Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tuti (jurnal)

Haqqında
"Tuti" jurnalı "Molla Nəsrəddin" jurnalının təsiri altında Bakıda Azərbaycan dilində nəşr olunmuşdur. Jurnalın ilk nömrəsi 1914-cü il 27 dekabrda, sonuncu nömrəsi 1917-ci il 29 iyunda (cəmi 112 nömrə) buraxılmışdır. "Tuti" jurnalının redaktoru C.Bünyadzadə, naşiri və sahibi Tağı Nağıyev idi. Jurnalda ictimai-siyasi mövzularda, maarif, ədəbiyyat, incəsənət məsələlərinə dair, əsasən, xırda islahatçılıq, bəzən demokratik ruhda yazılar dərc olunurdu. "Tuti"də mütləqiyyət quruluşuna, müstəmləkə siyasətinə qarşı kəskin çıxışlar da olurdu. Senzuranın təzyiqi bəzən səhifələrin ağ qalması ilə nəticələnirdi. C.Məmmədquluzadə bu jurnalda "Dəmdəməki", "Molla Həsrətalı", "Dərdmənd", "Fəhlə", "Hərdəmxəyal" imzaları ilə yazılar dərc etdirirdi. Jurnalda M.S.Ordubadi, S.Hüseyn, Ə.Şəmsizadə, Ə.Nəzmi, S.Mənsur, Y.V.Çəmənzəminli, C.Cabbarlı və b. fəal iştirak edirdilər.


Tarix: 12.02.2015 / 14:39 Müəllif: Feriska Baxılıb: 224 Bölmə: Ümumi
loading...