Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərlərin HəyatıPEYĞƏMBƏR (SAV) -İN ÜZ VƏ BƏDƏN CİZGİLƏRİ

Peyğəmbər - sallallahu aleyhi və səlləm - in vücudu qırmızıya çalan açıq bəyaz rəngdə idi. Geniş alınlıdır. Gözlərinin qaraları zil qara və iri idi. Göz qapaqlarının kirpikləri qara idi. Dişləri xəfifcə seyrək idi. Saqqalı sıx və köksünü doldururdu. Geniş çiyinli, topuqları və ayaq dabanları enli idi. Saçları xəfif dalğalı idi. Saçlarını qulaq yumşaqlıqlarına və bir az da aşağı çiyinlərinə kimi uzadardı. Danışdığı zaman adətən ön dişlərinin arasından bir nur çıxır kimi olurdu. Başı və ətraf yerləri iri idi. Üzü yumru, köksündən göbəyinə qədər bir cizgi halında uzanan tüklər vardı. Yeridiyi zaman adətən yuxarıdan aşağıya enir kimi iri addımlarla yeriyirdi. Üzü on Ardı »

Peyğəmbərlərin HəyatıPEYĞƏMBƏR (SAV)-İN MƏKTUBLARI

HƏBƏŞİ KRALI NƏCAŞİ - əsl adı Əshəmə b. Əbcardır. “Rahmən və Rahim olan Allahın adı ilə. Hidayətdə olanlara, Allah və Rəsulunun salamı olsun. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq heç bir haqq ilah yoxdur, O təkdir və şəriki də yoxdur, O nə doğmuş nə də doğulmuşdur.

. Yenə də şəhadət edirəm ki, Muhəmməd onun qulu və Rəsuludur. İslama gir və salamat ol! «(Ya Muhəmməd!) Söylə ki, Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək! Əgər onlar yenə də üz döndərərlərsə, o Ardı »

Peyğəmbərlərin HəyatıADƏMİN (aleyhissalamın) YARADILIŞINI VƏSF EDƏN HƏDİSLƏR

Əbu Musa (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: "Allah Adəmi yer üzünün hər yerindən götürdüyü torpaqdan yaratdı. Adəm övladları isə torpaqların rənginə görə törədilər. Bəzisi ağ, qırmızı, qara və oxşar rəngli oldular. Bəziləri yaxşı bəziləri isə pis, sevincək və kədərli, yaxud orta xasiyyətli oldular"
(Səhihdir. Əhməd: (4/400, 406); Əbu Davud: (? 4693); Tirmizi: (? 2955); İbn Hibban "əs-Səhih": (14/29/? 6160) və başqa alimlər bu hədisi səhih sənədlə rəvayət etmişlər.)

Ənəs (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: "Allah Adəmi yaradarkən bir müddət onu saxladı. İblis isə gəlib onun yan-yörəsində hərlənirdi. İblis onun içiboş olduğunu gördükdə bildi ki, o öz nəfsinə hakim ola Ardı »

Peyğəmbərlərin HəyatıPeyğəmbərimizin Həyatından Gözəl Örnəklər (Susmaq)

"Möminlər, onlar, bütünlüklə boş şeylərdən üz çevirənlərdir." (Muminun Surəsi, 3)
Peyğəmbərimiz danışıqlarında ümməti üçün sözlərin ən gözəlini və yaxşısını seçərdi. Danışıq tərzini bəyənmədiyi insanlara dərhal xəbərdarlıq edərdi. Möminlərin söz ilə biri-birilərini incitməklərinə izin verməzdi.
Rəsulullah boş və yararsız sözlər söyləyən insanın sükut etməyinin daha yararlı olacağını söyləmişdir. Bir başqa hədisdə isə "sükut edən qurtulmuşdur"(Tirmizi) buyurmuşdur. Bu mövzuda Hz. Muhammədin bir çox hədisi vardır.
"Mədəsini, ədəb yerini və dilini şərdən qoruyan insan, bütün pisliklərdən qorunmuş olur." (Deyləmi)

"Müjdə o insanadır ki, sözünün çoxunu saxlamış və malının çoxunu paylamışdır." (Bəzzar)
"Xeyir olmayan şeydən dilini çək, ancaq bunun sayəsində şeytana qalib gələ bilərsən." (Təbərani)
"Allahu Təala hər kəsin dilinin yanındadır. Ardı »

Peyğəmbərlərin HəyatıSəbr və Şükr dolu bir həyat...

