Bir vaxtlar Meyn balıqçısı adlı bəxti ilə məşhur olan bir adam var idi. Çünki bu adam nə vaxt balığa çıxsafisher boat with sunset(hətta Meyn sahillərində balıq çox az olsa belə), səbət-səbət balıqla qayıdırdı. Çox keçmədi ki, adam bu yolla həm varlandı, həm də dillərdə dastan oldu. Hətta o qədər ki, birinin bəxtindən danışanda «Meyn balıqçısı kimi bəxti var» demək adətə çevrildi…
Bir gün Meyn balıqçısı öldü. Cənazə üçün evə gələnlər balıqçının evində balıq və su ilə bağlı çox böyük bir kitabxana olduğunu gördülər. Və elə o vaxt adamın niyə balıqdan boş qayıtmadığını başa düşdülər.
P.S. «Bir il sonrasını düşünürsünüzsə, toxum yetişdirin. On il sonrasını düşünürsünüzsə, ağac yetişdirin. Yüz il sonrasını düşünürsünüzsə, insan yetişdirin. Bir dəfə toxum yetişdirsəniz, bir dəfə məhsul alarsınız. Bir dəfə ağac yetişdirsəniz, on dəfə məhsul alarsınız. Bir dəfə insan yetişdirsəniz, yüz dəfə „məhsul“ alarsınız...» Xuan Tszı
Tarix: 05.12.2014 / 16:22 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Ümumi Psixologiya