Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəfalı meyvə və TərəvəzlərÇuğundur..

Çuğundurun tərkibində 50 faiz natrium və 5 faiz kalsium var. Natriumun kalsiumdan on dəfə çox olması kalsium duzunun yaxşı həll olmasına şərait yaradır. Bu da çox vacibdir. Çünki bişmiş qida yeyən adamın damarlarında, oynaqlarında və digər orqanlarda yığılıb qalan qeyri-üzvi kalsium böyük fəsadlar verir. Poliartrit, revmatizm, osteoxondroz və s. xəstəliklər baş qaldırır. El arasında onları "yel" xəstəliyi adlandırır, yaxud deyirlər ki, "oynaqlarıma duz yığılıb". Çuğundur şirəsini kök və xiyar şirəsinə qatıb, hər gün içən xəstə "yel" xəstəliyindən dava-dərmansız xilas ola bilər.
Çuğunduru faydalı edən tərkibindəki təkcə natrium-kalsium deyil. Onun tərkibinin 20 faizini kalium təşkil edir. Kalium isə orqanizmin bütün fizioloji fəaliyyəti Ardı »

Şəfalı meyvə və TərəvəzlərÇaytikanı

Çaytikanı qiymətli vitaminli bitkidir. Təbabətdə meyvələrindən istifadə edilir, meyvələri oktyabr-dekabr aylarında yığılır və onlardan yağ alınır. Çaytikanının yağı yarasağaltma qabiliyyətinə malik olduğu üçün şüa zədələnməsini, dəri xəstəliklərini, yanığı, mədə və 12 barmaq bağırsaq yarası və b. xəstəliklərin müalicəsində istifadə edilir. Qədim Monqol, Çin xalq təbabətində çaytikanının meyvələri və yarpaqları mədə xəstəliklərinin müalicəsində, yel xəstəliklərində, dəri xəstəliklərində işlədilirdi.

Qədim Yunanıstanda yarpaqlarının və budaqlarının həlimi ilə adamları və heyvanları müalicə edirdilər.

Xalq təbabətində meyvələrinin həlimi dəri xəstəliklərinin müalicəsində, yarpaqlarının həlimi podaqranı, revmatizmi müalicə etmək üçün işlədilirdi. Toxumlarının həlimi işlədici kimi istifadə edilirdi. Mədə və onikibarmaq bağırsaq yarası xəstəliklərində yeməkdən qabaq gündə 2-3 dəfə Ardı »

Şəfalı meyvə və TərəvəzlərVanil.

Vanil kalsium, natrium və dəmir mineralları ilə zəngindir, tərkibində xolesterol olmasa da, şəkər nisbəti yüksəkdir. Buna görə də kalori dəyəri çoxdur.

Vanil orqanizmi gücləndirir, sinirləri sakitləşdirir, temperaturu aşağı salır, həzmi asanlaşdırır, tənəffüs yollarını təmizləyir.

Vanildən biskvit və şirniyyat məmulatlarında, tort və şokoladlarda, xoşətirli olduğu üçün yağından ətir və müxtəlif kosmetik məhsullarda istifadə olunur. Ancaq vanil və vanil yağından həddindən artıq istifadə etdikdə ürəkbulanma baş verir. Ardı »

Şəfalı meyvə və TərəvəzlərQeyri-adi bitkilər

1880-ci ildə Amerika mətbuatı bir qeyri-adi ağac haqqında yazılar dərc edirdi. Bu ağac adam yeyirdi!!!

Amerika mediası ağacı belə təsvir edirdi: “Onun başında altı qamçısı, səkkiz iri yarpağı var. Canlı adamla yanaşı, fil də daxil olmaqla digər canlıları da uda bilir”.

Təbiətin ekozit bitkiləri arasında “adamyeyən ağac”ın olub-olmaması barədə müxtəlif fikirlər səslənməsi ilə yanaşı, bunun illüziya, uydurma, xalq əfsanəsi olduğunu qeyd edənlər də var.

Amma “adamyeyən” olmasa da, digər canlılarla qidalanan ağacların olduğunu artıq elm sübut edib.

Həşərat yeyən bitkilər
Alimlərin araşdırması nəticəsində bəlli olub ki, bəzi bitkilər həşəratlarla qidalanırlar. Bu bitkilərin 500-ə qədər növu var. Bu bitkilər şikarını cəlbedici parlaq rəngi, gözəl ətri və dadlı Ardı »

Şəfalı meyvə və TərəvəzlərXiyarın faydaları

Xiyar o tərəvəzlərdəndir ki, onsuz yay salatlarını təsəvvür etmək mümkün deyil. Çünki xiyarın tərkibi faydalı maddələrlə zəngindir. Xiyarın əsas hissəsi sudan ibarətdir. Strukturlaşdırılmış və asanlıqla həzm olunan xiyar suyu demək olar ki, orqanizmə lazım olan bütün mikroelementlərlə zəngindir. Xiyarın tərkibində o qədər də çox vitamin yoxdur (C, E, B1, B2, Provitamin A), amma tərkibində bu qədər mikroelement və mineral olan tərəvəz azdır.

