Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərlərin HəyatıPeyğəmbərimizin Həyatından Gözəl Örnəklər (Gözəl əxlaq və əfv etmək)

Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir! (əl-Əhzab, 21)
İslamiyyətin iki təməl qaynağı vardır: Quran və Sünnət. Bunlar ət və dırnaq kimi bir-birindən ayrılmayan iki ünsürdür. Birini birindən ayırsaq dinin gerçək mənasını qavramarıq.
Möminin axirətdəki gerçək xoşbəxtliyi tapmağı üçün İslamın bu iki qaynağını çox yaxşı anlayıb, əskiksiz olaraq həyata keçirməyi gərəkdir. Quran əxlaqı ilə əxlaqlanmış olan Peyğəmbərimizin həyata keçirdikləri bizim üçün Quranın canlı izahıdır.

Rəsulallah (s.a.v.) bir hədisində "ümmətimin fəsadı zamanı, unudulmuş sünnətlərimdən birini canlandırana yüz şəhid savabı verilir" (İbni Macə) buyurur. Peyğəmbərimizin xəbər verdiyi zamanın yaxınlaşdığını düşünürük. Vəd edilən bu Ardı »

Peyğəmbərlərin HəyatıPEYĞƏMBƏRİN (s.a.v.) HƏYATI: PEYĞƏMBƏRİN (S.Ə.V.) NÜMUNƏVİ ŞƏXSİYYƏTİ

Hər hansı bir insanın hərəkətləri, yerinə yetirdikləri və imtina etdikləri onun ağlının göstəricisi, qəlbinin qabiliyyət açarıdır: Əbu Bəkr əs-Siddiqin -radiyallahu anh- qızı, möminlərin anası Aişə -radiyallahu anhə- Peyğəmbərin -səllallahu aleyhi və səlləm- əxlaqı­na ən yaxından bələd olan, onun həyatını ən incəliyinə qədər nəql edən insandır. Çünki Peyğəmbər (s.ə.v.) yatarkən, oyaq olar­kən, sağlam və ya xəstə olduğu zaman, sakit və ya əsəbi olduğu zaman ona çox yaxın olmuşdur... Möminlərin anası Aişə –radiyal­lahu anhə- deyir ki: "Rəsulullah (s.ə.v.) nə bir pis söz deyir, nə pis iş görür, nə də bu əməllərə meyl göstərirdi. Dükan-bazarda yüksək səslə danışmaz, pisliyə pisliklə cavab verməz, əksinə, əfv Ardı »

Peyğəmbərlərin HəyatıHəzrəti Xədicənin (e) -həyatı

Böyük İslam Peyğəmbəri (s)-in həyat yoldaşı həzrəti Xədicə (ə) hicrətdən 68-il əvvəl Məkkə şəhərində dünyaya göz açmışdır. Atasının adı Xuvəylid ibn Əsəd, anasının adı isə Fatimə binti Zaidət ibn Asim idi. O islamı qəbul edən ilk qadın idi. Həzrəti Əli (ə) “Qasiə” xütbəsində onun fədakarlığını xatırladaraq buyurur:
“İslamın əvvəlindəki çətin anlarda, İslam dini Rəsulullah (s)-in, Xədicənin evindən başqa heç bir evə daxil olmamışdı. Mən də onların üçüncüsü idim.”
“Nəhcül-bəlağə”, 192-ci xütbə.
O, Həzrəti Peyğəmbər (s) ilə evlənməzdən qabaq iki dəfə, Əbu Halət ibn Zurarə Təmimi və Ətiq ibn Aiz Məxzumi adlı şəxislər ilə ailə həyatı qurmuş və ərlərinin hər ikisi dünyadan getmişdilər. Müasir tədqiqatçıların Ardı »

Peyğəmbərlərin HəyatıPEYĞƏMBƏRİN (S.Ə.V.) XANIMINA QARŞI MÜNASİBƏTİ

Kiçik ailə ocağında xanım atın bağlandığı yer, ağacın gövdəsi, rahatlıq, sakitlik və yaxınlıq deməkdir.

Rəsulullah (s.ə.v.) belə buyurur: "Bütün dünya bir xəzinədir. Bu xəzinənin ən xeyirlisi isə mömin bir xanımdır" ("Sahihul Camius-Sağir").

Peyğəmbərin (s.ə.v.) gözəl əxlaqının və xoş güzəranının bir əlaməti olaraq onun möminlərin anası Aişəni -radiyallahu anhə- adının son hərfini tələffüz etməyərək çağırıb sevincdən qəlblərin pərvazlanacağı bir halı bildirdiyini görürük.

