Üçölçülü çapetmə prinsipcə sinterləmə ilə oxşar olan bu üsul başqa birləşdirmə metodu ilə işləyir və fiziki əsasına görə adi çapetməyə (plotter üsulu) bənzədiyindən üçölçülü çapetmə - 3D Printing adlanır. İlkin material kimi burada qranulatlardan və tozlardan istifadə edilir. İşçi zonaya qat şəklində çəkilmiş toz, xüsusi birləşdirici komponentin püskürdülməsi ilə bir-birinə yapışdırılır. Bu işləmə prinsipi demək olar ki, birləşdirilən materialın xassələrindın asılı olmadığından material seçimini asanlaşdırır.
3D Printing qurğusu işçi zonada yerləşən iki çəndən, işçi kameradan və bunların üzərində düzxəttli hərəkət edən çapetmə mexanizimindən (plotterdən) ibarətdir. Bu çənlər proses zamanı işçi zonaya toz verilməsinə, kamera isə əsasən prosesin aparılması, yəni hissənin qurulmasına xidmət edir. Hər bir çən hərəkətsiz divarlardan və Z istiqamətində hərəkətli lövhədən (dibdən) ibarətdir. Toz çənlərinin dibi hər bir yeni qat çəkilməzdən əvvəl yuxarıya hərəkət etdirilərək lazımi miqdarda toz qarışığını işçi zonaya çıxarır. Sonra bu kütlə xüsusi diyircəyin vasitəsilə işçi platformanın üzərinə bərabər yayılır.
İşçi kamera isə əksinə olaraq hər addımdan sonra aşağıya doğru hərəkət etdirilir. Proses ilkin qatın tıkilməsi ilə başlayır. Lazımi miqdarda toz işçi platformanın üzərinə çəkildikdən sonra başlıqdan onun üzərinə su əsasında hazırlanmış birləşdirici maye püskürdülür. Birləşdiricinin püskürdülməsi çap başlığının malik olduğu 128 ədəd ucluqların vasitəsi ilə eyni zamanda yerinə yetirilir. Toz hissəcikləri birləşdirici maye bərkidikdən sonra lokal olaraq bir-biri ilə birləşərək möhkəm təbəqə yaradır. Birləşdirilməmiş toz hissəcikləri isə işçi zonada qalaraq hissə üçün dayaq rolunu oynayırlar. Çap başlığı hissənin en kəsiyinin həndəsi formasına üyğun olaraq hərəkət etdirilir. Birləşdirici maye su əsasında hazırlandığından qurulmuş hissənin təxminən 10%-ini su təşkil edir.
Birinci təbəqə hazır olduqdan sonra işçi platforma bir addım aşağıya hərəkət etdirilir. Beləcə proses, hissə tam hazır olana qədər təkrarlanır. Bu üsulun fərqləndirici cəhətlərindən biri də ondan ibarətdir ki, birləşdirici məhlul rəngli də ola bilər. Belə məhlullar rəngli hissələrin hazırlanmasında istifadə edilir. Prosesin iş prinsipi müxtəlif materialların tətbiqində bir çox sərbəstliyə imkan verir. Əsasən bir neçə toz-birləşdirici kombinasiyası mümkündür. Məsələn, qips-keramik və ya polimerin tətbiqini misal kimi göstərmək olar.
Tarix: 22.03.2013 / 16:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 208 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari