Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

NağıllarÜç bacı (nağıl)

Bir dükançının üç qızı var imiş. Bunların anaları ölür. Ataları gedib bir arvad alır. Bu kişi gündə gedib tikan yığıb gətirir və satıb puluna çörək alıb gətirərmiş. Bir gün bu taza gətirdigi arvad ərinə deyir ki:

– Gündə evə getirdiyin iki girvənkə əppəkdir, onu da qızların basıb yeyir. Ya məni boşa, qızlarını saxla, ya da qızlarını boşa, məni saxla.

Axırda kişi gəlib qızdarı azdırmaq fikrinə düşüb arvadına deyir:

– İndi nə tör bu qızları azdıraq?

Arvad cavab verir ki:

– Onun çarəsi asandır. Sən bazardan üç alma al gətir. Mən azdıraram.

Kişi bazardan üç alma alıb gətirib arvadına verir. Arvad da həyətdəki quyunun ağzına bir az ot Ardı »

NağıllarAltı dul arvad (nağıl)

Bir gün altı dul arvad bir yerdə toplaşdılar. Bunların biri təklif edir ki, gəlin hər birimiz öz başına gələni söyləsin.

Arvadlar bu təklifə razı oldular. Əvvəlinci arvad başlayır:

– Bir gün ərim xeyli qoyun quyruğu almışdı. Mən də biləgimi çirməyib bunu əritdim. Yağını küpələrə doldurdum, cızdağını beş-altı gün yedik. Baxdım gördüm ki, bu cızdax qurtarası deyildir. Götürüb bundan bir yastıq tikdim. Bir gün ərim həmən yasdığı başının altına qoyub yatmışdı. Bir vəqt gördüm ki, kişinin başının ortasında bir qurd var. Kişini yuxudan oyatmaq istəmədim. Tez gedib bir ağac gətirdim ki, qurdu öldürəm. Ağacı vuranda qurd öldüsə də, kişinin başı yarıldı. Kişi qorxmuş yuxudan Ardı »

NağıllarTənbəl Əhməd (nağıl)

Bir padşahın üç qızı var idi. Padşahın xatırı istədi ki, qızlarına qonaq getsin. Əvvəlcə böyük qızına xəbər göndərdi ki, bu axşam vəzir-vüzəra ilə qonaq gələcəkdir. Qız qazanları dordurur, otaqları bəzəyir, çıraqban eləyir. Ayaqları altına payandaz döşəyir, böyük bir qonaqlıq hazırlayır. Padşah ətrafında vəzir-vəkil ilə gəlib yeyib-içir, gedəndə soruşur:

– Qızım, bu dövlət, bu cəlal sənin üçün hardandır?

– Ata, sənin dövlətindəndir.

Bu söz atasının xoşuna gəlir. Deyir ki, sağ ol, qızım. Sabahı günü ortancıl qızın üstünə xəbər göndərir ki, bu axşam ona qonağam, hazırlansın, vəzir-vüzəra ilə ona qonaq gələcəyəm. Ortancıl qızı da otaqları bəzətdi, çilçıraqları yandırtdı, küçələri süpürtdürdü, ayaqları altda payandaz saldırdı.

Padşah vəzir-vəkili ilə Ardı »

NağıllarTülkü həccə gedir

Tülkü qocalmış idi,
Şikardan qalmış idi.
Ov keçmirdi əlinə,
Ət dəymirdi dilinə.
Həftələrlə qalıb ac,
Dolanırdı yalavac.
Ova batmırdı dişi,
Yaman keçirdi işi
Günü olmuşdu qara,
Düşündü, tapdı çara:
Təsbeh aldı əlinə,
Şal bağladı belinə,
Ayaqlarında çarıq,
Başında tirmə sarıq,
Çiynində atlaz əba,
Əlində zorba əsa.
Ağlayırdı, gedirdi,
Çölləri seyr edirdi;
Olmuşdu mömin bəndə
Çatdı böyük bir kəndə.
Kənd ağzında bir xoruz
Eşələnirdi yalqız
Gördü ki, tülkü lələ,
Girmiş başqa bir şəklə.
Gəlir təsbeh əlində,
Bir şal qurşaq belində,
Ayaqlarında çarıq,
Başında tirmə sarıq,
Çiynində atlaz əba,
Əlində zorba əsa.
Ağlayır, təsbeh çəkir,
Gözündən qan-yaş tökür…
Xoruz durub uzaqdan
Baxdı ona Ardı »

NağıllarBulud (nağıl)

Biri vardı, biri yoxdı. Allahdan başqa heç kim yoxdı. Bir paçcah vardı. Gözünün biri bozarmışdı, adına “Kor paçcah” deyərdilər. Günnərin bir günü bütün münəccimləri yığdı, dedi:

– Bir rəm atın görüm, bu gözümün dərmanı nədi?

