Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərlərin HəyatıMəhəmməd Peyğəmbərimiz (sallallahu aleyhi və alihi və səlləm)

Məhəmməd – sallallahu aleyhi və səlləm – Peyğəmbərlərin (nəbilərin) və Rəsulların sonuncusudur. Bütün insanlara göndərilmiş rəsuldur. O, Allahın bir quludur, ona ibadət edilməz, o bütün yaradılmışların ən xeyirlisi, ən fəzilətlisidir.

Allah dərgahında ən dəyərlidir, dərəcəsi ən yüksək və Allaha ən yaxın olandır. O, haqqla, hidayətlə insanlara və cinlərə göndərilmiş bir peyğəmbərdir. Ona kitabını endirmiş, dininin əmini etmiş, risalətini təbliğ etməkdə onu seçmişdi. Bu risaləti təbliğ etməkdə onu səhf etməkdən və xəta etməkdən qorumuşdur. Onun risalətinə iman gətirib, nübuvətinə şəhadət gətirməyincə heç bir qulun imanı səhih olmaz. Ona itaət edən Cənnətə, ona qarşı çıxan isə Cəhənnəmə girər.
Peyğəmbərimiz – sallallahu aleyhi və Ardı »

Peyğəmbərlərin HəyatıPEYĞƏMBƏR (SAV) -İN VƏFATINI BİLDİRƏN ƏLAMƏTLƏR

Peyğəmbər - sallallahu aleyhi və səlləm -in vəfatının yaxınlaşdığına işarə edən bir çox önəmli hadisələr və işarələr görülmüşdür.
1. Ummul Qura olan Məkkənin fəthi mübarək hicrətin 8-ci ilində tamamlanmış, hicri 9-cu ildə isə müsəlman olmaq və ya cizyə vermək üçün Mədinə şəhərinə axın-axın heyətlər gəlmişlər. Ərəb yarımadası bütünlüklə İslama boyun əydi. Bütün bunlar Peyğəmbər - sallallahu aleyhi və səlləm -in və səhabələrinin 10 il boyunca sürdükləri cihadın bir meyvəsi idi. Artıq bütün bunlar Peyğəmbər - sallallahu aleyhi və səlləm - missiyasının sona gəldiyinə işarət edirdi.

2. Peyğəmbər - sallallahu aleyhi və səlləm - Muaz - radıyallahu anhu -nu Yəmənə göndərdiyi zaman ona bir Ardı »

Peyğəmbərlərin HəyatıSəd bin Əbi Vəqqas: “Səhabəyə dil uzadanın cəzası və aqibəti” ibrətamiz əhvalat

Bir gün Səd bin Əbi Vəqqas (Allah ondan razı olsun) bir kişinin dodağının altında donquldandığını eşitdi. Onun nə söylədiyinə diqqətlə qulaq asdıqda başa düşdü ki, Əlini, Təlhanı və Zübehri (Allah onlardan razı olsun) söyür, təhqir edir. Ondan bu hərəkətlərinə son qoymasını istədi, lakin həmin kəs ona qulaq asmayaraq buna davam etdi. Nəhayət Səd bin Əbi Vəqqasın (Allah ondan razı olsun) səbri tükəndi və ona bildirdi ki, dilini qorumasa onu söyəcək. Təkəbbürlükdən həmin adam Sədə: “Sən hakimiyyəti mənimsəmisən və məgər Peyğəmbərsən...” deyə bildirdi.

Bu adamın acı sözlərini dinlədikdən sonra Səd sadəcə ondan üz döndərib getdi. Oranı tərk etdi və namaz qılmaq üçün dəstəmaz Ardı »

Peyğəmbərlərin HəyatıADƏM PEYĞƏMBƏR

30. (Ey Rəsulum!) Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, – dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?" – söylədilər. (Allah onlara:) “Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu.

31. (Allah Adəmi yaratdıqdan sonra) Adəmə bütün şeylərin adlarını (ismlərini) öyrətdi. Sonra onları (həmin şeyləri) mələklərə göstərərək: “(İddianızda) doğrusunuzsa, bunların adlarını Mənə bildirin!" – dedi.
32. Onlar: “Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan kənarsan!) Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. (Hər şeyi) bilən Sən, hikmət sahibi Sənsən”, Ardı »

