Peyğəmbərlərin Həyatı → MƏLƏKLƏRİN ADƏMİN (Aleyhissalam) YARADILIŞ HİKMƏTİ BARƏDƏ SORUŞMASI
Uca Allah bildirir ki, O, mələklərə xitab edib demişdir: «Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam» (Bəqərə: 30). O, yaratmaq istədiyi Adəm və onun yer üzünün varisləri olacaq nəsli barəsində mələklərə xəbər verdi. Necə ki, ayədə deyilir: «(Ey insanlar!) sizi yer üzünün varisləri təyin edən Odur.» (əl-Ənam: 165). Digər ayədə isə deyilir: «Sizi yer üzünün varisləri edən kimdir?» (ən-Nəml: 62).
(Bəzi ədiblər və yazarlar bu ayədəki "xuləfə" sözünü xəlifə kimi tərcümə edərək insanı, Allahın yer üzündəki xəlifəsi adlandırırlar. Amma bu fikirin etibarlı istinadı yoxdur.)
Uca Allah, hansısa əhəmiyyətli bir hadisə barədə əvvəlcədən xəbər verdiyi kimi, Adəmi və onun zürriyətini yaratmasını da öyünmək Ardı »