Münəccimlər rəm atdılar, dedilər:

– Qibleyi-aləm, sənin gözünün dərmanı filan dəryada bir qızıl balıqdadı.

Paçcah torçunu çağırdı, dedi:

– Filan dəryadan bir qızıl balıq gətirərsən.

Torçu tor atdı həmən dəryaya. Paçcahın da bir oğlu varıdı, adı İbrahim idi. İbrahim getdi, gördü torçunun toruna bir qızıl balıq düşüb.

Torçuya dedi:

– Bunu bırax, getsin, yazıxdı.

Torçu İbrahimın sözün çəvirmiyib buraxdı. Torçu qayıtdı gəldi evə. Gecə yatdı, səhər genə getdi, tor atdı, bir qızıl balıq düşdü tora. Ardı »

NağıllarBir qılçalı toyuq (nağıl)

Bir vardı, bir yoxdu. Bir dərviş vardı. Günnərin bir günündə yolnan gedirdi gördü bir keçəl aşıx-aşıx oynuyur. Amma saqqanı ha yannan qoşa-qoşa çıxardır. Dərviş dedi:

– Keçəl, peşən nədi sənin?

Keçəl dedi:

– Peşəm ələ bıdı ki, aşıx-aşıx oynaram, uşaxlardan aşıx uduram, aparıram onu da satıram, verirəm çörəyə, aparıram evə yeyərik.

Dərviş dedi:

– Baçınnan, qardaşınnan, nənənnən, dədənnən nəyin var?

Dedi:

– Heç-zadım yoxdu, bircə xalam var, elə gedib onun ocağının başında otururam.

Dərviş dedi:

– Keçəl, gəl mənim yanımdaca ol. Yeməyi-içməynı verrəm. Səninki də o olsun ki, elə qalyanımı yandır, afdafama su tök.

Keçəl dedi:

– Nə deyirəm olaram.

Bu keçəli götürdü, gəldi əvə. Beş-on gün dolandılar. Bir gün dərviş dedi:

– Keçəl!

Dedi:

Ardı »

Nağıllarİki dəniz

Fələstində 2dəniz var.Bu dənizlərdən birində balıqlar yaşayır.Suyu mavi və təmizdir.O birində isə balıq yoxdur,suyu da təmiz deyil.Hər iki dənizə eyni çayın suyu axır.Çayın dağlardan gətirdiyi təmiz sular birinci dənizin suyunu daha da təmizləyir,rəngini daha da maviləşdirir.İkinci dəniz isə əvvəlki kimi kirli qalır.Bu iki dənizin bir birindən fərqi nədir bilirsinizmi?Mavi dəniz çayın gətirdiyi suları başqa dənizlərlə “bölüşür”.Yəni nə qədər alırsa o qədər də verir.O biri dəniz isə aldığını özündə saxlayır.Bir damlasını da başqasına vermir.Aldığını verən dəniz təmiz və canlı,aldığını verməyən isə kirli və ölüdür.Bəlkə də elə buna görə 1ci dənizin adı Qaliley,ikincinin adı isə ölüdür. Ardı »

NağıllarAxvay

Gülnahar mahalında Şəftən adlı orta sinli bir kişinin Gülxar adlı bir arvadı var idi. Şəftənin peşəsi naxırçılıq, Gülxarın peşəsi evdarlıq idi. Bu ər-arvad çox zəlil bir halda ömür sürürdülər. Hal belə ikən Gülxar barihəmlin yerə qoydu. Bunun bir misilsiz gözəl oğlu oldu. Oğlanın adını Xanoğlan qoydular. Xanoğlan böyüyüb tainki on səkkiz yaşına yetişdi. Günlərin bir günündə Xanoğlan Gülnahar şəhərinə gəzməyə çıxmışdı. Şəhərdə gəzərkən güzarı Gülnahar şəhərinin şahı olan Qəni şahın qəsrinə düşdü, nə gördü? Qəsirdə Qəni şahın qızı Püstə xanım özünə yeddi qələm ilə zinət verib, qızıl sandal üstündə qərar tutubdur. Xanoğlan bir belə mah-camalı görcək, bir könüldən min könülə aşıqıgiriftar Ardı »