Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərlərin HəyatıPEYĞƏMBƏR (SAV)-IN ZÖVCƏLƏRİ İLƏ MÜNASİBƏTİ

Peyğəmbər - sallallahu aleyhi və səlləm -in zövcələri ilə gözəl əxlaqına nümunə olaraq onun möminlərin anası Aişə - radıyallahu anhə -nin isminin son hərfini tələffüz etməyərək səsləməsidir: «Ey Aiş! Cəbrail sənə salam verir» deyə buyurdu1.

Bu ümmətin Peyğəmbəri! Əxlaq etibarı ilə hər bir kəsə nümunə olan kəs! Öz zövcələrini sevindirmək və onların sevgisini qazanmaq üçün nə edərdi? Aişə - radıyallahu anhə - rəvayət edir ki, mən heyz ikən qabdan su içər və qabı Peyğəmbər - sallallahu aleyhi və səlləm - verərdim. O, da ağzını mənim ağzımı qoyduğum yerə qoyar və qabdan içərdi. Sümüyün üzərində olan əti sıyırırdım. O, da sümüyü mənim əlimdən Ardı »

Peyğəmbərlərin HəyatıPEYĞƏMBƏR (sav) İSİMLƏRİNİ BİLMƏK

Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Mənim isimlərim var. Mən MƏHƏMMƏDƏM, mən ƏHMƏDƏM, mən MƏHİ(məhv edici) Allah mənimlə küfrü məhv edər. Mən HƏŞİRƏM insanlar mənim ayaqlarımın izi ilə həşr olunurlar.

. Mən AKİBƏM. Akib isə məndən sonra Peyğəmbər göndərilməməsidir”1. Bu adlardan başqa: MUXTAR (seçilmiş), MUSTAFA (arındırılmış), ŞƏFİ (şəfaət edən), MUŞƏFFƏ (şəfaət etdirilən), SADİQUL-MƏSDUQ (doğru söyləyən və sözü doğrulanan) İbn Məsud - radıyallahu anhu - rəvayət edir ki, “doğru sözlü və sözü doğrulanan Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu...”2, FATİH (fəth edən), KUSAM (toplayan, birləşdirən, mükəmməl), MUQAFFİ (özündən əvvəl gələn Peyğəmbərlərin izini silən, sonuncu mənasındadır), NƏBİY TÖVBƏ (tövbə Peyğəmbəri), NƏBİY MULHAMƏ Ardı »

Peyğəmbərlərin HəyatıSəhabələrin (Allah onlardan razı olsun) ədalətli olmaları

Səhabənin dil baxımından tərifi: Bu söz, yoldaş (sahib) sözündən götürülmüşdür. Bu söz, davamçı və ardıcıl mənaları əsasında bir neçə məna kəsb edir[1].
Səhabə şəriət baxımından tərifi: İman gətirib, Peyğəmbərlə görüşən və müsəlman olaraq ölən[2]. Bu haqda digər təriflər də mövcuddur.
Səhabələr, Peyğəmbərlə yoldaşlıqlarına, uca və pak Allah yanında olan dərəcələrinə görə biri-birlərindən fərqlənirlər.

Allah təala buyurur: "(Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq (rahatlıq, səbir, səbat, mənəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı"[3].
Bu Ardı »

Peyğəmbərlərin HəyatıPEYĞƏMBƏRİN (s.a.v.) HƏYATI: PEYĞƏMBƏR (SAV)-İN YUMŞAQLIĞI VƏ SƏBRİ

Ənəs b. Məlik - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm -bir kimsənin üzünə qarşı onu üzəcək şeyi söyləməz və heç kəsin də ayıbını üzünə vurmazdı (Başqa rəvayətdə: Əgər Allahın haram etdiyi bir şeylər edilsəydi o, zaman insanların ən qəzəblisi olardı. Öz nəfsi üçün deyil Allah rizası üçün intiqam alardı)1. Aişə - radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - lazımsız bir şey söyləməz və etməzdi. Bazarda kimsə ilə münaqişə etməzdi, ona pislik edənə pisliklə qarşılıq verməz, bağışlayar və intiqam almazdı. Mübarək əli ilə heç kəsi döyməmişdi

Cihad istisna olmaqla, heç bir Ardı »

