Xarici Əsərlər → Kavka Frans Qardaş Qətli
Sübut olunub ki, qətl aşağıdakı kimi törədilmişdir:
Şmar, yəni qatil, aylı bir gecədə saat doqquza yaxın Vezenin, yəni qurbanın öz bürosundan çıxıb evinə dönəcəyi küçənin tininə gəlmişdir.
Axşamın soyuğu adamın canına işləyirmiş. Ancaq Şmar mavi rəngli nazik bir pencəkdə imiş. Üstündən geydiyi gödəkçənin də yaxası açıq imiş. Ancaq soyuğu hiss eləmirmiş, çünki hərəkətdəymiş. Qətli törətdiyi silahı, yəni yarı qəmə, yarı mətbəx bıçağını əlində bərk – bərk tutaraq hazır saxlayıbmış və ayın işığında ona baxırmış. Bıçağın tiyəsi ay işığında parıldayırmış və bu, Şmara bəs eləməyib. Onu küçənin daş döşəməsinə elə bərk – bərk sürtürmüş ki, qığılcım qopurmuş. Sonra da elədiyinə peşman olub, ayağının Ardı »