Xan qalası
Ümumi məlumat
Qala İsmayıllı rayonu ərazisindədir.Xan qalası adı ilə məlum olan abidədən bu gün bir neçə metr uzunluğu olan nisbətən hündür daş divar qalıb. Bu qala divarlarının qalıqlarıdır. Qalanın içərisində saray – kompleksi – Şirvan hakimlərinin yay iqamətgahı olub. Həmin saray kompleksinə aid olan otaqlardan ikisi Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları tərəfindən bir neçə il əvvəl təmizlənmişdir. Qalanın XII – XIII əsrlərdən gec olmayaraq tikildiyi güman edilir. Qalanın tikintisində 24*24*6, 25*25*6 və 26*26*6 sm ölçüdə olan kərpiclərdən daha çox istifadə edilmişdir. Qalaya avtomobilə getmək olar.
Tarix: 12.02.2015 / 19:02 Müəllif: Feriska Baxılıb: 163 Bölmə: Ümumi
loading...