Peyğəmbərlərin HəyatıƏshabələrin fəziləti

Allaha həmdü səna olsun! Mən şahidlik edirəm ki, vahid Allahdan başqa ibadət olunmaq haqqı olan heç bir tanrı yoxdur. O, bütün əzəmət, gözəllik və kamillik sifətlərinin tam sahibidir. Həmçinin şahidlik edirəm ki, Məhəmməd (s.a.v.) Onun qulu və haqq yolunu göstərən sevimli peyğəmbəridir. Ona və Onun haqq yolunun ulduzları, zülmətlər çıraqları, din uğrunda döyüşlərin cəngavərləri olan ailə üzvlərinə və əshabələrinə, onların yolunu tutanlara və açdıqları cığırla gedənlərə, onların göstərdikləri hidayət yolunun yolçularına, insanları Allahın dirildəcəyi günə qədər onların əxlaqı və davranışlarını rəhbər tutanlara salavat və salam olsun!
Ən doğru söz sahibi Allah buyurur: «Şübhəsiz ki, Zikri (Quranı) Biz nazil etdik və, sözsüz ki, Ardı »

Peyğəmbərlərin HəyatıÖMƏR IBN XƏTTAB

O, Ömər ibn Xəttab ibn Əbdül Üzzə ibn Rəbah ibn Üdəy ibn Kəbdir. Qureyş ailələrindən birinə mənsub olan Peyğəmbərlə (s) yeddinci babada (Kəb ibn Lüeydə) birləşir.
O, Qureyşin ən mötəbər adamlarından, qəbilə ağaların¬dan biri idi. O, Qureyşdə elçi-səfir vəzifəsini yerinə yetirirdi. Əgər Qureyşin öz içində və ya başqa bir tayfa ilə müharibə baş versəydi, tərəflər arasında danışıq aparan elçi olmaq üçün Ömərə müraciət edilərdi.
Künyəsi əbu Həfs, ləqəbi əl-Faruq idi. Bu ləqəbi ona Peyğəmbər (s) vermişdi. Ömər Fil ilindən on üç il sonra dün¬yaya gəlmişdir.
Nübuvvət bəsi vaxtı onun 30 yaşı var idi. Müsəlmanlara qarşı çox kəskin bir mövqe tutmuşdu. Peyğəmbər onu İslama çağırdı Ardı »

Peyğəmbərlərin HəyatıƏBU ƏYYUB ƏL-ƏNSARI

Istambula qədər gəlib çıxmış və onun divarları ynında dəfn edilmişdir.

O, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) böyük səhabəsidir, tam adı Xalid ibn Zeyd ibn Kuleybdir, bəni ən-Nəccar qəbiləsindəndir.
Ləqəbi Əbu Əyyub, ənsarlardandır.
Müsəlmanlardan əbu Əyyub əl-Ənsarini tanımayan varmı?!
Allah onun tərifini Şərqdən Qərbə yaymış və alicənab Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun), Mədinəyə hicrət etməsindən sonra, bütün müsəlmanların evləri arasın¬dan onun evini seçib orada yerləşməsi onu taleyin seçdiyi bir şəxs etmişdir. Bu onun fəxrlə yad etdiyi mövzu idi.
Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) seçiminin Əbu Əyyubun evinə düşməsinin bütöv bir tarixçəsi var ki, onu rəvayət etmək və təkrarlamaq Ardı »

Peyğəmbərlərin HəyatıPEYĞƏMBƏRİN (s.a.v.) HƏYATI: RƏSULULLAHIN (S.Ə.V.) DANIŞIĞI

Rəsulullah (s.ə.v.) və onun bəzi xüsusiyyətləri ilə tanış olduqdan sonra indi də onun danışığına və sözlərinə diqqət yetirək. Danışığının əsas xüsusiyyətləri nələrdir və necə danışırdı? Hər şeydən əvvəl Rəsulullahı (s.ə.v.) dinləyənlərin nəql etdiklərinə qulaq asaq... Həzrəti Aişə -radiyallahu anhə- dedi ki: "Rəsulullah (s.ə.v.) sizin kimi sürətlə danışmazdı. O, çox açıq-aydın və yanında oturanın açıq başa düşə­cəyi şəkildə danışırdı" (Əbu Davud).

Peyğəmbər (s.ə.v.) mülayim bir insan idi. Dediyi sözün aydın olmasını istəyirdi. Ümmətinə hədsiz bağlı olduğuna görə insanlar arasında­kı fərqi, onların anlama və qavrama səviyyələrini nəzərə alırdı... Bu hal onun -səllallahu aleyhi və səlləm- olduqca həlim (insanların ver­diyi çətinliklərə dözmək) və səbrli olmasını Ardı »