Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəmkir qalası

Qalanın antik dövrdə tikildiyi güman olunur.Böyük ipək yolu üzərində yerləşən Şəmkir şəhərini kənar basqınlardan qorumaq üçün tikilib.qalanın xarabalıqları indiki Şəmkir şəhəri yaxənləğındadır.XIII əsr ərəb səyyahı Yaqut əl Həməvi "Mücam əl buldan"əsərində Şəmkir qalasını təsvir edib.Qalanın xarabalıqlarında son dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı burada Əhəmənilər dövləti dövrünə aid saray aşkarlanıb.

Şəmkir rayonunun Muxtariyyə kəndində yerləşən VI əsrdə böyük şəhərə çevrilən “Orta Əsr Qədim Şəmkir Qala Şəhəri” 2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitunun ərazidə apardığı arxeoji qazıntılar zamanı tapılıb. Şəhər qalıqları 30 hektar ərazini əhatə edir. Qalanın düşməndən qorunmaq üçün 8 qülləsi və 4 qapısı olub. Məlumata görə saray Əhəməni dövlətinin vaxtında inşa olunub. Qədim qala divarları aran memarlıq üslubunda işlənib. Divarın hündürlüyü 7 metr eni isə təxminən 2 metrdir. Divarın tikintisində istifadə olunan qırmızı kərpiclər elə bu yerdəcə kustar üsulla hazırlanıb. Digər ağ daşlar və çay daşları Şəmkir ərazindən və Şəmkir çayından toplanıb. Arxeoloji qazaıntılar artıq 7 ildir ki, davam etdirilir. 2013-cü ilin birinci rübünün sonlarında ərazidə yeni "Şəhristan" adlanan qədim inzibati bina, su kəhrizi və ətrafında şəhərin digər qalıq hissələri aşkar olunub. Ekspedisiya rəhbəri Rəşid Bəşirovun verdiyi məlumata görə keçmişdə "İpək Yolu" da məhz bu ərazidən keçib. Təxminən XI əsrə aid olan köhnə körpü də bunu bir daha sübut edir. Ərəb, Bizans, Hülakü və Atabəylərdən sonra ərazi Rusların hücumunaməruz qalıb. Qazıntılar zamanı rusların burada yaratdığı “Hərbi Qarnizon”un qalıqları, yaşayış evləri və onlara məxsus pul vahidləri də aşkarlanıb. Hazırda ərazidə qalanın digər qalıqlarını aşkarlamaq məqsədilə qazıntılar davam etdirilir.


Tarix: 12.02.2015 / 18:25 Müəllif: Feriska Baxılıb: 131 Bölmə: Ümumi
loading...