Xiyarın tərkibində qlükoza, fruktoza, nişasta, askorbin turşusu, qəhvə və fol turşuları, xlorofil, kalium, kalsium, fosfor, maqnezium, dəmir, natrium, xrom, xlor, kobalt, sirkonium, manqan, nikel, mis, sink, alüminium, gümüş və titan mövcuddur.

Tərkibindəki kaliumun zənginliyi sayəsində xiyar qan təzyiqini normallaşdırmaq xüsusiyyətinə Ardı »

Şəfalı meyvə və TərəvəzlərÇİYƏLƏK (YABANI ÇİYƏLƏK)

Dərman kimi meyvələrindən və yarpaqlarından istifadə edilir. Yetişmiş meyvələri yığılır, gündə və ya sobada 600C-yə qədər temperaturda qurudulur. Yarpaqları çiçəkləmə dövründə yığılır, dəstə şəklində bağlanıb, təmiz havada kölgədə asılaraq qurudulur. İnsanlar çiyələkdən hələ eramızdan əvvəl istifadə etmişdilər. Çiyələk pəhriz ərzağı kimi qaraciyər, ürək, böyrək xəstəliklərində və avitaminozda C vitamininin mənbəyi kimi məsləhət görülür. Bağırsaqların fəaliyyətini tənzimləmək üçün çoxlu miqdarda çiyələk yemək lazımdır. Çiyələk maddələr mübadiləsini tənzimləyir və xolestrinin və zəhərin çıxmasına kömək edir. Çiyələyin meyvəsi susuzluğu kəsir və iştahanı artırır. Yarpaqlarının və meyvələrinin şirəsi sidikqovucu və podaqranın müalicəsində vitamin vasitəsi kimi işlədilir. Vitaminlərlə çox zəngin olduğu üçün radiasiya ilə zədələnmədən mühafizə Ardı »

Şəfalı meyvə və TərəvəzlərQırmızı qarağat

Meyvələrində üzvi turşular çox olduğu üçün susuzluğu tez kəsir, ürək bulanmasını aradan qaldırır, iştahanı artırır. Ağır xəstəlikdən sonra qüvvəni bərpa etmək üçün istifadə edilir.

Xalq təbabətində meyvələri tərlədici, hərarətsalıcı, yüngül işlədici kimi istifadə edilir. Qırmızı qarağat mədə şirəsinin ayrılmasına kömək edir. Onun şirəsi orqanizmdən duzları xaric edir, ödü qovur. Zəif işlədicidir və qanaxmanı kəsir. Uzun müddət qidalandıqda xroniki qəbizlikdə kömək edir.

Qırmızı qarağat iltihab əleyhinə səmərəli və yüngül ödqovucu vasitədir.

Qırmızı qarağatın tərkibində qanı duruldan maddələr olduğu üçün sistematik şirəsini qəbul etdikdə infakt və iflicin profilaktikasında səmərəlidir.

Qırmızı qarağatda müəyyən edilən seroton xərçəng şişlərinin bəzi növlərinin qabağını almaq qabiliyyətinə malikdir!

Qırmızı Ardı »

Şəfalı meyvə və TərəvəzlərHeyvanın tərkibi və müalicəvi xüsusiyyətləri

Heyva — tərkibində olan bioloji aktiv maddələrin sayına görə tumlu meyvələr arasında ilk yerlərdə sayılır.

O, pektin, alma turşusu, limon turşusu, tartran turşusu, müəyyən miqdarda karotin və askorbin turşusu ilə zəngin bir məhsuldur.Bundan əlavə heyvanın tərkibi PP, E, B1, B2, B6 vitaminləri, dəmir, mis, kaliy, maqniy, fosfor, marqanes, nikel, bor kimi mikroelementlərlə zəngindir.

Hər birimizin çox sevdiyi heyva, tərkibində xolesterin, yağ və natrinin olmamasına görə ideal dietik qida sayılır. Gözəl ətirə və dada malik olması ilə bərabər bu meyvə öz müalicəvi xüsusiyyətləri ilə bir çox məhsulları üstələyir. Bunlar:

- Arıqlamaq üçün. Tərkibi selüllozla zəngin olduğuna görə o qidanın həzminə kömək edir, bu Ardı »