gələndə heç bir şeyi yox idi
bu romanda Mışkinin xatirələri, əslində Dostoyevskinin xatirələridir
Bu roman Dostoyevskinin yazdığı ilk böyük eşq romanıdır.
Xəstə Mişkin Rusiyadan İsveçrəyə Şnayder adlı bir həkimin xəstəxanasına göndərilir.
Şnayder özünü isbat etmiş və Mişkini qurtarmaq üçün əlindən gələni edən yaxşı bir həkimdir.
Mişkin çox acı çəkən bir insandır və əlindən sevməkdən başqa heç bir şey gəlmir
Uşaqları çox sevən Mişkin kənddəki uşaqların sevgisini qazanmasıyla getdikcə yaxşılaşır
İsveçrədə üç il qalan Mişkin bir çox ağrılarla Rusiyaya dönür
nesillerindən bir nəfər qaldğı üçün gəlir onların evlərinə tanışlığa və onların tanışlığı Ardı »

Xarici ƏsərlərMarkes Qabriel Qarsia Mavi İtin Gözləri

O, baxışlarını mənə zilləmişdi; mən bu qızı hardasa görmüşdüm, amma yadıma sala bilmirdim. Onun həyəcan doğuran nəmli baxışları nöyüt lampasının titrəşən işığında parlayırıdı. Hə, yadıma düşdü – bu otaq və lampa hər gün mənim yuxuma girir və mən hər gün burda qızın həyəcanlı gözləriylə rastlaşıram. Hə, hə, bax hər dəfə elə həmin bu qızı görürəm, yuxugörmənin bu nəhayətsiz sərhədlərində görürəm onu. Mən siqaret çıxartdım və oturacağa söykənərək ağırlığımı onun arxa ayaqlarına saldım, siqaret çəkməyə başladım. Göz çıxaran tüstü havada dairəvi buludcuqlar yaratdı. Biz susurduq. Mən stulda yellənirdim, o isə zərif nazik barmaqlarını lampanın şüşəsinə tutub qızdırırdı.

Onun göz qapaqlarının üstündəki qatlar Ardı »

Xarici ƏsərlərKavka Frans Qonşu

İşlərimin bütün ağırlığı öz boynumdadır. Girəcəkdəki otaqda iki qız oturur və oraya da iki yazı makinası, qovuluqlar qoyulub, mənim otağımda isə bir yazı masası, kassa, məsələhət vermək üçün ayrı bir masa, yumşaq kreslolar var. Mənim bütün idarəm bunlardan ibarətdir. Axı nə qədər sadə olsa, idarə etmək də o qədər asanlaşır. Ona görə də heç nədən, heç kimdən şikayətim yoxdur.

Təzə ildən sonra qonşuluqdakı balaca boş mənzili də cavan bir oğlan kirələdi. O mənzili də götürməyə çox tərəddüd etdim, axırda da əlimdən çıxdı. O da ikiotaqlı idi, üstəlik mətbəxi də vardı. Otaqlar mənə lazım ola Ardı »

Xarici ƏsərlərKavka Frans Dönüş

Mən evimizə qayıtdım, həyətdən keçib ətrafıma baxdım. Atamın köhnə həyətidir. Ortada bir gölməçə var. Köhnə, yararsız hala düşmüş alətlər üst-üstə qalanıb, eyvana çıxan pillələrin yolunu kəsib. Sürahinin üstündə oturmuş pişik pusquda dayanıb. Külək nə vaxtsa payanın ucuna bağlanmış cırıq yaylığı yelləndirir. Bu da evimiz! Məni kim qarşılayacaq? Mətbəxin qapısı arxasında gözləyən kimdir? Bacadan tüstü çıxır, yəgin axşam yeməyinə qəhvə hazırlayırlar. Nəsə bir doğmalıq hiss olunur? Adam özünü evdə hiss eləyə bilir? Bilmirəm... Heç inanmıram... Düzdür, ata evidir, ancaq burda hər şey bir-birinə yaddır, elə dayanıblar ki, deyərsən hərə öz işi ilə məşğuldur. Bəzilərini unutmuşam, bəzilərini də heç tanımıram. Onlar Ardı »

Xarici ƏsərlərStendhal - Qirmizi Ve Qara

Stendhal.Qirmizi ve qara
veryer şəhərinin bələdiyyə başçısı Renal idareciliyi dovrunde fransanin ən göz oxşayan sahelerinin birində sahəsini gözəlləşdirib 30-40 qulaç uzunlugunda 1 divar etmesi idarəçiliyini ölümsüz hala gətirdi
Ağacları kəsdiyi üçün 1 çox insanın reaksiyasını yigmişdır
Kiçik Veryer şəhərinin bələdiyyə başçısının uşaqlarına Jülyen Sorel adlı 1 şəxs müəllim olur
Jülyen karyera qazanmaq üçün elindən gələni edir
Çox canfeşanlıqdan sonra uşaqların anası mülayim qadın olan De RenalIN məhəbbətini qazanır
Renalın həyat yoldaşı kobud bir adam idi.Renal ərinə heç vaxt aşiq olmamışdı.
Julien qadına hökm edə bilmək üçün, bir az da onunla yaxşı davrandı və onunla daha yaxın olmağa başladı.
Bir neçə Ardı »