Şəfalı meyvə və Tərəvəzlər → Qəhvə-Coffea Arabica
Qəhvə boyaqotu Rubiaceae fəsiləsindəndir.Lazımi miqdarda istifadə olunduqda,orqanizmin fəaliyyəti və qüvvəti xeyli artır,eyni zamanda fiziki və zehni yorğunluq götürülür.
Qəhvə poroşok halına salınmış qəhvə ağacının toxumlarıdır.Bu ağacın isə əsl vətəni Həbəşistan və Ərəb ölkələridir.Bu qiymətli bitki çox qədimdən Hindistanda və Yava adalarında becərilir.Lakin hazırda dünya ticarətini qəhvə ilə təmin edən əsas ölkə Braziliyadır.Bu ölkələrdə qəhvə ağaclarının beynəlxalq əhəmiyyətli plantasiyaları vardır.
Maraqlıdır ki,qəhvə bitkisini hər ölkədə yetişdirmək mümkün deyildir.Məsələn bu günə qədər qəhvə ağacını nə Avropa ölkələrində nə də digər ölkələrdə becərmək mümkün olmamışdır.
Qəhvə ağacı xeyli məhsuldar bitkidir.O ildə 3 dəfə meyvə verir.Meyvələri xarici görünüşünə görə gilasa bənzəyir.,hər bir meyvəsində qalın qabıqla örtülmüş,yastı qabarıq şəkildə Ardı »