Şəfalı meyvə və Tərəvəzlər → Evkalipt yarpağı
Evkalipt cinsinin dünyada təxminən 500-ə qədər növü vardır. Tibbi cəhətdən ən əhəmiyyətli növlərindən biri kürəşəkilli evkalipt, Eucalyptus globulus labill bitkisidir. Dünyanın ən nəhəng ağacı olub, vətənində (Avstraliyada) hündürlüyü 150 metrə çatır. Bu bitki bəzi digər səciyyəvi xüsusiyyətlərə də malikdir. Nəhəng ağac olmasına baxmayaraq onun kölgəsi olmur, çünki yarpaqları yerə perpendikulyar vəziyyətdə dayanırlar. Bu bitkiyə heterofiliys (müxtəlif yarpaqlı) əlaməti xasdır.
Belə ki, kürəşəkilli evkaliptdə yarpaq dar 2 formada və 2 düzülüşdə olurlar. Bitkidəki cavan yarpaqlar yumurtavarı və ya enli lansetvari formada olub, supsativ (qarşı-qarşıya, cüt-cüt) yerləşmişlər, saplaqlıdırlar. Bitkinin yaşlı yarpaqları oraqşəkillidirlər, saplaqlıdır və növbəli düzülmüşlər. Evkalipt ağacları özlərinə çoxlu su çəkmək xüsusiyyətinə də Ardı »