Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəfnə yarpağının faydaları

Dəfnə hər zaman yaşıl bir ağacdır. Yazda və qışda yarpağını tökmür. Aromatik bir bitki olan dəfnənin qoxusu xoşdur. Dəfnə yarpağı yeməklərə ləzzət vermək məqsədilə istifadə edildiyi kimi, tibbi təsirləri də var. Dəfnə yarpağından çay və təbii dərman istehsalında istifadə olunur. Həmçinin şorba, balıq, ət kimi yeməklərə ətir vermək məqsədilə də qatılır.

Yarpaqlarını tökmədiyindən hər zaman yarpaqlarını toplama imkanı var. Ancaq may və oktyabr ayları arasında toplanan yarpaqlar daha təsirlidir. Dəfnə bitkisinin tibbi və kosmetik məqsədli olaraq istifadə edilən hissəsi yarpaq və yarpağından əldə edilən uçucu esensiyel yağdır. Dəfnə meyvələrindən əldə edilən dəfnə yağı antiseptik xüsusiyyətə malikdir. Dəfnə yağı yağ turşuları və esensiyel yağlardan meydana gəlir və çox güclü antioksidan və antiseptik təsirə malikdir.

Dəfnə yarpağından bir çox xəstəlikləri müalicə etmək üçün istifadə edilir, dəfnə yarpağı bir çox dərdlərin dərmanıdır. Dəfnə yarpağı sidik qovucu, ağrı kəsici, mikrob öldürücü xüsusiyyətlərə malik olmaqla yanaşı kosmetik vasitə kimi də istifadə edilir.

Dəfnə yarpağının suyundan duş qəbul etdikdə ağrılar kəsilir, yorğunluq aradan qalxır. Bu bitkidən müəyyən şampunlar hazırlanır ki, bu da saç tökülməsinin qarşısını alır, saçın diblərini gücləndirir, onları yumşaldaraq parlaqlıq verir və kəpəyin qarşısını alır. Dəfnə sabunu antiseptik və nəmləndirici təsirə malik olduğundan daimi istifadəsi saçın kəpəklənməsini və saçda göbələk meydana gəlməsinin qarşısını alır. Dəfnə sabunu saç diblərindəki məsamələri açır və saç dibi boşluqların bərpasına müsbət təsir göstərir.

Dəfnə yarpağından hazırlanan sabundan dərinin gözəlliyi üçün də istifadə edilir. Quru dərini nəmləndirir. Dəfnə sabunu dəridəki məsamələri açıb rahatlaşdırır. Dəfnə sabunu alarkən istifadə etdiyimiz sabunun həqiqi dəfnə yarpağından hazırlandığından əmin olun. Əsl dəfnə sabunun özünə xas qoxusu var və açıq-qəhvəyi rəngdə olur.

Göbələk, ekzema və dəri xəstəliklərində istifadə edilə bilər. Göbələk və dəri xəstəlikləri zamanı da bu bitkidən istifadə edilir. Bundan başqa dəfnə yarpağından alergiyaya meyilli şəxslərin və hamilə qadınların istifadə etməsi tövsiyə edilmir. Dəfnə yarpağının başqa zəhərli növləri mövcud olduğundan ondan istifadə edərkən diqqətli olmaq lazımdır. Qeyd edək ki, dünyada ən çox dəfnə ağacı Türkiyənin ərazisində yetişdirilir. Aralıq dənizi bölgəsində ən çox Hatayda yetişdirilən dəfnənin yarpaqları Avropaya ixrac edilir və Avropa ölkələrində dərman və kosmetik sənayendə istifadə olunur.


Tarix: 10.12.2014 / 17:29 Müəllif: Aziza Baxılıb: 182 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...