Xarici Əsərlər → Nitşe Fridrix-dən Tərcümələr
Yalnız məntiqlə hərəkət etmək yalana gətirib çıxarır. Məntiq hələ hər şeyi həll etmir.
***
Bu yalançı dünyada həqiqət pafosu haradan gəlir? Əxlaqdan ... Yunanların fəlsəfə ilə baş qatmaqları çox qəribədir. Gözəl yalan məşğuliyyəti. Lakin ondan da qəribə olan insanların həqiqət pafosunun dalınca düşməsidir. Platon dialektikanın hər şeyə hakim olduğu yeni bir dövlət arzulayır. O, gözəl yalanlar mədəniyyətini rədd edir.
***
“Yalançı qeyri-həqiqini həqiqi kimi göstərməyə çalışır, bu o deməkdir ki, o, insanlar arasındakı mövcud konvensiyanı pozur”.
***
Özünü müdafiədə, məcburi yalanda nəsə gizli bir həzz, fərəh doğuran mistik bir şey var: o, fərdi xilas etməyə yönəlir... Bütün yalanlar ehtiyacdan doğur. Yalan oyunu xüsusi qabiliyyət tələb Ardı »