Şəfalı meyvə və Tərəvəzlər → Narın faydaları
Tövratda və Quranda adı çəkilən nar insan üçün ən xeyirli bitkilərdən biridir. Nar vitamin (A, C, B, P,E) və mikroelementlərlə (kali, kalsium, yod, mis, dəmir və s.) olduqca zəngindir.
Narda olan antioksidantlar orqanizmdə yaranan müxtəlif zərərli maddələrlə (şlaklar, toksinlər) mübarizə aparmağa kömək edir, orqanizmi cavanlaşdırır. Tədqiqatçılar narın xərçəngin profilaktikasında böyük rolu olduğunu sübut edirlər.
Nar insanın ürək-damar, mədə-bağırsaq, immun və s. sistemlərinə çox müsbət təsir edir, qanda hemoqlobinin səviyyəsini artırır. Nar qurdqovucu təsirə malikdir.
Nar qan təzyiqini və qanda olan qlyükozanın səviyyəsini aşağı salır və bu səbəbdən nar hipertonik və diabetiklər (təbii ki, az miqdarda və turş sortlar) üçün çox xeyirlidir.
İnfeksion xəstəliklər və cərrahi Ardı »