Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

NağıllarŞirvan qazısı

Biri varıdı, biri yoxudu, Allahdan başqa heç kəs yoxudu. Bir padşah varıdı. Bu padşahın Məhəmməd adlı bir oğlu varıdı. Padşah bir gün oğluna deyir:

– Oğul, Məhəmməd, mən ölsəm, yerimdə səndən savayı qohuməqrəbam yoxdu ki, qalsın. Padşahlığı əlində bərk saxlarsan.

Az keçdi, çox keçdi, padşah öldü. Məhəmməd atasının yerində şah oldu, camaatı dolandırmağa başladı. Bir gün bu şəhərin lotuları dedilər:

– Bu padşah çox səfehdi, gərək tovlayıb, dövləti əlindən çıxaraq.

Lotular gəldilər Məhəmmədin yanına. Biri dedi:

– Mən padşahın xalası oğluyam.

Biri dedi:

– Mən dayısı oğluyam.

Bunlar onu bir dilnən tovlayıb hərəsi bir qızıl alıb getdilər. Məhəmməd anasının yanına gəlib dedi:

– Atam deyirdi bizim qohumumuz yoxdu. Bu gün Ardı »

NağıllarGül Sumana neylədi?

Biri varıdı, biri yoxudu, Allahdan başqa heç kim yoxdu. Bir kasıb oğlan varıdı, adına Məhəmməd deyərdilər. Bu paçcahın qızın isdiyirdi. Elçi göndərdi.

Paçcah dedi:

– Getsin xəbər gətirsin görək, Gül Sumana neylədi, Suman gülə neylədi? Onnan sora qızımı verərəm ona.

Elçi gəldi paçcah dediyin Məhəmmədə xəbər verdi. Məhəmməd dedi:

– Neynək, gedip gətirrəm.

Məhəmməd durdu, düşdü yola. Günə bir mənzil, tey-mənazil, gəldi çıxdı bir şəhərə. Gördü bu şəhərdə bir maşınçı var. Paltarı tikir, qaçıynan doğruyur tökür yerə, deyir:

– Gül Sumana neylədi, Suman Gülə neylədi?

Məhəmməd dedi:

– Yaxşı, onu da sana deyərəm.

Düşdü yola. Yavaş-yavaş gəldi, çıxdı bir şəhərə. Gəldi gördü bir qaltaxçı var. Qaltağı hazırrıyır. Sora çəkicinən döyüp Ardı »

NağıllarYeddi qardaşlar (nağıl)

Biri var idi, biri yox idi. Bir ayı, günü keçmiş kişi var idi. Bir arvadı var idi. Bunların yeddi oğlanları var idi. Amma heç qız uşaqları yox idi. Yeddi qardaşlar bir bacıları olmadığından çox qəmgin idilər. Bir gün yeddi qardaşlar analarına dedilər:

– Ay analı, bacı çox istiqanlı olur, deyirlər. Hayıf ki, bizim bircə bacımız yoxdur. İndi ki bacımız yoxdur, biz gedirik uzaqdakı Ballı dağa ovçuluğa. O vaxta kimi gəlmiyəcəyik ki, sənin uşağın olsun. Ay ana, havaxt oğlun olsa qapıya ox as, ondan da o yana gedək, daha gəlməyək. Ha vaxt qızın olsa, qapıya ələk as. Gələk evə.

Ana çox dedi, oğlanları az Ardı »

NağıllarQuş dili bilən İsgəndər

Biri vardı, biri yoxdu. Bir naxırçı vardı, bircə oğlu vardı. Adına İskəndər deyərdilər. Naxırçının arvadı öldü, öyə arvad gətirdi. İskəndər altı yaşındeydı, amma çox ağıllı, fərasətdi bir oğlanıdı. Özü də hər bir quşun dilin bilirdi. Dedikcə də göyçək bir paçcahyana uşağıdı. Bılların əvlərinin qabağında bir baxçaları vardı. Bir gün öyə ana həmən baxçada paltar qazanı asıp, paltar yuyurdu. İskəndər də cur-cubux yığır, ocağa qoyurdu. Nənəliyinə kömək eliyirdi. İskəndər baxdı gördü, bir bülbül oxuyur, başqa bir bülbülə deyir:

– Ay bülbül, bir vaxt olacax İskəndər bı şəhərə paçcah olacax; bı baxçıya qonax gələcək, həmən bı analığı onun qabağına xörək gətirəcək. Dədəsi də afdaha-ləyən Ardı »

NağıllarHazarandastan bülbülü (nağıl)

Biri var idi, biri yox idi. Bir padşah var idi. Bu padşahın bir bağı var idi ki, ruzigarın gözü belə bir bağ görməmişdi. Gül gülü çağırır, içindən göz yaşı kimi çeşmələr axırdı. Bağın içində padşah dünyanın hər tərəfindən cürbəcür ağaclar gətirdib, əkdirmişdi Qərəz, nə deyim, bağda can dərmanı desəydin vardı. Bu bağın şöhrəti bütün ətrafa yayılmışdı. Dünyanın hər tərəfindən dəstə-dəstə adamlar bu bağın tamaşasına gəlirdi.

Bir gün yenə şəhərdən üç nəfər bu bağı görməyə gəlmişdi. Padşahnan bağı gəzdilər, dolandılar. Bağın qapısından eşiyə çıxanda, qonaqlardan biri bir ah çəkib dedi:

– Çox gözəl bağdı, amma heyf ki, Hazarandastan gülüynən Hazarandastan bülbülü bu bağda yoxdu.

İkinci Ardı »

NağıllarXacə Fəttah

İsfahan şəhərində bir Xacə Fəttah varıdı. Bunun bir oğlu varıdı ki, adına Xacə İbrahim deyərdilər. Xacə Fəttah qırx sövdəgərin böyüyüydü. Bir gün sövdəgərlər yığışıb dedilər:

– Nə vaxta kimi evdə oturaq?! Gəlin gedək Yəmən vilayətinə alverə.

Yəmən vilayətində Xacə Fəttahın bir bacısı varıdı. Xacə Fəttah onlara dedi:

– Mən daha qocalmışam, gedə bilmərəm.

Sövdəgərlər dedilər:

– Neynək, indi ki sən gedə bilmirsən, gətir oğlunu bizə qoş. Eybi yoxdu, indiyətən bizim böyüyümüz sən olmusan, indi də oğlun olsun.

Xacə Fəttah oğluna dedi:

– Sən sövdəgərlərnən gedərsən, özü də mənim dəvəmi minəcəksən, şəhərə çatanda onun afsarını at üstünə, o özü gedib düz bacımın qapısında yatacaq. Sonra əhvalatı bacıma söylərsən, sizə Ardı »

Nağıllarİsgəndər Zülqərneyn

Biri varıydı, biri yoxuydu, bir padşah varıydı. Bu padşah nə qədər arvad alırdısa, övladı olmurdu ki, olmurdu. Padşah bütün rəmçiləri, dərvişləri, həkimləri çağırmışdı ki, ona əlac eləsinlər. Heç biri bir əlac eləyə bilməmişdi. Padşah xüfətinnən heyva kimi sapsarı saralmışdı. Bir gün yatmışdı, aləmi-röyada gördü kü, bir pirani qoca kişi başının üstündə dayanıb deyir:

– Ey padşah, sən kimi alsan övladın olmayacax, bircə İsfahan padşahının qızını alsan, ondan sənin bir övladın olacax.

Padşah yuxudan ayılan kimi vəzir-vəkili, əyan-əşrəfi başına yığıb yuxusunu onlara söylədi, tədbir istədi. Vəzir dedi:

– Padşah sağ olsun, burda elə bir çətin iş yoxdu. Elçi göndərək, gedib qızı istəsinnər.

Padşah dedi:

– Birdən qızı Ardı »

NağıllarCırtdan

Biri vardı, biri yoxdu, bir qarı vardı. Bu qaranın bir balaca nəvəsi vardı. Nəvə o qədər balaca idi ki, ona Cırtdan deyərdilər.

Bir gün Cırtdan gördü ki, qonşu uşaqları meşəyə oduna gedirlər, gəlib nənəsinə dedi:

-Ay nənə, uşaqlarla oduna mən də gedəcəyəm.

Qarı uşaqları çağırıb hərəsinə bir parça yağ yaxmacı verdi. Cırtdanı da onlara tapşırdı. Yolda Cırtdan özünü yerə vurub getmədi, yoldaşları dedilər:

-Ay Cırtdan, niyə gəlmirsən?

Cırtdan dedi:

-Nənəm məni sizə tapşırıb, məni dalınıza alıb aparın.

Yoldaşları onu növbə ilə dallarına alıb, meşəyə gətirdilər. Uşaqlar başladılar odun yığmağa. Gördülər ki, Cırtdan yığmır. Dedilər:

-Ay Cırtdan, sən niyə odun yığmırsan?

Cırtdan cavab verdi:

-Nənəm məni sizə tapşırıb, mənə də yığın.

Uşaqlar ona Ardı »