Peyğəmbərlərin Həyatı → İBLİSİN ADƏM VƏ HƏVVAYA VƏSVƏSƏ VERMƏSİ
Uca Allah buyurur: "(Lakin) Şeytan onları azdırıb olduqları yerdən uzaqlaşdırdı..." (əl-Bəqərə: 36). Onları naz-nemət, sevinc və fərəh yurdu Cənnətdən çıxarıb, yorğunluq, ağır və kəşməkeşli dünyaya endirdi. Səbəb isə şeytanın aldadıcı vəsvəsəsidir.
Uca Allah buyurur: "Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!" (əl-Əraf: 20). Əgər siz bu ağacdan dadsanız o zaman deyilən kimi olarsınız.
Dediyinə inandırmaq üçün "...and içdi ki, mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm” (əl-Əraf: 21). Digər ayədə isə deyilir: "Şeytan ona (Adəmə) vəsvəsə edib belə dedi: “Ey Adəm! Sənə Ardı »