Şəfalı meyvə və Tərəvəzlər → Pomidor alarkən nələrə diqqət etməli?
Pomidor yay fəslində ən çox istifadə olunan tərəvəz məhsuludur. Məşiətdə pomidor həm bir sıra yeməklərin, salatların hazırlanmasında, həm də duza və sirkəyə qoyulmada istifadə olunur. İstehlakçılar pomidor alarkən bəzi məlumatları bilməlidir. Pomidorun geniş yayılmış üç- adi, peru və tüklü növləri mövcuddur. Pomidor meyvəsi yastı, yumru, uzunsov-oval, armudvarı və ellipsvarı olur. Diametri 3-dən 10 sm-dək, çəkisi 20-900 qram və daha çox olur.
Pomidorun tərkibində orta hesabla 93-96% su, 0,61% mineral maddə, 4 faizə qədər karbohidratlar, 0,19% yağ, 0,84% sellüloza dəmir və s. var. Tərkibində quru maddələr, o cümlədən həll olan şəkərlər, üzvi turşular, natrium, kalium, kalsium, dəmir, fosfor kimi maddələr, bir sıra Ardı »