Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Basma üsulu

Basma üsulu - fırlanma səthinə malik hissələrin təzyiq altında emalı üçün tətbiq olunur. Bu üsulun səciyyəvi göstəricisi ondan ibarətdir ki, deformasiya zamanı alətlə pəstah arasında təmas presləmə, ştamplama və döymə kimi üsullardan fərqli olaraq lokal baş verir. Yəni alət kiçik xətt və ya sahə üzrə pəstahla kontakta girərək onu addım-addım plastiki deformasiya etdirir. Emaldan sonra divarın qalınlığı sabit qalır. Pəstahın fırlanması sayəsində alətin trayektoriyası pəstah üzrə qalxımı kiçik olan vintvari iz buraxır. Alətin verişi kiçik olduğundan pəstahın bəzi sahələri dəfələrlə plastikiləşmə prosesindən keçir.

Basma zamanı metal lövhədən olan pəstah orta hissəsindən dayaqla matrisaya sıxılaraq fırladılır. Eninə supportda bərkidilmiş alət yandan pəstaha yaxınlaşır və onu tədricən deformasiya edərək basma patronun üzərinə sıxır. Üsulun texnoloji imkanları toxunan gərginlikləri sayəsində qırışların, toxunan və radial istqamətlərdə çatların yaranması ilə müəyyən olunur. Şəkildə basma üsulu ilə əldə edilmiş hissələr təsvir olunmuşdur. Müasir basma dəzgahları diametri 100 mm ilə 5 m arasına olan fırlanma səthli hissələrin karbonlu poladlardan, istliyədavamlı və paslanmayan poladlardan, çuqun və əlvan metallardan aşağı maya dəyərində hazırlanmasına imkan verir. Qızdırılmış halda molibden, titan, volfram və sirkon xəlitələrindən olan materialların emalı mümkündür. Bu üsulla alınan tipik hissələrə lampa örtüyü, qazanlar, gövdə və çənləri, həmçinin kosmik aparatlar üçün hissələri misal göstərmək olar. Divarının qalınlığı müxtəlif olan hissələrin emalı zamanı bu üsulla bərabər rotasion basmaqla yaymadan da istifadə olunur. Rotasion basmaqla yayma üsulunun yaranması və sənayedə geniş tətbiqi yüz illərdən bəri mövcud olan basma üsuluna marağı daha da artırmışdır. Üsulun sərt alətə bağlı olmaması onun çevikliyini daha da artırmışdır. CNC idarəli basma dəzgahları və emal mərkəzləri 8 alət başlığı ilə prosesin məhsuldarlığını kəskin artırmağa şərait yaratmışdır.


Tarix: 21.03.2013 / 19:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 194 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...