Allah Rəsulu (SallAllahu aleyhi və səlləm) buyurmuşdur:
"Möminin həyatı necə də qəribədir! Onun bütün işləri xeyirdir. Bu yalnız möminlərə məxsusdur. Sevinərkən Allah taalaya şükür edər və bu onun üçün xeyir olar. Başına zərərli bir iş gələrsə səbr edər və bu da onun üçün xeyirli olar"(Müslim: 2\ 2295\ ? 2999.)
Bu mübarək hədisi Rəsulullahdan (SallAllahu aleyhi və səlləm) eşidən və bizə çatdıran səhabənin kim olduğunu bilirsinizmi? Bu səhabənin adı Əbu Yəhya Suheyb ibn Sinan olmuşdur.Onun həyatı bu hədisin canlı nümunəsi və gerçək bir əslidir.



Musul ətrafındakı vadidə anadan olmuşdur.Uşaq ikən vadi Bizanslıların hücumuna məruz qalır.Bir çox insan əsir düşür.Əsirlər arasında Suheyb ər-Rumi kimi Ardı »

Peyğəmbərlərin HəyatıRabiə ibn Kab: Cənnətdə sənin dostun olmaq istəyirəm ey Allahın Rəsulu!

Rabiə, Allah ondan razı olsun, rəvayət edir:

Peyğəmbərin, Ona Allahın salavatı və salamı olsun, xasiyyətindən biri bu idi ki, kimsə ona yaxşılıq edərsə, həmin insana etdiyi yaxşılığın əvəzini qat-qat çox ödəməyi xoşlayırdı. Ona etdiyim xidmətə görə mənə də bir xeyir vermək arzusu ilə yaşayırdı. Beləliklə bir gün mənə baş çəkdi və dedi: "Ey Kabın oğlu Rabiə. Mən "Buyur, ey Allahın Elçisi, Allah səni səadətə qovuşdursun" deyə cavab verdim. Peyğəmbər: "Məndən nə istəyirsən istə, istədiyini sənə verəcəm” dedi.

Mən bir az düşündüm və sonra: “Ey Allahın Elçisi, mənə bir az vaxt ver səndən nə istəyəcəyim barədə qoy fikirləşim. Sonra sənə deyərəm. O, Ona Allahın Ardı »

Peyğəmbərlərin HəyatıPeyğəmbərin (s.a.v.) Səhabələrinin Tarixi: Səhabələrin (Allah onlardan razı olsun) ədalətli olmalar

Səhabənin dil baxımından tərifi: Bu söz, yoldaş (sahib) sözündən götürülmüşdür. Bu söz, davamçı və ardıcıl mənaları əsasında bir neçə məna kəsb edir[1].
Səhabə şəriət baxımından tərifi: İman gətirib, Peyğəmbərlə görüşən və müsəlman olaraq ölən[2]. Bu haqda digər təriflər də mövcuddur.
Səhabələr, Peyğəmbərlə yoldaşlıqlarına, uca və pak Allah yanında olan dərəcələrinə görə biri-birlərindən fərqlənirlər.

Allah təala buyurur: "(Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq (rahatlıq, səbir, səbat, mənəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı"[3].
Bu Ardı »

Peyğəmbərlərin HəyatıİBLİSİN ADƏM VƏ HƏVVAYA VƏSVƏSƏ VERMƏSİ

Uca Allah buyurur: "(Lakin) Şeytan onları azdırıb olduqları yerdən uzaqlaşdırdı..." (əl-Bəqərə: 36). Onları naz-nemət, sevinc və fərəh yurdu Cənnətdən çıxarıb, yorğunluq, ağır və kəşməkeşli dünyaya endirdi. Səbəb isə şeytanın aldadıcı vəsvəsəsidir.
Uca Allah buyurur: "Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!" (əl-Əraf: 20). Əgər siz bu ağacdan dadsanız o zaman deyilən kimi olarsınız.


Dediyinə inandırmaq üçün "...and içdi ki, mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm” (əl-Əraf: 21). Digər ayədə isə deyilir: "Şeytan ona (Adəmə) vəsvəsə edib belə dedi: “Ey Adəm! Sənə Ardı »