Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəfalı meyvə və TərəvəzlərZəfəran bitkisi

Zəfəran bənövşəyi çiçəyin içərisində olan xoş qoxulu bitkidir. Əsrlərdir dünyanın bir neçə ölkəsində yetişdirilən bu qiymətli bitki onlarla dərdin dərmanıdır. İlk olaraq zəfəran iştah açıcıdır. Onun qoxusu bədənin müqavimətini artırır. Sinir zəifliyini arada qaldırır. Qoxusu sakitləşdirici təsirə malikdir.
Zəfəran tempereturu salır, öskürəyi kəsir. Bu özəlliklərinə görə, astma və bronxit xəstəliklərində faydalıdır. Bundan əlavə bu qiymətli bitki qaraciyər, öd, ürək, göz zəstəliklərinin də dərmanı ola bilər. Zəfəran diş əti ağrılarını azaldır və dişləri qüvvətləndirir.

Zəfərandan necə istifadə etmək olar?
Göz xəstəliklərinin müalicəsində stəkana 5 qurudulmuş zəfəran telinin üzərinə 2 xörək qaşığı qaynar su əlavə edərək dəmə qoyurlar. 2 dəqiqədən sonra təmiz pambığa 2-3 damcı hopdurup Ardı »

Şəfalı meyvə və TərəvəzlərAlma

Alma gözəl pəhriz və müalicə ərzağıdır. Hələ qədim zamanlardan bilirdilər ki, gecə yeyilən alma sakit və yaxşı yuxu gətirir və mədəni yumşaq edir.
Keçən əsrdə almanı belə qiymətləndirirdilər: «Təzə alma, onun qaxı və bişmişi dadlı və faydalı ərzaq məhsuludur. O, qan azlığında və təngənəfəslikdə faydalıdır, əsəbləri sakitləşdirir və beyinin fəaliyyətini yaxşılaşdırır».
Həzm pozğunluğunda, avitominozda, qanazlığında və həddən artıq kök olanda isə alma pəhriz qidası kimi istifadə edilir.
Kolitin (yoğun bağırsağın iltihabı), dizinteriyanın, malyariyanın, qarın yatalağının müalicə olunmasında almanın istifadə olunma təcrübələri məlumdur.
Almanın tərkibində ürəyin fəaliyyətini normal saxlayan kaliumun olması onun faydalılığını bir daha artırır. Türşəng turşusunun orqanizmdən çıxarılmasına alma kömək Ardı »

Şəfalı meyvə və TərəvəzlərBitkilərin budanması

Noyabr ayı budama zamanı olduğu üçün çiçək və bitkilərə daha yaxşı qulluq etmək lazımdır. Noyabrda bu iş üçün uyğun hava şəraiti olduğundan hər cür torpaq işlərinə başlamaq olar.

Qışın əvvəlində yabanı otların, alaqların təmizlənməsi, bitki diblərinin yumşaldılması, köklərinə torf, yarpaq çürüntüsü və üzvi gübrə verilməsi bitkini qışa hazırlamaq baxımından faydalıdır.

Bu ay həmçinin ağac əkmək üçün də əlverişli aydır. Əkin işlərini qar düşənə qədər davam etdirmək olar.

Noyabrda həm də budama işləri görmək, əsasən payız budaması aparmaq mümkündür. Bu dövrdə budanılan budaq və pöhrələrin ucları qışda donub ölə bilər. Ona görə də bu ölü uclar yazda yenidən kəsilməlidir. Ardı »

Şəfalı meyvə və TərəvəzlərTutun faydaları

Bədənə qüvvət verir.

Qaraciyəri qüvvətləndirir.

Bağırsaq qurdlarını təmizləməyə kömək olur.

Tutun yarpaqlarında özünəməxsus təbii antiseptik və antibiotik xassəli təsirli maddələr var.

İştahanı açan tut çəki almağa kömək edir.

Qan azlığına faydalıdır. Mədə və bağırsaqların nizamlı işləməsinə kömək edir.

Həzmi asanlaşdırır. Ac qarına yeyilsə, qəbzliyi aradan götürər, hətta ishala yol aça bilər.

Ağız, badamcıq və boğaz iltihabı, diş əti xəstəlikləri və öskürəyə qarşı faydalıdır.

Qızdırmanı aşağı salır. Ardı »

Şəfalı meyvə və TərəvəzlərZoğal

Müalicə məqsədilə təzə və quru meyvələrindən, çox az hallarda isə yarpaqlarından, qabıqlarından və köklərindən istifadə edilir. Meyvələrin həlimi və şirəsi isalda faydalıdır. Müəyyən olunmuşdur ki, zoğalın meyvəsi tif dizinteriya qruplu bakteriyaları öldürmə qabiliyyətinə malikdir.

Tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, zoğalın və cır armudun şirəsi isalda müsbət nəticə verir. Zoğal sinqa əleyhinə dərman vasitəsi kimi böyük əhəmiyyətə malikdir. Bu məqsədlə onun həm təzəsi və həm də cemi, kiseli və kompotu əhəmiyyətlidir.

Xalq təbbətində zoğal maddələr mübadiləsi pozulanda, podaqra, dəri xəstəliklərində və həmçinin qanəmələgətirən dərman kimi istifadə edilir. Zoğalın meyvələri vərəm əleyhinə və iştahaçan vasitə kimi faydalıdır.

Kökləri və qabığı malyariya və revmatizmə Ardı »

Şəfalı meyvə və TərəvəzlərMöcüzəvi Aloe vera

Təbii şəkildə yetişən Aloe veranın faydaları çoxdur və heç bir qorxusuz rahatlıqla istifadə edilə bilər. Bu bitki faydalarına görə möcüzə də adlandırır. Son zamanlarda kosmetologiyada tez-tez istifadə edilən bitkilər sırasındadır. Tərkibindəki minerallar sayəsində dəriyə çox yaxşı təsir edir.

İltihablara qarşı mübarizə aparırAloe vera
Bədəni qüvvətləndirir
Günəş yanıqları və böcək sancan yerləri tez sağaldır.
Dərini nəmləndirir və qurumuş dərini yaxşılaşdırıb nəmi balanslayır.
Dərinin sağalma prosesini tezləşdirir
Aloe veranı sirkə ilə qarışdırıb saç diblərinə çəkildikdə saç tökülməsinin qarşısını alır.
Yaşlanmanı gecidkirir.
Çox yaxşı təmizləyici olduğu üçün ölü hüceyrələri yox edir və dəridəki məsamələri təmizləyir.
Dəridəki toksin və artıq çirkləri yox edərkən tərkibində olan mineral və amino turşuları Ardı »

Şəfalı meyvə və TərəvəzlərƏhvalı qaldıran dadlı meyvə | Kokos

Tədqiqatçıların sözlərinə görə, hind qozu yağının analizi keton kimi tanınan birləşmələri aşkara çıxarıb. Həmin birləşmələrin beyni qidalandırdıqları güman edilir. Doğrudur, mütəxəssislər nəticələrin hələ ilkin olduğunu qeyd edirlər. Lakin bir məsələ dəqiqdir ki, qısa müddətli olsa da, demensiyalı xəstələrin vəziyyəti yaxşılaşır.

Diyetoloq Piter Klifton bildirir ki, onların Alzeymer xəstəliyindən əziyyət çəkən adamlarla apardıqları araşdırmalar göstərib ki, hind qozu yağı adamlara onların kim olduqlarını xatırlamaq və əslində normal nitqi saxlamaq imkanı verir. Bu müvəqqəti effekt olsa da, valehedicidir.

Alimlər əhvalı yaxşılaşdırmaq üçün hər gün cəmi 30 qram hind qozu yağı qəbul etməyi tövsiyə edirlər. Digər araşdırmanın nəticələri isə göstərir ki, bu yağın tərkibində olan yağlar Ardı »

Şəfalı meyvə və TərəvəzlərArmud

Dərman vasitəsi kimi təzə armuddan və onun qaxından istifadə edilir. Armud qiymətli qida məhsuludur. O yeməyin yaxşı həzm olmasına və bağırsaqların işləyib boşalmasına kömək edir. Xalq təbabətində bişmiş armud (qazanda, sobada) bronxitdə öskürəyə qarşı və ağciyər vərəmində boğulmaya qarşı məsləhət görülür. Titrətmə-qızdırma xəstəliyində susuzluğu yatırmaq və sidik ayrılmasını yaxşılaşdırmaq üçün armud həlimi məsləhətdir. Armud şirəsi sidikqovucu xassəyə malikdir. Şəkər xəstəliyində pəhriz qida kimi faydalıdır. Armud kapillyarları möhkəmlədən profilaktik və müalicə vasitəsi kimi də işlədilə bilər. Turşməzə sulu armud hərarəti, qan təzyiqini və ödü sakitləşdirir, susuzluğu aradan qaldırır və iştahanı artırır. Armud qaxının qaynadılmış həlimi xüsusilə faydalıdır. Armud böyrək və qan dövranı Ardı »