Peyğəmbərlərin HəyatıPEYĞƏMBƏRİN (s.a.v.) HƏYATI: Əbu Cəndəl Hadisəsi

Peyğəmbər ilə Qureyş elçisi arasında sülh müqaviləsi yazılan əsnada Qureyş elçisi Süheyl ibni Amrın oğlu Əbu Cəndəl zəncirlənmiş halda sürünə-sürünə müsəlmanların yanına gəldi. Müsəlman olduğuna görə onu zəncirləmişdilər. Süheyl, müqaviləyə əsasən, oğlunun özünə veriləsini istədi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) isə müqavilənin hələ yazılmadığını dedi. Fəqət, Süheyl razılığa gəldiklərini deyib, oğlunun üstünə getdi və onu şiddətlə döydü. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) çarəsiz müqaviləyə əsasən, onu atasına verməyə məcburiyyətində qaldı. Əbu Cəndəl müsəlmanlara xitabən : Ey müsəlmanlar! Məni dinimdən döndərsinlər deyə, yenidən müşriklərəmi qaytaracaqsınız? deyə yalvardı. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) ona :

"Ey Əbu Cəndəl! Səbr et və özünü Allaha Ardı »

Peyğəmbərlərin HəyatıPEYĞƏMBƏR (SAV)-İN QOHUM ƏQRABASI İLƏ MÜNASİBƏTİ

Əqrabalıq bağını ən gözəl şəkildə qoruyan insanların ən mükəmməli idi. O, qədər ki, Qureyş müşrikləri də onu Peyğəmbərlikdən əvvəl əmin, sadiq deyə çağırırdılar. Onu bu cür tərif edərdilər. Xədicə - radıyallahu anhə - deyir ki: «Sən əqrabalıq bağını qoruyur və doğru danışansan» deyə onu vəsf etmişdi (Buxari). O, haqların ən böyüyünü və vaciblərini, ən üstününü yerinə yetirirdi. Uşaq ikən itirmiş anasının qəbrini ziyarət edər: Əbu Hureyrə - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Anasının qəbrini ziyarət etdi. Ağladı, ətrafdakılar da ağladılar. Sonra: «Anam üçün istiğfar diləməkdən ötrü Rəbbimdən izn istədim. Mənə izn vermədi. Ardı »

Peyğəmbərlərin HəyatıPEYĞƏMBƏR (SAV)- İN BƏZİ XÜSUSİYYƏTLƏRİ

Peyğəmbərimiz Məhəmməd - sallallahu aleyhi və səlləm -in bir neçə xüsusiyyətləri vardır.
PEYĞƏMBƏRLƏRİN SONUNCUSUDUR - «Lakin o, Allahın Rəsulu və Peyğəmbərlərin sonuncusudur» (əl-Əhzab 40). Məhəmməd, Peyğəmbərlərin və Rəsulların sonuncusudur. O, Allahın risalətinin təbliği üçün seçdiyi son elçi, ona kitabların ən uca və ən əzəmətlisi endirilmişdi. O, Rəsulların əzəmətlisi, aləmlərin Rəbbinin həbibi və xəlilidir. Ondan sonra kim Peyğəmbərlik iddiasında olarsa kafirdir, onu doğrulayan da kafirdir. Bunda şübhə edən də kafirdir. Mömin ondan sonra Peyğəmbərin olmayacağına iman edər. Peyğəmbər - sallallahu aleyhi və səlləm -Dəccal ilə əlaqəli olan hədisdə buyurur: “Mən Xatəmun-Nəbiyyinəm (Peyğəmbərlərin sonuncusuyam) və məndən sonra Peyğəmbər gəlməyəcəkdir”1.

Başqa rəvayətdə: Peyğəmbər - sallallahu aleyhi Ardı »

Peyğəmbərlərin HəyatıPeyğəmbərin (s.a.v.) Əhli Beytinin Həyatı: Xədicə bint Xuveylidin (r) fəziləti

Xədicə bint Xuveylidin (r) fəziləti

1. Əbu Hureyrə (r) rəvayət edir ki, “Cəbrayıl (Ona salam olsun!) Rəsulullahın (s) yanına gələrək: “Ey Allahın Rəsulu! Xədicə içində qatıq, və yaxud yeyiləcək və ya içiləcək başqa bir şey olan qabla gəlir. O, yanına çatanda ona Rəbbindən salam söylə və onu təm-təraqlı və yorğunluq olmayan, incidən hazırlanmış bir evlə müjdələ”. (Buxari, “Kitabul-mənaqibul-ənsar”, 19, “Kitabut-tovhid”, 33/110; Müslim, “Fadailus-səhabə”, 71/2432).

Bu hədisə görə bəzi alimlər Xədicənin (r) Aişədən daha fəzilətli olması hökmünü vermişlər. Çünki Aişəni (r) Cəbrayıl (Allahın ona salamı olsun!) öz adından salamlamışsa, Xədicəni (r) Rəbbinin adından salamlamışdır.
2. Aişə (r) rəvayət edir ki, “Mən Peyğəmbəri (s) arvadlarından heç Ardı »