Saglamliq → Hər eynəyin öz şəfası
[color=#fe5e5e]Eynək çərçivəyə salınmış şüşə və ya şüşələrdən hazırlanmış bir vasitədir. Onun istifadə məqsədi müxtəlifdir. Eynəkdən görmə pozğunluğunu aradan qaldırmaq, gözlərin daha yaxşı görməsini təmin etmək, xarici təsirlərdən müdafiə etmək, elektromaqnit şüalanmalardan qorunmaq və ya sadəcə aksessuar məqsədilə istifadə olunur.
Hazırda eynəklər bir çox sahədə və ən əsası görmə qabiliyyətinin artırılmasında geniş istifadə edilir. Bu o deməkdir ki, eynək insanın ən həssas qabiliyyətlərindən biri olan görmə funksiyasını yerinə yetirən gözlərin rahatlığını təmin etməlidir. Buna görə də eynək seçərkən ən əsas prinsip müxtəlif modellər arasından özünüzə ən rahatını tapmaqdır. Eynək almazdan əvvəl göz həkiminə müraciət edin. Əgər sizin görmə qabiliyyətinizdə problemlər varsa o, sizə Ardı »