Məzmun
Film 1990-cı ildə Bakı şəhərində baş vermiş qanlı yanvar hadisələrindən bəhs edir. Yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları qanunsuz olaraq Bakı şəhərinə yeridildi. Şəhərin yüzlərlə dinc əhalisi odlu silahdan, zirehli texnikadan açılan atəşlərə məruz qaldılar. O günlər yüzlərlə günahsız insanlar şəhid oldular. Həmin gün 20 yanvar hadisəsi SSRİ rəhbərlərinin şovinist maskalarını açıb ifşa etməklə yanaşı, Azərbaycan tarixini ən parlaq səhifələrindən biri oldu. 20 yanvar Azərbaycan xalqının azadlığa, müstəqilliyə doğru ən böyük addımlarından biri idi. Nə qədər ki, Azərbaycan dövləti azaddır, müstəqildir, bir o qədər də şəhidlərimizin ruhu şad olacaqdır.
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifi : Sadıq Elcanlı
Rejissor : Aydın Dadaşov
Operator : Ələkbər Muradov, Eldar Məmmədov (II)
Montaj : Gilana Axundova, Fuad Cabbarov
Səs rejissoru : Firudin Hüseynov
Direktor : Ələddin Vəliyev, Faiq Seyidməmmədov
Tarix: 03.02.2015 / 12:43 Müəllif: Feriska Baxılıb: 142 Bölmə: Ümumi