Aişə -radiyallahu anhə- dedi ki: "Rəsulullah (s.ə.v.) bir gün mənə belə dedi: "Ey Aiş! Bax, burada Cəbrayıl sənə salam verir"" (Buxari və Müslim).

Budur bu ümmətin Peyğəmbəri -səllallahu aleyhi və səlləm! Əxlaq baxımından ümmətin ən idealı, mövqe etibarilə ən böyüyü olub gözəl güzəran, mülayimlik, Ardı »

Peyğəmbərlərin HəyatıRabiə ibn Kab: Cənnətdə sənin dostun olmaq istəyirəm ey Allahın Rəsulu!

Rabiə, Allah ondan razı olsun, rəvayət edir:

Peyğəmbərin, Ona Allahın salavatı və salamı olsun, xasiyyətindən biri bu idi ki, kimsə ona yaxşılıq edərsə, həmin insana etdiyi yaxşılığın əvəzini qat-qat çox ödəməyi xoşlayırdı. Ona etdiyim xidmətə görə mənə də bir xeyir vermək arzusu ilə yaşayırdı. Beləliklə bir gün mənə baş çəkdi və dedi: "Ey Kabın oğlu Rabiə. Mən "Buyur, ey Allahın Elçisi, Allah səni səadətə qovuşdursun" deyə cavab verdim. Peyğəmbər: "Məndən nə istəyirsən istə, istədiyini sənə verəcəm” dedi.

Mən bir az düşündüm və sonra: “Ey Allahın Elçisi, mənə bir az vaxt ver səndən nə istəyəcəyim barədə qoy fikirləşim. Sonra sənə deyərəm. O, Ona Allahın Ardı »

Peyğəmbərlərin HəyatıADƏMİN (aleyhissalamın) İKİ OĞLU HABİL VƏ QABİLİN HEKAYƏSİ

27-Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə! Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə) demişdi: “Səni mütləq öldürəcəyəm! (Habil ona) belə cavab vermişdi: “Allah yalnız müttəqilərdən qəbul edər!
28-Sən məni öldürməkdən ötrü mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram.
29-Mən istəyirəm ki, sən mənim də günahımı öz günahınla birlikdə üstünə götürəsən və beləliklə də, Cəhənnəm sakinlərindən olasan. Zalimlərin cəzası budur!”
30-Nəfsi onu qardaşını öldürməyə sövq etdi, onu (Habili) öldürdü və bununla da zərərçəkənlərdən oldu.
31-Sonra Allah qardaşının cəsədini Ardı »

Peyğəmbərlərin HəyatıABDULLAH IBN CƏHŞ

Birinci olaraq möninlərin sərkərdəsi adlandırılmışdır.
Indi haqqında danışacağımız səhabə Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) ilə sıx əlaqədə olmuşdur. O həm də Islamda onun ilk tərəfdarlarından idi.

O, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) bibisi oğlu idi, çünki onun anası Umeymə, Əbdül Mütəllibin qızı, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) bibisi idi.
O həm də Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) bacanağı idi, çünki onun bacısı Zeynəb, Cəhşin qızı, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) zövcəsi və möminlərin analarından biri idi.
Ona birinci olaraq Islam bayrağı təqdim olunmuşdu və bundan sonra onu möminlərin sərkərdəsi adlandırmışdılar. Bu Ardı »

Peyğəmbərlərin HəyatıPeyğəmbərimizə Salavat Gətirmək

"Şübhəsiz, Allah və mələkləri Peyğəmbərə salat deyərlər. Ey iman edənlər, siz də ona salat deyin və tam bir təslimiyyət ilə ona salam verin." (Əhzab Surəsi, 56)

Peyğəmbərimizin adı gələndə Ona salat və salam göndərməyin məcburiyyəti mövzusunda alimlərimiz arasında fikir ayrılığı vardır. Fəqət bunun fəziləti və axirətdə peyğəmbərimizin şəfaətinə vəsilə olacağı mövzusunda alimləri eyni düşüncədədirlər.
Rəsulullaha (s.a.v.) salavat duası və salam göndərmək çox xeyirli və mübarək bir işdir. Bu çox edənin Allah (c.c) axirətdə dərəcəsini yüksəldər.
Peyğəmbərimizin hədislərinə görə Rəsulullahın (s.a.v.) adı gələndə ona salat və salam göndərməyənlər axirətdə böyük bir xeyirdən məhrum olacaqlar.
"Qiyamət günü mənə yaxın olanlar və şəfaətimə haqq qazananlar, mənə ən çox Ardı »